/ / Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu
Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu
23.02.2018 [10:19]
“Xocalı soyqırımı - erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir”. Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Moskvada çıxan “İrs-Naslediye” jurnalının növbəti nömrəsində dərc olunmuş məqaləsinin birinci hissəsində yazır.
AZƏRTAC xəbər verir ki, Əli Həsənov məqaləsində hələ XIX əsrin əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına - Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi köçürülməsini sübut edən tarixi faktları misal göstərir. “Bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrildi. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. 1905-1906-cı illər Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Daralagöz, Tiflis, Zəngəzur, Qazax və bir çox şəhərlərdə dinc azərbaycanlı əhalinin kütləvi qanlı talanları ilə xatırlanır, bir çox şəhərlər və kəndlər xarabalığa çevrildi”, - deyə müəllif yazır.
Dağlıq Qarabağda muxtar vilayətin yaranması tarixini xatırladan Ə.Həsənov yazır ki, 1923-cü il iyunun 7-də Qarabağın dağlıq hissəsində Xankəndi mərkəz olmaqla erməni muxtar vilayəti yaradıldı. “Muxtariyyət statusu vilayətin yerli sakinləri olan azərbaycanlıların rəyi nəzərə alınmadan verildi”, - deyə müəllif qeyd edir. Ə.Həsənovun fikrincə, Qarabağda erməni muxtariyyətinin yaradılması nəinki Azərbaycanın inzibati-ərazi bütövlüyünü pozurdu, həmçinin bundan sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu. Eyni zamanda, XX əsrin ortalarında Ermənistandan 150 minə yaxın azərbaycanlı məcburi olaraq köçürüldü.
Məqalədə qeyd olunur ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni siyasətçilərinin və onların havadarlarının uzun illər ərzində hazırladıqları və vilayətdə vəziyyətin gərginləşdirilməsinə yönəldilən planın reallaşdırılmasına başlanıldı. Sovet rəhbərliyinin açıq-aşkar ermənipərəst mövqeyinə söykənən natamam siyasəti vəziyyətin sonrakı gərginləşməsinə gətirib çıxardı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsində 30-dan çox yaşayış məntəqəsi talan edildi və yandırıldı, 1992-ci ilin əvvəlində erməni qüvvələri DQMV-nin azərbaycanlılar yaşayan sonuncu məntəqəsini işğal etdilər. Daha sonra məqalədə Xocalı soyqırımına gətirib çıxaran hadisələr təfsilatı ilə şərh edilir.
Qeyd edək ki, məqalənin davamı jurnalın növbəti nömrəsində dərc olunacaq.
“Redaktorun sütunu” rubrikasında nəşrin baş redaktoru Musa Mərcanlı oxuculara “İrs-Azərbaycan inciləri” seriyasından ingilis və fransız dillərində səkkizinci kitabının və jurnalın qazax dilində birinci nömrəsinin nəşrindən söz açır. O yazır ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Ötən ildən jurnalda bu mövzuya həsr olunmuş rubrika fəaliyyət göstərir. Bundan bir qədər əvvəl isə erməni ifrat millətçiləri tərəfindən dinc azərbaycanlı əhalinin qanlı talanlarının 100 illiyi tamam olur. Bu məşum hadisə hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Baş redaktor Xocalıda baş verən faciəli hadisələri Cənubi Qafqazda müasir etnik təmizləmə mərhələsinin ən dəhşətli epizodu adlandırır. O qeyd edir ki, “İrs-Naslediye” jurnalının yeni nömrəsində həm Xocalı soyqırımına, həm də bu geniş mövzunun digər aspektlərinə həsr olunmuş materiallar verilib.
Bu nömrədə “1918-ci ilin mart soyqırımı belaruslu fotoqrafın gözü ilə”, böyük şair Hüseyn Caviddən bəhs edən “Dahi romantikin taleyi”, habelə “Müsəlman korpusu”, “Azərbaycanın baş örtükləri barədə”, “Erməni folklorunda Azərbaycan mənbələri” və digər məqalələr də yer alıb.
Xəbər lenti
Hamısına baxİdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27

