/ / Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
Siyavuş Novruzov: “Freedom House” kimi təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur
18.01.2018 [10:11]
“Ümumiyyətlə, “Human Rights Watch”, “Freedom House” və bir neçə bu kimi təşkilatlar 25 ildən artıqdır ki, Azərbaycan haqqında düzgün olmayan, qərəzli, ölkəmiz haqqında məlumatı olmayan kimlərinsə yazdığını götürüb dərc edən, fikirlər yayımlayan qurumlardır. Həmin məlumatlar isə başdan-ayağa qərəzdir. “Freedom House” bir qeyri-hökumət təşkilatıdır. Belə bir qurumun dediklərinin heç birinə əhəmiyyət vermək lazım deyil”.
Bu fikirləri “Freedom House” təşkilatının Azərbaycanla bağlı hesabatına münasibət bildirərkən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, Azərbaycanda beş minə yaxın qeyri-hökumət təşkilatı var. Doxsana yaxın siyasi partiya mövcuddur. Xeyli sayda mətbuat orqanı fəaliyyət göstərir. Hər bir media orqanı və yaxud qeyri-hökumət təşkilatı, siyasi partiya bir başqa dövlət haqqında bir yazı dərc etdiyi halda, bunun hansı hüquqi əsası ola bilər?! Heç bir hüquqi əsası yoxdur: “Həmin təşkilat hansı tədqiqatı apara bilər? Dünyada 200-dən artıq ölkə var. “Freedom House” bir qrup dövləti azad, digər ölkələri isə yarım azad və azad olmayan ölkə kimi müəyyənləşdirir. Bütün bunları dəqiq şəkildə müəyyənləşdirmək, tədqiqatını aparmaq üçün onun ən azından on min işçisi olmalıdır. Hər hansı bir ölkədən anonim yazı almaqla həmin dövlət haqqında “məlumat” verməyin özü etikadan kənardır. Digər tərəfdən, həmin təşkilatın yaydığı bəyanatların heç bir hüquqi əsası yoxdur”.
Siyavuş Novruzov qeyd edib ki, sadəcə olaraq, həmin qurum erməni lobbisinin, başqa-başqa təşkilatların əlində alətə çevrilib. Azərbaycanın bugünkü inkişafını, ölkəmizdə həyata keçirilən layihələri onların gözü götürmür: “Tək 2017-ci ildə Azərbaycan Avropa İttifaqı ilə bir çox layihələr həyata keçirib. Dünya ölkələrinin rəhbərləri Azərbaycana mütəmadi səfərlər ediblər. Region ölkələrinin liderləri ölkəmizə gəlib, ikitərəfli və çoxtərəfli müqavilələr imzalanıb. O cümlədən cənab Prezidentin 20-dən artıq xarici ölkəyə səfəri baş tutub. Bu yaxınlarda ölkə başçısının həm Münhen Təhlükəsizlik Konfransında, həm də Davos İqtisadi Forumunda iştirakı gözlənilir. Dünyanın samballı təşkilatlarından olan Davos İqtisadi Forumu Azərbaycanın daha irəliyə getdiyini, ölkəmizdə biznes mühitinin azad olduğunu və digər məsələlərlə bağlı özünün bəyanatlarını hər il dərc edir. Dünya ölkələrinin əksəriyyəti də buna dəstək verir”.
Siyavuş Novruzov hesab edir ki, adıçəkilən təşkilatın bəyanatlarına ciddi əhəmiyyət verilməməlidir. “Freedom House” ən hörmətsiz təşkilatlardan biridir və bu təşkilatın qərarının Azərbaycanda müzakirəsinə ehtiyac yoxdur.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

