Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir
25.06.2009 [10:00]
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza maraqlı açıqlama ilə çıxış edib. “Səs” İnformasiya Agentliyinin bildirdiyinə görə, Brayza ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında çərçivə razılaşmasının əldə olunacağını deyib. İyul ayında Rusiyada keçiriləcək görüşlərdə tərəflərin çərçivə razılaşmasının əsas prinsiplərini müəyyənləşdirə biləcəyini söyləyən M.Brayza Minsk qrupunun buna ciddi səy göstərdiyini bəyan edib.
Məlum açıqlamanı həmsədrlərin “arzusu” kimi qiymətləndirən politoloq Aydın Mirzəzadənin fikrincə, belə bir sazişin imzalanması üçün Azərbaycan tərəfindən heç bir problem yoxdur: “Azərbaycan hər zaman bəyan edib ki, biz münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq. Yəni, biz artıq heç nə istəmirik. Sadəcə, pozulmuş hüquqlarımızın bərpasını tələb edirik. Və əgər Ermənistan işğalçılıq siyasətindən geri çəkilib, bu şərtləri qəbul etməyə hazırdırsa, əlbəttə ki, sülh razılaşması imzalana bilər”.
Dağlıq Qarabağ münaqişəsinin həllinə Rusiyada keçiriləcək görüşlərin xüsusi təsir göstərəcəyi ilə bağlı Brayzanın söylədiyi fikirlərə gəlincə, A.Mirzəzadə hesab edir ki, bu fikir qismən də olsa həqiqətə uyğundur: “Rusiyanın regionda xüsusi maraqları var və Rusiya Ermənistanın hərbi müttəfiqidir. Hər halda, görüşlərin Rusiyada keçirilməsi danışıqlar prosesinə təsir göstərəcək”.
Dağlıq Qarabağ münaqişəsinin çözülməsində müxtəlif məsələlərin, o cümlədən, ABŞ-Rusiya münasibətlərinin də rol oynadığını deyən politoloq hesab edir ki, ABŞ prezidenti Barak Obamanın Rusiyaya səfəri zamanı bu məsələnin müzakirə olunması proseslərin gedişinə təsir göstərəcək: “Həm ABŞ-ın, həm də Rusiyanın regionda böyük maraqları var. Və Qarabağ məsələsinin Obama-Medvedev görüşündə əsas müzakirə mövzularından biri olması buna sübutdur. Əlbəttə ki, böyük dövlətlərin bu məsələdə razılığa gəlməsi, münaqişənin həllinə təsir göstərəcək”.
BAHAR
Xəbər lenti
Hamısına baxİdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21

