NATO ilə Azərbaycan arasında əməkdaşlıq uğurla davam etdirilir
17.07.2009 [10:31]
Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) mənzil-qərargahında təşkilatın rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib, Şimali Atlantika Şurasının Azərbaycan ilə keçirilmiş görüşündə iştirak edib. NATO tərəfi ilə aparılmış məsləhətləşmələr zamanı Azərbaycan-NATO münasibətləri, Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (FTƏP) yerinə yetirilməsi, həmçinin, regionda təhlükəsizlik, o cümlədən, enerji təhlükəsizliyi məsələləri müzakirə edilib, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına nəqlinə dəstək ifadə olunub. NATO tərəfi Azərbaycanın FTƏP vasitəsilə təhlükəsizlik sektorunda apardığı islahatları, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşmasını, Azərbaycanın Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfəsi sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib. Bundan əlavə, NATO tərəfi elm, təhsil, ətraf mühit və ictimaiyyətin məlumatlandırılması sahəsində ölkəmizlə əməkdaşlığından və milli tədbirlərdən məmnun qalıb.
Qeyd edək ki, NATO-nun yüksək rütbəli təmsilçilərinin bir müddət öncə ölkəmizə reallaşan səfərindən sonra Azərbaycan nümayəndə heyətinin bu səfəri ikitərəfli əməkdaşlığın inkişafı baxımından olduqca vacib əhəmiyyət kəsb edir.
ümumiyyətlə, bu gün NATO - Azərbaycan münasibətlərinin səviyyəsi, quruma rəhbərlik edən şəxslərin özlərinin də ifadə etdikləri kimi, təqdirəlayiqdir. Doğrudur, Azərbaycan NATO-nun tamhüquqlu üzvü deyil. Amma müstəqil dövlət kimi Azərbaycan bu təhlükəsizlik təşkilatının layihələrində fəal iştirak edir. Onlardan biri də, yuxarıda qeyd etdiyimiz kimi, FTƏP proqramıdır. Artıq birinci mərhələdə nəzərdə tutulan layihələrin icrasını uğurla başa çatdaran tərəflər 2008-2010-cu illəri əhatə edən ikinci mərhələni gerçəkləşdirməkdədir.
Azərbaycanın Sülhməramlı Qüvvələri NATO-nun tərkibində bir sıra münaqişə zonalarında təhlükəsizliyi qoruyub və bu gün Azərbaycan bu missiyasını uğurla davam etdirir. Bundan başqa, təşkilatın sammitlərində, konfranslarında Azərbaycan ən yüksək səviyyədə təmsil olunur. ötən il NATO-nun Buxarestdə keçirilən sammitində iştirak edən Prezident İlham Əliyev həmin tədbir çərçivəsində keçirdiyi görüşlərdə, iclaslardakı çıxışları zamanı Bakının NATO ilə əlaqələrin perspektivinə baxış bucağını, bu əməkdaşlıq barəsindəki fikirlərini ifadə etmişdi. Azərbaycan NATO ilə əməkdaşlığın iki tərəfin də maraqlarına cavab verdiyini düşünür və hesab edir ki, bu əməkdaşlıq gələcəkdə daha geniş istiqamətləri əhatə edə bilər. Dövlət başçısı İlham Əliyev də NATO ilə münasibətlər haqqında danışarkən deyib: “Biz NATO ilə kifayət qədər çoxdan əməkdaşlıq edirik. Əvvəllər “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində əməkdaşlıq edirdik, indi isə Fərdi Tərəfdaşlıq Planı mərhələsinə keçmişik. NATO ilə əməkdaşlığımız kifayət qədər müsbət xarakter daşıyır. Bu əməkdaşlıq bizə bu sahədə islahatlar aparmağa imkan verir. Azərbaycan bunu əsas götürür ki, hər hansı təşkilatda üzvlük qarşılıqlı razılıq əsasında həyata keçirilməlidir, biz özümüzü kiməsə zorla qəbul etdirmək fikrində deyilik. NATO ilə əməkdaşlığın səviyyəsi hazırda bizi qane edir. Sonra nə olacağını, dünyada hadisələrin necə inkişaf edəcəyini, bizim regionda hansı proseslər gedəcəyini qabaqcadan söyləmək çətindir”.
Eyni zamanda, Azərbaycan NATO Parlament Assambleyasında da təmsil olunur və nümayəndə heyətimiz Azərbaycanın problemləri ilə bağlı məsələləri mütəmadi olaraq qurumun müzakirəsinə təqdim edir. Bir çox hallarda isə verilən qərarlar ölkəmizin maraqlarına cavab verir. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunmuş qərarlarda rəsmi Bakının prioritet hesab etdiyi məqamlar öz əksini tapır. Qeyd etmək yerinə düşər ki, NATO Azərbaycanın bir nömrəli problemi Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyünü tanıdığını bəyan edib və aparılan sülh danışıqlarının da ərazi bütövlüyü çərçivəsində yekunlaşmasına tərəfdar olduğunu xüsusi ilə vurğulayıb.
Bəllidir ki, NATO daha çox hərbi təmayüllü təşkilat kimi tanınıb. Və bu günə qədər də Azərbaycanın NATO ilə münasibətlərində bu istiqamət prioritet olub. Qurumla əməkdaşlıq Azərbaycana öz hərbi potensialını artırmağa, hərbi sistemi müasirləşdirməyə, islahatlar aparmağa imkan verir. Quruma üzvlük məsələsinə gəldikdə isə, rəsmi Bakı hələ bu addımı atmağa tələsmir. Bunun isə müxtəlif səbəbləri mövcuddur. Regiondakı mürəkkəb şəraiti nəzərə alan Azərbaycan hökuməti hələ belə bir qərardan ehtiyatlanır ki, bunu da doğru hesab etmək olar. Ən azından, ötən ilin avqustunda Gürcüstanda baş verən hadisələr göstərdi ki, ifrat NATO simpatiyası dövlətlərin təhlükəsizliyinə təminat vermir. Eynilə, anti-NATO mövqeyi də məqbul hesab olunmur. Buna görə də bugünkü vəziyyəti əsas götürsək, Azərbaycanın NATO-ya üzvlük məsələsini gündəliyə daxil etməməsi başadüşüləndir.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59

