Müxalifət mətbuatının növbəti məntiqsizliyi...
24.09.2009 [09:55]
Adətən, yazmağa bir mövzu tapa bilməyən müxalifətyönlü mətbuat orqanları Azərbaycana təzyiq etmək üçün xarici qüvvələrin əlinə şans verə biləcək əsassız iddialarla gündəmi “müəyyənləşdirməyə” cəhd göstərirlər. öz “ənənələrinə” sadiq qalan bu cür mətbu orqanlarının növbəti mövzuları qanunsuz tikililərin sökülməsinə, onların dili ilə desək, “məscid söküntüsü”nə, yaxud da “bağlanması”na həsr edilib...
Əvvəla, qeyd edək ki, həmin qəzetlər bir müddət öncə “siyasi məhbus”, “jurnalist həbsi”lə bağlı da əsassız yazılara üstünlük verirdilər. Amma Azərbaycandakı söz, fikir azadlığından sui-istifadə edən bir neçə “jurnalist”in insanların şərəf və ləyaqətini alçaltmaq yolu ilə “reket”çiliklə məşğul olduğunu görmək istəmirdilər. Axı, “jurnalist”lərin bəhs edilən əməlləri birbaşa qanun pozuntusu idi və qanunu pozan şəxslər mütləq cəzalandırılmalıdır. Məgər dünyada elə bir ölkə göstərmək olar ki, orada qanunu pozanlar cəzalandırılmasın? Bu mümkün deyil...
Lakin qanun çərçivəsində həll olunan məsələni hüquq pozuntusu kimi qələmə verən bu mətbuat orqanları xarici qüvvələrin diqqətini cəlb etməyə çalışırdılar və ya onların tapşırıqlarını yerinə yetirirdilər. Bu gün isə onlar “məscid söküntüsü”, yaxud da “bağlanması” iddialarını ortaya atıblar...
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu məsələyə münasibət bildirərkən deyib ki, “Azərbaycanda heç bir məscid bağlanmayıb. Bunu kim deyirsə, yalan deyir”.
Onun sözlərinə görə, qanunsuz tikilinin inşasının dayandırılması, yaxud yarımçıq tikilinin sökülməsi məscidin bağlanması, sökülməsi demək deyil: “Ona görə də, insanlar mətbuatda buna münasibət bildirərkən, eyni zamanda, jurnalistlər bu məsələyə yanaşarkən yarımçıq tikili ilə fəaliyyətdə olan məscidi qarışdırmasınlar. Azərbaycanda son vaxtlar iki yarımçıq qanunsuz tikili sökülüb ki, bu da doğru addımdır. Tikintinin aparılmasına icazə verən dövlət qurumları, qayda-qanunlar var. Həmin qurumlardan icazə alınmalı, layihə razılaşdırılmalı, eləcə də, digər işlər görülməlidir. Azərbaycanda heç vaxt məscid bağlanmayıb, bundan sonra da bağlanmayacaq. Baş verən hadisələr yarımçıq qanunsuz tikililərlə bağlıdır, onlar da sökülür”...
Bir məqamı da qeyd etmək yerinə düşər ki, əslində, “siyasi məhbus”, “jurnalist həbsi”, “məscid söküntüsü” və s. bu kimi mövzular cəmiyyətin ən həssas təbəqəsinə vurulan zərbə kimi, cəmiyyətdə neqativ hallar yarada biləcək ən təhlükəli “silahlardır”. Və görünür ki, bu mövzularda yazmaq sifarişi həmin mətbuat orqanlarına Azərbaycanın inamla inkişaf etməsinə qısqanclıqla yanaşan, ölkəmizə təzyiq etmək istəyən mərkəz(lər) tərəfindən verilir...
Əslində isə, qanunsuz tikililərin sökülməsi kimlərinsə hüquqlarının pozulması demək deyil.
Amma Azərbaycanda kimsə hansısa məqsədlərlə “mən məscid tikirəm və bu ictimai bir işdir” iddiası ilə istədiyi addımı ata bilməz. çünki məscidlər cəmiyyətin bütün üzvləri üçün açıq məkandır. O da sirr deyil ki, bəzi məqamlarda xarici kəşfiyyat orqanlarının nümayəndələri məscid tikmək adı ilə təmsil etdiyi dövlətin məqsədlərini həyata keçirirlər. Bunun kifayət qədər nümunəsini göstərə bilərik...
Bu gün dünyada gedən siyasi prosesləri nəzərə alaraq deyə bilərik ki, hazırda hər bir ölkə milli dövlətçiliyini qorumaq, təhlükəsizliyini təmin etmək üçün malik olduğu bütün resurslardan istifadə edir. Eyni zamanda, onu da unutmaq olmaz ki, hazırda qlobal idarəçilik iddiasında olanların kiçik ölkələrdə milli dövlətçiliyi məhv etmək üçün istifadə etdiyi ən güclü silah məhz dindir. Yəqin ki, artıq məsələ hər kəsə aydın olur...
Son olaraq, Azərbaycanda dövlət özü insanların dini ayinlərini həyata keçirmək üçün bütün lazımi şəraiti yaradır. Məscidlər tikilir, bərpa olunur...
Ona görə də, qanunsuz olaraq inşa olunmuş bəzi tikililərin sökülməsi tamamilə qanun çərçivəsindədir...
Bütün bunlardan sonra ortaya maraqlı bir sual çıxır: Qanunsuz olaraq məscid tikənlər nə üçün dövlət orqanlarından icazə almadan bu işi həyata keçirirlər?
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxMaraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11

