Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı müşavirə keçirib
09.07.2009 [10:40]
Dünən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatında qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar müşavirə keçirilib. Partiya rayon təşkilatının sədri Ramiz İbrahimov seçkilərə hazırlıqla bağlı məlumat verib. YAP Göyçay rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıq ərəfəsində olduğunu dilə gətirən R.İbrahimov bu prosesə ciddi şəkildə hazırlaşdıqlarını önə çəkib. ölkəmizdə yerli özünüidarə orqanlarının inkişafından danışan təşkilat sədri bələdiyyələrlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məsələsinə də toxunub. Bu prosesin olduqca yaxşı təsir bağışladığını deyən Ramiz İbrahimov yeni seçki prosesində gənclərə və qadınlara üstünlük verilməsinin tərəfdarı olduğunu dilə gətirib: “Göyçay seçiciləri hər zaman ölkənin siyasi həyatında öz fəallıqları ilə seçiliblər. Bu, həm 2008-ci il prezident seçkilərində, həm də mart ayında keçirilən ümumxalq səsverməsi zamanı özünü göstərib. Göyçaylılar hər zaman olduğu kimi, bu seçkilərdə də ümummilli liderimiz Heydər Əliyev siyasi kursuna sədaqət nümayiş etdirdilər. Göyçay sakinləri Prezident İlham Əliyevin yürütdüyü siyasi kursa inanır, bu siyasətin həyatımıza gətirdiyi yeniliklərdən, uğurlardan qürur duyur. Müasir, güclü, yalnız inkişafı hədəfləyən Azərbaycan, məhz Ulu öndərimizin bizə əmanət qoyub getdiyi mirasdır. Prezident İlham Əliyev ölkəmizin daha da qüdrətlənməsi üçün var gücü ilə çalışır”.
Həm 2008-ci il prezident seçkilərində, həm də referendumda YAP Göyçay rayon təşkilatının öz fəaliyyəti ilə müsbət mənada seçildiyini söyləyən R.İbrahimovun sözlərinə görə, bələdiyyə seçkisində də partiya fəalları, rayon seçiciləri fəaliyyətlərini analoji sistem üzrə quracaqlar: “Son dövrlərdə bələdiyyələr, həqiqətən də, regionlarımızın inkişafında mühüm rol əldə ediblər. Bu isə vətəndaşlarımızın həyatının daha da rahatlanması istiqamətində ölkə başçısının müəyyənləşdirdiyi siyasi kursun nəticəsidir. Prezident İlham Əliyev Azərbaycanda demokratik vətəndaş cəmiyyətinin qurulması istiqamətində əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla davam etdirir. Mən inanıram ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində də yüksək səs faizi əldə edəcək”.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının qadınlar şurasının sədri Zivər Zeynalova da öz çıxışında bələdiyyə üzvlüyünə qadın namizədlərin seçilməsi və irəli sürülməsi üçün lazımi işlər görüləcəyini deyib. Onun sözlərinə görə, bu gün qadınlarımızın ölkənin siyasi həyatındakı rolu kifayət qədər artırılıb.
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Şükürov gəncləri cəmiyyətimizin aparıcı qüvvəsi adlandırıb. Qarşıdan gələn bələdiyyə seçkilərində də YAP sıralarında olan rayon gənclərindən layiqlilərinin namizəd kimi irəli sürülməsi və onların qələbə qazanması üçün səylə çalışacaqlarını deyən R.Şükürov Prezident İlham Əliyevin gənclərin ölkənin siyasi həyatındakı rolunun artmasında müstəsna xidməti olduğunu önə çəkib.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının Siyasi Şurasının üzvləri - rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, rayon Təhsil şöbəsinin müdiri Asif Nəbiyev, rayon Mərkəzi xəstəxanasının baş həkimi Famil Zeynalov öz fikirlərini müşavirə iştirakçıları ilə bölüşüblər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

