Danışıqlar prosesində Dağlıq Qarabağın müstəqilliyi mexanizmi yoxdur
10.07.2009 [10:49]
Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda intensivlik müşahidə olunmaqdadır. Bu da təsadüfi deyil. Həm bu il prezidentlərin keçirdikləri görüşlər, həm də ümumən proses daxilində baş verənlər yaxın perspektivdə münaqişənin həllinə dair hansısa müsbət bir yeniliyə, kompromisin əldə olunmasına ümidləri artırır. Baş verən bu hadisələr fonunda Azərbaycan və Ermənistan ziyalılarının və ictimaiyyət nümayəndələrinin qarşılıqlı səfərləri də kifayət qədər ciddi rezonans doğurub. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin nümayəndə heyətlərini qəbul edərkən səsləndirdiyi fikirlər və bəyanatlar prosesin gedişatı və danışıqların gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeri gəlmişkən, qeyd edək ki, haqqında danışdığımız görüş zamanı Prezident İlham Əliyev iki il öncə də eyni təşəbbüslə ölkələrə səfər edən nümayəndə heyətinin addımlarını təqdir edib. ötən dövr ərzində münaqişənin tənzimlənməsinə nail olunmamasını təəssüf hissi ilə qeyd edən Prezident İlham Əliyev, amma danışıqlar prosesində irəliləyişlərin olduğunu da diqqətə çatdırıb. ölkə başçısı qarşılıqlı səylər sayəsində mümkün qədər tez razılığa gəlinməsinin vacib olduğunu deyib: “Fikrimcə, ötən iki ildə daha irəli getmək və ümumiyyətlə, sülh sazişi imzalamaq olardı. Mən bu iki ili müəyyən dərəcədə itirilmiş illər sayıram. Ona görə ki, bizim bu gün müzakirə etdiyimiz məsələlər, bir qədər irəliləməyimiz, razılaşdığımız bəzi mövqelər elə iki il bundan əvvəlki mövqelərdir. Yəni, sadəcə olaraq, vaxt itirilmişdir və bu itirilmiş vaxtın əvəzini çıxmaq, əlbəttə, çətin olacaqdır. Hər halda, müəyyən nikbinlik vardır”.
Prezident İlham Əliyev danışıqlar prosesində iştirak etdiyi dövrdə böyük yol keçildiyini bildirib. Həqiqətən də, son 6 ildə Azərbaycanın xarici siyasət kursu olduqca geniş spektrli fəaliyyət nümayiş etdirib və bunun nəticəsidir ki, bu gün bütün dünya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Məhz Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində BMT, NATO, ATƏT, Avropa Şurası, Avropa Birliyi və başqa təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını təsdiq ediblər. Bu isə Ermənistanın qeyri-konstruktiv mövqeyini dəyişməyə və danışıqlar prosesində davamlı şəkildə iştiraka məcbur edir. Eyni zamanda, Azərbaycanın gündən-günə inkişaf edən iqtisadiyyatı, artan potensialı onun dünyadakı mövqeyini daha da gücləndirir. Ermənistan isə əksinə, işğal siyasətini davam etdirdikcə daha da geriləyir, böhrandan çıxa bilmir. Artıq Ermənistanda dərk edirlər ki, mövcud durumdan, böhran vəziyyətindən yeganə çıxış yolu işğal siyasətindən əl çəkərək zəbt etdikləri Azərbaycan torpaqlarından geri çəkilməkdir. Prezident İlham Əliyev də həmin görüşdə bir daha Ermənistanın işğalçılıq siyasətindən əl çəkəcəyi halda əməkdaşlığın baş tuta biləcəyini vurğulayıb.
Prezident İlham Əliyev həmin görüşdə Azərbaycanın danışıqlar prosesində müdafiə etdiyi başlıca və dönülməz prinsipləri bir daha Ermənistan ictimaiyyətinin nümayəndələrinin diqqətinə çatdırıb. ölkə başçısı danışıqlar prosesini ikitərəfli hərəkət yoluna oxşadıb: “Tərəflərin hər biri maksimum yaxşı şəraitə malik olacaqdır. Lakin, eyni zamanda, təkcə tərəflərin mövqeyini dəqiq başa düşmək kifayət deyildir. Bu cür anlaşma vardır. Lakin bu və ya digər tərəfin qəbul edə bilmədiyini də başa düşmək lazımdır. Necə deyərlər, elə qırmızı xətt ki, onu keçmək olmaz. Bu məsələ müxtəlif formalarda-həm bəyanatlarda, həm də danışıqlar prosesi çərçivəsində dəfələrlə ifadə edilmişdir. Açığını deyim, bu, bizim üçün və yəqin ki, sizin üçün də gözlənilməz olmayacaq-həmin qırmızı xətt Dağlıq Qarabağın müstəqilliyidir. Azərbaycan tərəfi buna razılaşmayacaq. Biz bu mövzunu keçən dəfə də müzakirə etmişdik və təbii ki, bizim mövqelərimizdə heç bir dəyişiklik yoxdur. Azərbaycan Dağlıq Qarabağın ayrılması, onun müstəqilliyi üçün imkan yaradılmasını nəzərdə tutan hər hansı qərarı istər bu gün, istər on ildən sonra, istər yüz ildən sonra qəbul etməyəcəkdir”.
Prezident İlham Əliyev Ermənistandan olan nümayəndələrə müzakirə olunan sənədlərdə, təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizminin olmadığını deyib. Dövlət başçısı xüsusi olaraq vurğulayıb ki, bu həm dünya birliyinin, həm də Minsk qrupunun mövqeyidir: “Ermənistan ictimaiyyətinə bunun nə dərəcədə məlum olduğunu bilmirəm, lakin bizim bu gün müzakirə etdiyimiz sənədlərdə və təkliflərdə onların bir qismi razılaşdırılmış mövqelərdir, Dağlıq Qarabağın Azərbaycandan hüquqi baxımdan ayrılması üçün mexanizm yoxdur. Bunlar reallıqlardır, bu, həm dünya birliyinin, həm də Minsk qrupu həmsədrlərinin mövqeyidir. Sizə deməliyəm ki, danışıqlar prosesinin bu tezisini tərəflər razılaşdırmışlar. Buna görə də, əlbəttə, mənim dediyim nəzərə alınmaqla, hər iki tərəfi qane edə biləcək həll tapmaq olar. Bunlar təhlükəsizliyə zəmanət, Ermənistanla Dağlıq Qarabağ arasında maneəsiz gediş-gəliş, Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarə məsələləridir. Bu gün danışıqlar prosesində elə vəziyyət yaranmışdır ki, razılığa gəlmək üçün imkan vardır”.
Sonra Prezident İlham Əliyev bir daha danışıqların Praqa prosesinə toxunaraq bu prosesi son şans adlandırıb. Dünyanın aparıcı dövlətlərinin də prosesdə fəal iştirakı bunu göstərir. Problemin təkcə regional deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələsi olduğunu bildirən dövlət başçısı İlham Əliyev danışıqlar prosesində beynəlxalq hüquq normalarının və prinsiplərinin mütləq olduğunu, bu prinsiplərin beynəlxalq sənədlərdə də əksini tapdığını diqqətə çatdırıb.
Bəli, Azərbaycan bir daha öz mövqeyini nümayiş etdirdi. Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmlərinin olmadığını bildirməklə Azərbaycan Prezidenti İlham Əliyev bu münaqişə ilə manipulyasiya edən qüvvələrə mesajını verdi. Azərbaycan hansı yolla olursa olsun, Dağlıq Qarabağın düşmən işğalından azad olmasına nail olacaq.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

