İmamverdi İsmayılovun Ulu öndər Heydər Əliyev haqqında məqaləsi Türkiyə mətbuatında dərc olunub
21.04.2017 [09:13]
Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist, Milli Məclisin deputatı İmamverdi İsmayılovun xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr etdiyi “Heyrət” sərlövhəli məqaləsi Türkiyənin bir sıra kütləvi informasiya vasitələrində dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Ekoyaşam” qəzetində, “Kocaeli” xəbər və mədəniyyət portalında dərc olunan məqalədə Ulu öndər Heydər Əliyevin mənalı həyat yolu və zəngin siyasi fəaliyyəti fərqli prizmadan oxuculara təqdim edilir.
Müəllif məqalədə 1930-cu ildə çəkilən fotoda dünyaya maraq dolu nəzərlərlə baxan yeddi yaşlı Heydər Əliyevin gözlərinin ifadə gücündən heyrətləndiyini xüsusi vurğulayır. Qeyd edir ki, həmin məşhur fotoda yeddi yaşlı Heydər Əliyevin çöhrəsindəki ifadə fotoaparatın obyektivinə baxan başqa uşaqların heyrətinə əsla bənzəmir. Çünki həmin şəkildə Heydər Əliyev fotoobyektivə yox, bütünlüklə dünyaya baxır.
Məqalədə dahi şəxsiyyət Heydər Əliyevin dünyaya gəldiyi dövrün - XX əsrin birinci rübünün ağır ictimai-siyasi mənzərəsi ətraflı nəzərdən keçirilir, Birinci Dünya müharibəsinin, ermənilərin xalqımızın başına gətirdikləri müsibətlərin ağır fəsadları dəqiq təsvir olunur. Yazıda taleyinə Azərbaycanın ən çətin dövrlərində xalqının köməyinə yetişmək, onu təhlükələrdən xilas edərək sabitlik, inkişaf, çiçəklənmə yoluna çıxarmaq yazılan Heydər Əliyevin Vətəninə xidmət etmək amalı uğrunda hamıya örnək olan fəaliyyəti qardaş ölkə oxucularının diqqətinə çatdırılır.
Xüsusi vurğulanır ki, ötən əsrin ortalarına qədər gərgin psixoloji sarsıntılar yaşamış, repressiya xofundan illərlə özünə qapanmış cəmiyyətdə milli şüurun oyanışına nail olmağı, ana dilimizi dirçəltməyi, bu xalqın əsrlər boyu yetişdirdiyi tarixi şəxsiyyətlərə, Vətən tarixinə, ədəbiyyatına, mədəniyyətinə, elminə, milli-mənəvi dəyərlərinə sahib çıxmağı, xalqın azadlıq ruhunun daşıyıcısı olan ziyalıları təzyiqlərdən qorumağı, onların fəaliyyətini istiqamətləndirməyi ancaq Heydər Əliyev bacara bilərdi. Məhz belə bir ağır məqamda şəxsiyyəti, uzaqgörənliyi, qətiyyəti, peşəkarlığı ilə bütün zəruri istiqamətləri zərgər dəqiqliyi ilə müəyyənləşdirərək, Ümummilli lider obrazında tarix səhnəsinə çıxan Heydər Əliyev imperiya rəhbərlərinin min bir maneələrinə baxmayaraq, respublikamızın inkişafı ilə bağlı böyük proqramları uğurla reallaşdırmaqla, ölkənin gələcəyi üçün milli kadr potensialı formalaşdırmaqla, Azərbaycanı dünyada tanıtmaqla, cəmiyyəti müstəqil həyata hazırlamaqla taleyinə yazılan çətin və müqəddəs missiyanı uğurla reallaşdıra bildi.
Məqalədə müstəqilliyin ilk illərində Azərbaycanın bütün sahələrdə dərin tənəzzül, vətəndaş müharibəsi, parçalanma təhlükəsi ilə üzləşdikdə xalqın Ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdiyi vurğulanır. Belə bir dövrdə Ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlətin sağlam təməllər üzərində inkişaf istiqamətlərinin müəyyənləşdirildiyini, cəmiyyətdə demokratik dəyərlərin bərqərar olunduğunu, hüquqi dövlət quruculuğu istiqamətində dərin və mütərəqqi islahatların həyata keçirildiyini, azad bazar iqtisadiyyatı yolunda qısa müddətdə böyük nailiyyətlərin qazanıldığını diqqətə çatdıran müəllif oxuculara “İndi siz deyin, bütün bunlar bir Heyrət nümunəsi deyilmi?!” sualını ünvanlayır.
Yazıda Ulu öndər Heydər Əliyevin arzularındakı Azərbaycanı tarixinin ən qüdrətli çağlarına yetirən, dahi şəxsiyyətin missiyasını yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin mühüm uğurlar qazandığı xüsusi vurğulanır. Həmçinin bu məfkurəni layiqincə yaşadan, ailə ocağının qoşa qanad kimi cəfakeş qoruyucusu Mehriban xanım Əliyevanın da genişmiqyaslı fəaliyyəti ilə Ulu öndər Heydər Əliyev ideyalarının həyata keçməsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılır.
Əməkdar jurnalist İmamverdi İsmayılovun türkiyəli oxucularda böyük maraq doğuran “Heyrət” sərlövhəli məqaləsi yaxın günlərdə qardaş ölkənin nüfuzlu “Simge” jurnalında dərc olunacaq. Məqaləni digər KİV-lər də dərc etməyi planlaşdırır.
Xəbər lenti
Hamısına baxSosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16

