Əli Həsənov: Cocuq Mərcanlıda tikinti işləri əsasən başa çatdırılıb
26.05.2017 [09:58]
Mayın 25-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində məcburi köçkünlər üçün salınan qəsəbədə tikinti işlərinin başa çatması ilə əlaqədar real vəziyyətlə yerində tanış olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə yeni salınan qəsəbədə inşaat işlərinin yekunlaşdırılması ilə bağlı birgə müzakirələr aparılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına əsasən aparılan tikinti işləri başa çatmaq üzrədir.
Hazırda məktəb binasında və evlərdə son tamamlama işləri aparılır. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, 100 kubmetrlik su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub, qəsəbədaxili yollara asfalt örtüyü çəkilir.
Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də tikilməkdədir. 50 sot ərazidə inşa edilən məscidin tikinti sahəsi 556 kvadratmetr, minarələrin hündürlüyü 26 metrdir. Hazırda məscidin fasad hissəsində və damında tamamlama işləri aparılır. Minbərlərin inşası da başa çatmaq üzrədir. Məscidin həyətində dəstəmazxana, yuat yeri və qazanxana da inşa edilir. Tikinti işlərinin iyun ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.
Baş nazirin müavini Əli Həsənov deyib: “Lələtəpə yüksəkliyi azad ediləndən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dərhal Sərəncam imzaladı. Hələ Ulu öndər Heydər Əliyevin dövründə - 1994-cü ilin yanvarın 6-da bu ərazi işğaldan azad edilmişdi, lakin Lələtəpə yüksəkliyi düşmənin əlində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı il aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad edilməsi Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Prezident İlham Əliyevin müvafiq Sərəncamından sonra inşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq 50 mənzil və 100 yerlik məktəb binası tikilib. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də əsasən başa çatdırılıb”.
Yaxın günlərdə qəsəbənin təntənəli şəkildə açılışının olacağını, cocuq mərcanlıların buraya köçəcəyini bildirən Əli Həsənov deyib: “İndi Azərbaycanın hər yerindən buraya gəlirlər. İnsanlarda böyük ruh yüksəkliyi var. Xalq, ordu və Prezident arasında monolit birlik mövcuddur. İnşallah, bunun daha böyük nəticələrini görəcəyik. İnsanlarımız torpağa, vətəninə bağlıdır. Bu gün qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Bu siyasətin təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub”.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin bundan sonra da davam etdiriləcəyini deyən Əli Həsənov işğal altındakı torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına, insanların doğma torpaqlarına qayıdacağına, Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın onların yurd həsrətinə son qoyacağına əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

