Gənclərlə bağlı daha bir layihəyə yekun vurulub
22.08.2009 [11:00]
Gənclər və İdman Nazirliyi, “İrəli” İctimai Birliyi, Gənclər Təşkilatlarının Milli Şurasının təşkilatçılığı ilə Qazax rayonunda keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”inin iştirakçılarına diplomların təltif edilməsi mərasimi keçirilib. öncə tədbirin gedişindən bəhs edən qısametrajlı telefilm nümayiş olunub. Sonra çıxış edən “İrəli” İctimai Birliyinin sədri Ceyhun Osmanlı deyib ki, avqustun 8-dən 17-dək Qazaxda yerləşən Milli Olimpiya Kompleksində həyata keçirilən “Gənc Liderlər üçün Yay Universiteti”ndə müxtəlif qurum və təşkilatları, sosial təbəqələri təmsil edən 130 gənc iştirak edib.
Layihə çərçivəsində gənc lider üçün ritorika və natiqlik bacarıqları, liderlik təlimləri, işgüzar etiket, layihələrin yazılması və idarə olunması, insan hüquqları, şəbəkələşmə, müasir internet texnologiyaları mövzusunda təlimlər, Azərbaycan tarixinin XX əsri əhatə edən dövrü və azərbaycançılıq ideyası haqqında mühazirələr keçirilib. C.Osmanlı 9 gün davam edən universitetin sərhədyanı bölgə keçirilməsinin əhəmiyyətini də vurğulayıb.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov deyib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər və idman siyasəti gənc nəslin hərtərəfli inkişafına yönəlib: “Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət istər idman sahəsində, istərsə də gənclər sahəsində öz əməli nəticəsini verməkdədir. Belə ki, son illər ölkəmiz nüfuzlu beynəlxalq gənclər və idman sahələrində əldə etdiyimiz uğurlar ildən-ilə yüksələn xətt üzrə inkişaf etməkdədir. Bu gün idmanın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 20 Olimpiya İdman Kompleksi, bundan başqa, Lənkəranda, Abşeronda, Yevlaxda və Zaqatalada Gənclər evləri tikili istifadəyə verilib. Son illər ölkəmizdə gənclərlə bağlı istər dövlət, istərsə də gənclərin qeyri-hökumət təşkilatlarının xətti ilə müxtəlif mövzularda, gənclərimizin maraqlarını təmin edən çoxsaylı layihələr həyata keçirilir”.
A.Rəhimov onu da əlavə edib ki, bu il nazirliyin təşəbbüsü ilə Lənkəranda, Sumqayıtda, Qusarda, Göy-Göldə, Oğuzda, Qazaxda, İsmayıllıda və digər bölgələrdə gənclər üçün təşkil edilən düşərgələrdə 1000-ə yaxın gənc iştirak edib: “ümid edirəm ki, Qazaxda keçirilən bu tədbir gənclərin liderlik qabiliyyətinin formalaşmasına müsbət təsir göstərəcək, dövlət gənclər siyasətinin əhatə dairəsinin genişlənməsinə şərait yaradacaq”.
Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov gənclərin qarşısında duran vəzifələrdən danışıb: “Sizin qarşınızda çox böyük və məsuliyyətli bir iş dayanıb. Siz Azərbaycanın gələcəyisiniz və bu sözlər ümummilli liderimizə məxsusdur. Azərbaycan gəncləri Azərbaycanın gələcəyidir və bu gələcəyin necə qurulmasında, necə formalaşmasında sizin atdığınız addımlar öz təsirini göstərəcək”.
E.Aslanov tədbir iştirakçısı olan 130 gəncin gələcəkdə Azərbaycanın inkişafı üçün lazım olan bütün addımları atacaqlarına ümidvar olduğunu deyib: “Sizin aranızda gələcəkdə bir-birinizlə çalışacaq, həmkar olacaq liderlər yetişir. Bu gün bəziləriniz müxtəlif dövlət qurumlarında çalışır, bəziləriniz təhsil alırsınız, bəziləriniz bəlkə də iş axtarırsınız. Amma artıq bu gün bir gənc liderlər ailəsi formalaşır. Bu da cənab Prezidentin əsas məqsədi və prioritetdir ki, Azərbaycanda yüksək intellektual potensiala malik, yüksək elmi potensialı olan yeni top-menecerlər komandası formalaşsın. Həmin top-menecerlər də sizlərsiniz. Həmin top menecerlər xaricdə təhsil alan və gələcək illərdə Azərbaycana dönəcək gənclərdir. Sizlər Azərbaycanı gələcəkdə idarə edəcəksiniz. Ona görə, bu gün özünüzə qarşı daha da tələbkar olmalısınız ki, Azərbaycanı inkişaf etdirərək, yeni zirvələrə və uğurlara doğru aparasınız”.
Digər çıxışlardan sonra layihə iştirakçılarının hər birinə diplom təqdim olunub və xatirə şəkli çəkilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14

