Mixail Zabelin: AŞPA tez-tez öz iradəsini qəbul etdirir - bu, düzgün deyildir
27.04.2017 [10:05]
Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyədə monitorinq prosedurunun bərpa edilməsi haqqında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ədalətsiz qərarına münasibətini bildirib.
O deyib: “Türkiyə xalqının öz iradəsini ifadə etdiyi referendum AŞPA-nı qıcıqlandırıb. Təbii ki, Türkiyə Cümhuriyyəti Prezidentinin mövqelərinin möhkəmlənməsi Avropanın xoşuna gəlmir. Avropa Şurası hesab edir ki, bütün ölkələr yalnız onların ehkam və təlimlərinə, onların quruluşuna, qaydalarına, mənəvi dəyərlərinə riayət etməlidirlər. Bu, tamamilə səhv yanaşmadır. Hətta Avropa İttifaqının daxilində aparıcı ölkələr öz standartlarını qəbul etdirməyə çalışanda narazılıq yaranır. Öz mənafeyini və dəyərlərini qoruyan Türkiyə düzgün hərəkət edir, mövqelərini möhkəmləndirməyə çalışır.
Əlbəttə, Avropa Şurasının rəhbərləri bəzən lap ağını çıxarırlar. Bir italyan siyasətçi mənə deyib ki, indi Avropa İttifaqı keçmiş Sovet İttifaqını xatırladır. Burada da bütün direktivlər mərkəzdən gəlir, respublikalar müstəqil inkişaf edə, öz dəyərlərini qoruyub saxlaya, iqtisadiyyatı, mədəniyyəti və mənəviyyatı gücləndirmək və inkişaf etdirmək üçün daxili imkanlarından istifadə edə bilmirlər. Avropa İttifaqı da hazırda ölkələrə öz iradəsini diktə etməklə, onlara necə yaşamağı öyrətməklə, eynən bu cür hərəkət edir”.
Xəbər lenti
Hamısına baxAnalitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48

