/ / “Azərbaycan qadınının Seçki Hüququnun 100 illik yubileyi” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib
“Azərbaycan qadınının Seçki Hüququnun 100 illik yubileyi” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib
08.03.2018 [08:50]
Hicran Hüseynova: Qadınların cəmiyyətdə layiqli yer tutması dövlətimizin siyasətinin prioritetlərindən biridir
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi martın 7-də “Azərbaycan qadınının Seçki Hüququnun 100 illik yubileyi” çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklillər qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları metronun “Nizami” stansiyası qarşısında ucaldılan “Azad qadın” heykəlinin önünə gül-çiçək dəstələri düzüblər.
“Absheron Mariot JW” otelində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
“Azərbaycan Xalq Cümhuriyyəti dönəmində qadınlar” filmi nümayiş etdirilib.
Sonra Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunu oxuyub.
Daha sonra ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət sahələrində, ictimai-siyasi həyatda mühüm xidmətləri olan bir qrup qadına fəxri adların vəsiqələri və “Tərəqqi” medalı təqdim olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınlarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin respublikamızın ictimai-siyasi həyatında və öz fəaliyyət sahələrində fərqlənən bir qrup qadının fəxri adlar və “Tərəqqi” medalı ilə təltif olunması barədə imzaladığı sərəncamlar bu gözəl bayramda ən böyük hədiyyədir. Azərbaycan qadını milli azadlıq hərəkatında, Qarabağ döyüşlərində, həm də dövlət quruculuğunda fəal iştirak edib və bu gün də öz fəaliyyətini uğurla davam etdirir. Cəmiyyətin bütün sahələrində təmsil olunan müasir Azərbaycan qadını ana olmaqla bərabər, bacarıqlı siyasətçi, sahibkar, müəllim, hərbçi, həkim, mühəndis, neftçi, hakim, alim və dövlət məmurudur.
Komitə sədri vurğulayıb ki, hazırda dünya dövlətlərinin qarşısında dayanan əsas məqsədlərdən biri cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün bərabər imkanların yaradılmasıdır. Azərbaycanda qadına, onun hüquqlarının müdafiəsinə yüksək diqqət və qayğı göstərilir. Qadının ailədə, işdə, cəmiyyətdə layiqli yer tutması dövlətimizin siyasətinin prioritetlərindən biridir.
Son illər ölkəmizdə qadınlar üçün geniş imkanların yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində çox mühüm işlər görülüb.
“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həm qayğıkeş ana kimi, həm də ictimai-siyasi fəaliyyəti ilə qadınlara örnəkdir. Biz fəxr edirik ki, ilk Avropa və IV İslam Həmrəyliyi oyunları Azərbaycanın birinci xanımının rəhbərliyi ilə yüksək səviyyədə keçdi. Bu, Azərbaycan qadınının yüksək intellektini və peşəkarlığını bir daha dünyaya göstərmiş oldu. Mehriban xanım ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. Bütün bunlar Mehriban xanım Əliyevanın yüksək siyasi potensiala malik olduğunu təsdiqləyir”, - deyə Hicran Hüseynova bildirib.
Mərasimdə çıxış edən BMT-nın Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasseti deyib ki, gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi inkişafın fundamental əsasıdır və qloballaşma prosesində mühüm yer tutur. Cəmiyyətin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkan yaradılması əsas məsələlərdən biridir.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov yüksək milli mənəvi dəyərlərə və vətənpərvərlik keyfiyyətlərinə malik olan Azərbaycan qadınının müstəqillik illərində böyük inkişaf yolu keçdiyini qeyd edib. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev də ictimai həyatda qadınlara xüsusi diqqət və qayğı göstərir, onların əməyini yüksək qiymətləndirir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin ictimai-siyasi həyatında fərqlənən bir qrup fəal qadına diplomlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

