Avropa Şurasının Türkiyəyə növbəti təzyiq cəhdləri nəyi ifadə edir?
27.04.2017 [10:04]
Yaxud AŞPA-nın qardaş ölkə ilə bağlı qərəzli və ədalətsiz qərarı təşkilatın ikili standartlar və islamofob yanaşma əsasında fəaliyyət göstərdiyini növbəti dəfə aşkar edir
Xəbər verildiyi kimi, aprelin 24-də Strasburqda öz işinə başlayan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası çərçivəsində parlamentarilər “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabatı müzakirə ediblər. Qardaş ölkənin ünvanına qərəz dolu fikirlərdən ibarət hesabatla bağlı qətnamə layihəsi səsverməyə qoyulub və 113 lehinə, 45 deputat əleyhinə olmaqla həmin sənəd qəbul edilib. Şübhəsiz ki, bu hal bir sıra reallıqları yenidən aşkar edib.
Əvvəla məlumdur ki, AŞPA-nın bu qərarı təşkilatda ikili standartlara və selektiv münasibətə əsaslanan siyasətin yenidən aktuallaşdığını, islamofob meyillərin gücləndiyini göstərir. Ümumiyyətlə, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin maraqlarına xidmət göstərir, eləcə də müstəqil milli dövlətlərə təzyiq göstərmək məqsədilə həyata keçirilir. Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər də deyilənləri təsdiq edir.
Bundan başqa, ötən müddət ərzində Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdüb. Bununla yanaşı, Azərbaycan yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyası ilə üzləşib. Nəticədə isə belə bir haqlı sual ortaya çıxır: Hazırda müsəlman ölkələrinə qarşı selektiv və ikili standartlara əsaslanan siyasət yürüdən, islamofobiya meyillərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı nə vəd edə bilər?!
Yeri gəlmişkən, məsələyə münasibət bildirən Milli Məclisin deputatı, AŞPA-nın komitə sədri Sahibə Qafarova deyib ki, Türkiyə Cümhuriyyətində cərəyan edən proseslərin monitorinqə cəlb olunması ilə bağlı Avropa Şurası Parlament Assambleyasının qərarı ədalətli deyil və konkret siyasi məqsədlərə xidmət edir: “Türkiyə hökuməti Qərb təşkilat və institutları ilə dialoq və əməkdaşlığın gücləndirilməsi istiqamətində ciddi iradə ortaya qoyduğu bir zamanda təşkilatın bu cür haqsız qərar qəbul etməsi daha böyük problemlərə gətirib çıxara bilər. AŞPA-nın qurucularından biri olan Türkiyə çox böyük demokratik ənənələrə sahib olan bir ölkədir. Son dövrlərdə nə qədər çətin bir mərhələni, mürəkkəb prosesləri yaşasa da, Türkiyə Cümhuriyyəti demokratik təsisatların inkişafı, insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı ciddi addımlar atmaqdadır”.
S.Qafarova əlavə edib ki, AŞPA-nın bu müsbət addımları görməzdən gəlməsi, regionda və qitədə onsuz da kifayət qədər həssas olan situasiyanı düzgün dəyərləndirməməsi, bəsit siyasi maraqlara xidmət edən qərar qəbul etməsi təşkilatın özünə də başucalığı gətirmir: “Biz çıxışlarımızda dəfələrlə qeyd etmişik ki, son dövrlər Qərbdə, Avropa təskilatlarında islamofobiya, antimüsəlman əhval- ruhiyyəsi yüksəlir və bu, gələcəkdə çox təhlükəli nəticələrə səbəb ola bilər. Bu qərar da bir daha bizim narahatlığımızın nə qədər haqlı olduğunu göstərdi. Əlbəttə, Türkiyə böyük dövlətdir və elə Avropanın özündə baş verən proseslərdə də güclü mövqeyə malikdir. Bu tip qərarla Türkiyəyə təsir etmək, onu öz siyasətindən çəkindirmək mümkün deyil. İnanmaq istəyirəm ki, AŞPA-dakı sağlam qüvvələr, cılız siyasi məqsədlərin arxasınca düşməyən, təşkilatın rəhbər dəyərlərinə sadiq olan insanlar bundan sonra vəziyyəti düzgün qiymətləndirəcək, təşkilatın nüfuzuna ciddi xələl gətirə biləcək bu yöndə qərarlara qarşı lazımi müqavimət göstərəcək. Şübhəsiz ki, Azərbaycan həmişə olduğu kimi, yenə də Türkiyənin yanındadır və AŞPA-dakı nümayəndə heyəti olaraq bu qeyri-obyektiv qərarı pisləyirik”.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə isə deyib ki, AŞPA-nın məlum qərarı Türkiyəyə qarşı aparılan kampaniyanın növbəti mərhələsidir: “1963-cü ildən Türkiyənin müraciətinə baxmayaraq, ölkə Avropa Birliyinə qəbul edilmir. Türkiyənin PKK terror təşkilatına qarşı mübarizəsini Avropa dəstəkləmir. Ötən il Almaniya parlamenti uydurma “erməni soyqırımı”nı tanıyaraq Türkiyəyə qarşı böyük bir haqsızlıq etdi. Bir müddət əvvəl türkiyəli nazirlərin Avropaya buraxılmaması, son olaraq isə AŞPA-nın Türkiyəni postmonitorinq mərhələsindən yenidən monitorinq mərhələsinə qaytarması isə Avropa Şurasının özünün öz nizamnaməsini ciddi surətdə pozması deməkdir”.
Millət vəkili əlavə edib ki, Türkiyə dünyanın və regionun nüfuzlu ölkələrindən biridir, beynəlxalq miqyasda sabitlik və təhlükəsizliyə ciddi töhfə verir. Türkiyə həm də Avropa Şurasının siyasi xəttini müəyyənləşdirən ölkələrdən biridir və bu ölkənin nümayəndəsi vaxtilə AŞPA-nın prezidenti olub. Türkiyənin müstəqil daxili və xarici siyasəti Avropada müəyyən dairələrin xoşuna gəlmir. Onlar Türkiyəni zəif, iradəsiz, ən əsası isə, Qərb dairələrinin maraqlarına uyğun siyasət aparan bir dövlət kimi görmək istəyirlər.
A.Mirzəzadə qeyd edib ki, AŞPA-nın bu qərarı Avropa təşkilatlarının ikili standartlarından xəbər verir: “Ermənistanda seçkilər ciddi qanun pozuntuları ilə keçirilir, AŞPA bu məsələyə münasibət bildirmir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayır, ancaq AŞPA Azərbaycan ilə Ermənistanı tərəzinin bir gözünə qoyur”.
Onun sözlərinə görə, antitürk kampaniyası çox əcaib bir xarakter alıb: “Bu, heç də Avropaya başucalığı gətirmir. Bu, Avropaya yeni düşüncə gətirilməsinin vacibliyini ifadə edir. Avropa özünün elan etdiyi və dünyaya nümunə göstərdiyi demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərinə qayıtmalıdır, ədalətsizliyi və ikili standartları fəaliyyətindən kənarlaşdırmalıdır”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54

