Rusiyanın son şansı
18.07.2009 [10:38]
Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqların növbəti raundu üçün dünən Moskvada yenidən bir araya gəldilər. Yenə də Rusiyanın ev sahibliyi ilə baş tutan görüş münaqişənin sülh yolu ilə həlli baxımından olduqca vacib bir mərhələni təşkil edir. Bu görüşlə bağlı ən önəmli və diqqətçəkən məqamlardan biri dünya ictimaiyyətinin bu günə qədər göstərdiyi passivlikdən bir az da olsa, xilas olmağa çalışıb, danışıqların daha da intensivləşdirilməsi və sülhə gedən yolun qısalması üçün səylərini artırması idi. Eyni zamanda, münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupunda yer alan dövlətlərin daha yüksək səviyyəli rəsmilər vasitəsilə prosesi sürətləndirməyə çalışması xüsusi təqdir olunmalı məqamlardan biridir. Bu mənada regiona ən yaxın və ən çox təsir etmək imkanlarına malik olan Rusiyanın atdığı və atacağı addımlar xüsusi əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, Rusiya Prezidenti Dmitri Medvedevin son 3 görüşün 2-də şəxsən iştirak etməsi Kremlin münaqişənin həllindəki qərarlılığını göstərir. Azərbaycan üçün o da müsbət məqamlardan biridir ki, Moskva münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini qabardır.
Təbii ki, Dağlıq Qarabağ münaqişəsinin ətrafında bu gün yaranmış müsbət aura Azərbaycanın ötən ilin avqust ayında Cənubi Qafqazda baş vermiş “burulğandan” uğurla çıxmasının nəticəsidir. Həmin dövrdə Rusiya Gürcüstana hücum edib orada işğal siyasəti apararkən çoxları rəsmi Bakını tutduğu mövqeyə görə qınamış, Azərbaycanı təxribata cəlb etmək istəmişdi. Ancaq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslı siyasətə sədaqət, böyük uzaqgörənlik və yüksək siyasi bacarıq göstərən Prezident İlham Əliyev ətrafımızı bürüyən müharibə alovunun içərisindən ölkəmizi minimum zərərlə çıxarmağı bacardı. Həmin dövrdə həm daxildə, həm də xaricdə bəziləri iddia edirdi ki, guya Rusiyanın növbəti hədəfi Azərbaycandır. Onlar hər keçən gün Rusiyanın Azərbaycana hücum edəcəyini, rus qoşunlarının Azərbaycanla sərhədə doğru irəlilədiyini söyləyirdilər. Amma bütün bunların heç biri baş vermədi. İddiaların əksinə, Rusiya Gürcüstanda baş verənlərdən sonra regionun əsas güc mərkəzi olan Azərbaycana daha da yaxınlaşmağa, münasibətləri dərinləşdirməyə başladı. Bu yaxınlığın ən bariz təsdiqi isə bir neçə gün öncə Azərbaycanla Rusiya arasında imzalanmış qaz müqaviləsidir.
Kremldə gözəl dərk edirlər ki, Azərbaycanın simpatiyasını qazanmaq ilk olaraq Dağlıq Qarabağ münaqişəsindən asılıdır. Məhz bu səbəbdən də bu gün Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə heç vaxt göstərmədiyi qədər maraq göstərir. Amma o da vurğulanmalıdır ki, münaqişənin tezliklə həlli Rusiyanın başqa maraqlarına da xidmət edir. Məsələn, Kreml Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirmək istəyir və regiondakı münaqişə ocaqlarının məhz öz səyləri ilə həll olunmasından götürəcəyi dividentlərdən yaxşı xəbərdardır. Xüsusilə, Gürcüstanda baş verən və bunun ardınca dünyada cərəyan edən siyasi proseslərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün göydəndüşmə fürsət ola bilər. Moskvanın beynəlxalq maraqları da bunu vacib qılır. Ən azından, münaqişənin həlli regiona ABŞ kimi böyük bir dövlətin üçüncü tərəf olaraq nüfuzunun artmasının qarşısını ala bilər. Rusiya Vaşinqtonun “gözlənilməyən qonaq” olmasındansa, özləri üçün daha ideal variantlar axtarışındadır.
Onu da vurğulamaq lazımdır ki, Gürcüstanın ərazi bütövlüyünü pozaraq onun ərazilərini işğal edən Rusiya hazırda dünyada işğalçı dövlət kimi qəbul edilir. ABŞ prezidenti Barak Obamanın bir neçə gün öncə Moskvaya reallaşan səfəri çərçivəsində səsləndirdiyi bəyanatlarda bu detala dəfələrlə diqqət çəkərək, Rusiyanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırması da, məhz bu reallığı təsdiqləyir. İndi isə Dağlıq Qarabağ münaqişəsinin həllində birinci vasitəçi olmaq həm də Rusiyanın sülhsevər ölkə obrazını da bərpa edə bilər. Münaqişənin həllinə nail olmağın üçüncü ən önəmli üstünlüyü isə heç şübhəsiz çox böyük iqtisadi potensiala sahib olan Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə nail olmaqdır. “Nə müharibə, nə sülh” epoxası münaqişə tərəfləri ilə yanaşı, Rusiyaya indi hər zamankından daha çox ziyan gətirir. Deməli, Rusiyanın belə bir addım atması üçün ciddi əsaslar formalaşıb. Bu əsasları isə təkcə regionun dəyişən geosiyasi mənzərəsi deyil, həm də Azərbaycanın bu dəyişən şərtlər qarşısında apardığı uğurlu siyasət yaradıb.
Rusiyanın daha konkret addımlar atmasını şərtləndirən başlıca məqamlardan biri də tarixi proseslərdir. İnkarolunmaz həqiqətdir ki, bu gün Cənubi Qafqazda baş verənlərin müəllifi elə Kremlin özüdür. Hələ əsrlər boyu Azərbaycan torpaqlarının parçalanmasında və tarixi torpaqlarımızda Ermənistan dövlətinin yaradılmasında ən əsas rol oynayan Rusiya ötən əsrin 80-ci illərindən başlayaraq, Ermənistanın Azərbaycan torpaqlarını yenidən işğal etməsinə də, açıq dəstək verib. Hətta bu dəstək bir sıra hallarda rusların və rus qoşunlarının işğal siyasətində birbaşa yer alması ilə müşayiət olunub. Bu gün bu tarixi səhvləri düzəltməyin vaxtı çatıb.
Bütün bu sadalananları nəzərə alaraq, belə bir fikir söyləmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün həqiqətən son şansdır.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

