Əli Əhmədov: Hamı dərk edir ki, bu münaqişənin həll olunmasının zamanı yetişib
10.07.2009 [10:52]
Bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşünü şərh edərkən deyib.
Azərbaycanın bu məsələ ilə bağlı mövqeyinin aydın olduğunu qeyd edən Əli Əhmədov bildirib ki, əgər danışıqlar prosesi intensivləşibsə, prezidentlər səviyyəsində tez-tez görüşlər keçirilirsə, bu, o deməkdir ki, görüşlərdən hər hansı bir nəticə gözlənilir. “ümid edirik ki, qarşıdakı görüş müsbət nəticələnəcək və münaqişənin nizamlanması ilə bağlı daha konkret addımlar atılacaq. Nəticə etibarilə hamı dərk edir ki, bu münaqişənin həll olunmasının zamanı yetişib. çünki Cənubi Qafqazda sabitliyin təmin olunması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən asılıdır. Ədalətli həll isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Bundan kənarda münaqişənin həlli mümkün deyil” - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov, həmçinin, məsələ ilə bağlı Minsk qrupunun həmsədri olan Rusiyanın daha da fəallaşdığını qeyd edib. Onun sözlərinə görə, Rusiya regiona, o cümlədən, münaqişənin həllinə təsir etmək imkanına malikdir və son zamanlar bu dövlətin təşəbbüslərinin artması optimizmə əsas verir. Əli Əhmədov deyib ki, bu münaqişənin nizamlanmamasından yaranan qeyri-sabitlik və əmin-amanlığın pozulması təhlükəsi təkcə Cənubi Qafqaz regionunu yox, daha geniş coğrafiyanı əhatə edir. Bu baxımdan, Rusiyada dərk edirlər ki, bütövlükdə Qafqazda təhlükəsizliyin tam təmin olunmasında Cənubi Qafqazın sabitliyi həlledici rol oynayır.
Azərbaycan və erməni ziyalılarının qarşılıqlı səfərlərinə münasibət bildirən YAP Sədrinin müavini qeyd edib ki, bu səfərlər münaqişənin nizama salınmasına kömək edəcəksə, bunu müdafiə etmək lazımdır.
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

