Aİ-nin Cənubi Qafqazla bağlı bütün layihələri Azərbaycanın iştirakı olmadan reallaşmır
19.09.2009 [14:02]
Məlum olduğu kimi, bir neçə gün öncə Avropa İttifaqına (Aİ) üzv dövlətlərin xarici işlər nazirləri Cənubi Qafqaz ölkələri ilə bağlı müzakirələr aparıblar. Bu müzakirələr haqqında müxtəlif ehtimallar irəli sürülməkdədir. Məsələyə münasibət bildirən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı hesab edir ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinin tərəfdarıdır. “Yeni Qonşuluq Siyasəti” çərçivəsində təşkilatla əməkdaşlıq edilir və tərəflər arasında indiyədək bir sıra sənədlər imzalanıb.
Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda iqtisadi potensialına, demokratik inkişafına görə Azərbaycan Aİ-yə daha yaxın ölkə hesab olunmaqdadır. M.Qurbanlı qeyd edib ki, Aİ-nin bölgə ilə bağlı bütün layihələri Azərbaycanın iştirakı olmadan reallaşmır. ölkəmizin həm coğrafi mövqeyi, həm iqtisadi islahatlar, dövlətin demokratik inkişaf yolunda atdığı addımlar Aİ-nin Azərbaycana marağını daha da artırıb: “Əsas hədəflərdən biri iqtisadi inteqrasiyanı dərinləşdirməkdir. O da məlumdur ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan Aİ-nin Şərq-Qərb nəqliyyat dəhlizi və iqtisadi layihələrı proqramında mühüm yer tutmaqdadır. Aİ-nin Cənubi Qafqazla bağlı bütün tədbirlərində, aparılan danışıqlarda Azərbaycana xüsusi diqqət yetirilir. Azərbaycanın da mövqeyi Prezident İlham Əliyevin apardığı siyasətdə özünü göstərir. Biz Avropaya nə qədər lazımıqsa, Avropa da bizə o qədər lazımdır. Bizim başlıca prinsipimiz budur. Yəni, Aİ ilə əməkdaşlıq naminə Azərbaycan öz milli maraqlarından bir addım da geri çəkilməyəcək. Aİ ilə əlaqələr Azərbaycanın maraqları çərçivəsində qurulur. Kimlərsə Avroatlantik məkana inteqrasiyanı sürətləndirmək naminə milli maraqlarımızdan geri çəkilməyi təbliğ edirlərsə, bu, yolverilməzdir. Əməkdaşlıqda tarazlıq gözlənilməlidir. Azərbaycan ərzaq, enerji, milli təhlükəsizliyini təmin etmək iqtidarında olan ölkədir, bölgənin lider dövlətidir”.
M.Qurbanlı vurğulayıb ki, Azərbaycan Aİ-yə üzv ölkələrlə ikitərəfli əlaqələri sürətlə inkişaf etdirir. Eyni zamanda, Aİ-nin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı layihələrində yaxından iştirak edir.
YAP İcra katibinin müavini hesab edir ki, Avropa strukturlarının qapılarını gedib döymək yox, bu qapıların bizim üçün daim açılmasına şərait yaratmaq lazımdır. Bu da artıq mövcuddur. Bu, Avropa Şurasında, Aİ-də və Avroatlantik məkanın təhlükəsizlik çətiri olan NATO ilə münasibətlərdə də özünü göstərir. Onun sözlərinə görə, Aİ ilə münasibətlər ümumi xarici siyasətimizin bir hissəsi olaraq həyata keçirilir və burada tarazlıq gözlənilir.
Ermənistanın NABUCCO layihəsinə qoşulacağı barədə məlumatlara gəlincə, M.Qurbanlı xatırladıb ki, bugünlərdə ölkəmizdə səfərdə olan Aİ-nin enerji məsələləri üzrə komissarı məsələyə aydınlıq gətirib. “Mövqe bundan ibarət olub ki, təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında Ermənistanın NABUCCO layihəsinə qoşulması məsələsi müzakirə olunmayıb. ümumiyyətlə, Aİ-nin Cənubi Qafqazda həyata keçirdiyi layihələrdə Azərbaycanın mövqeyi əsas rol oynayır. Ermənistan işğal etdiyi torpaqlarımızı azad etməyincə, bölgədə reallaşan hər hansı layihədə iştirak edə bilməyəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb. Onun sözlərinə görə, indiki halda Ermənistanın Qafqaz bölgəsində Aİ səviyyəsində müəyyən olunmuş bu və ya digər layihələrdə iştirakı mümkün deyil. çünki Ermənistanın coğrafi mövqeyi hansısa layihənin Azərbaycandan yan keçməklə reallaşmasına şərait yaratmır. NABUCCO layihəsinin bu gün diqqət mərkəzində olduğunu deyən millət vəkili Azərbaycanın neft və qazla zəngin bir ölkə olduğunu xatırladıb. “Neft və qazı xarici bazarlara çıxarmaq üçün 7 boru kəməri var. Yəni, Azərbaycan bu məhsulları çoxşaxəli ixrac etmək imkanına malikdir”, - deyə M.Qurbanlı bildirib.
NARDAR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

