/ / Münaqişənin nəticələri nəzərə alınmadan sərhədlərin açılması Azərbaycanın milli maraqlarına ziddir
Münaqişənin nəticələri nəzərə alınmadan sərhədlərin açılması Azərbaycanın milli maraqlarına ziddir
03.09.2009 [01:30]
“Hesab edirəm ki, Türkiyə hökuməti, Türkiyə rəhbərliyi münaqişə başlanan gündən indiyədək olan prosesləri nəzərə alacaq. Eyni zamanda, Türkiyə baş nazirinin bu ilin mayında Azərbaycanda verdiyi bəyanat, Türkiyə xarici işlər nazirinin bəyanatlarının mahiyyətindən belə başa düşürük ki, doğrudan da, Türkiyə proseslərin gedişində Azərbaycana verdiyi vədə əməl edəcək. Yəni Türkiyə baş nazirinin dediyi kimi, əgər Ermənistan-Azərbaycan münaqişəsinə və işğala son qoyulmazsa, Türkiyə Azərbaycana verdiyi vədə əməl edəcək, mövqeyindən bir addım da geri dönməyəcək”. Bunu Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Turan” agentliyinə müsahibəsində bildirib. Şöbə müdirinin sözlərinə görə, Azərbaycan və Türkiyə dost, qardaş, strateji tərəfdaş və bir millət, iki dövlətdir: “Münasibətlərimizin bütün sahələrdə ruhu bundan ibarətdir ki, biz Türkiyə tərəfinə, Türkiyə rəhbərlərinə, Türkiyənin indiki mövqeyinə inanmalıyıq. Mən də inanmaq istəyirəm ki, münaqişə həll edilməyincə, münaqişənin həllində güclü irəliləyiş əldə edilməyincə Türkiyə addım atmayacaq”.
“Dünya birliyi Türkiyənin Ermənistanla birgə atdığı bu addımı hər tərəfdən təqdir edir” deyən Novruz Məmmədov söyləyib ki, Azərbaycanın buna etirazı yoxdur: “Düşünürəm ki, Türkiyənin bu addımı münaqişənin həlli prosesinə çox böyük təsir edə bilər. Türkiyə baş naziri Azərbaycan parlamentində çıxışında qeyd etdi ki, Ermənistanla sərhədləri bu ölkə Azərbaycan ərazilərini işğal etdiyinə görə bağlayıblar. Sərhədlərin bağlanmasının səbəbi budursa, nəticə də bununla bağlı olmalıdır. İnanırıq ki, proseslərin belə getməsinə baxmayaraq Türkiyə vədinə əməl edəcək. çünki bu məsələni Türkiyə parlamenti də təsdiq etməlidir. Ona görə də məsələ parlamentin müzakirəsinə təqdim edilməmişdən öncə Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi irəliləyiş əldə olunmalıdır ki, Türkiyənin baş nazirinin və rəhbərliyinin verdiyi vədə uyğun olaraq, onlar hazırda ortada olan sənədləri Böyük Millət Məclisinin təsdiqinə təqdim etsinlər”.
Novruz Məmmədov vurğulayıb ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması münaqişənin nəticələri nəzərə alınmadan baş verərsə, Azərbaycanın milli maraqlarına birbaşa ziddir və Azərbaycan tərəfindən qəbul edilməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14

