Elman Nəsirov: Ermənistanda siyasi böhran pik nöqtəsinə gəlib çatıb
19.04.2018 [09:42]
“Ermənistanda sistemli böhran yeni mərhələyə daxil olub və bu gün həmin böhranın mühüm tərkib hissəsi olan siyasi böhran isə özünün pik nöqtəsinə gəlib çatıb”.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, Ermənistanda gərginlik yaranacağı ilə bağlı gözləntilər, proqnozlar var idi və bu proqnozlar da özünü doğrultdu: “Burada üç amili xüsusi qeyd etmək istərdim. Birincisi, xalq ona görə ayağa qalxıb ki, Serj Sarkisyanın 10 illik hakimiyyətindən bezib. Çünki bu 10 illik hakimiyyət Ermənistan əhalisinə yalnız əzab-əziyyət, iztirab və işgəncə gətirib. Ermənistan əhalisinin yoxsulluq səviyyəsi dözülməz hala gəlib çatıb, ölkədə iqtisadiyyat ümumiyyətlə tənəzzül edib, ölkədən mühacirət isə heç zaman olmadığı səviyyəyə çatıb. Bunu görən xalq Serj Sarkisyanın bundan sonra da hakimiyyətdə qalmasını istəmir və ona qarşı ayağa qalıb”.
Deputatın sözlərinə görə, ikinci tərəfdən, Sarkisyan ölkədə siyasi islahatlara gedib prezidentli respublikanı parlamentli respublikaya çevirəcəyi ilə bağlı addımlar atmağa başlayarkən bəyan etmişdi ki, onun baş nazir kürsüsünə iddiası yoxdur və heç bir halda Ermənistanın baş naziri olmayacaq: “Bu gün xalq həm də ona görə ayağa qalxır ki, Serj Sarkisyan növbəti dəfə xalqını aldatdı. Və nəhayət, hesab edirəm ki, Azərbaycan dövlətinin Ermənistana münasibətdə tətbiq etdiyi taqətdən salma taktikası öz işini görüb və Ermənistanın üzləşdiyi bugünkü böhranda Azərbaycanın bu taktikasının mühüm rolu var. Artıq Ermənistan xalqında belə bir düşüncə hasil olmaqdadır ki, nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, onların heç bir xöşbəxtliyi, heç bir gələcəyi yoxdur və vəziyyətləri daha da pisləşəcək. Bu düşüncə tərzi Ermənistanda getdikcə daha geniş yayılmaqdadır. Bunun səbəbkarı kimi isə Serj Sarkisyanın adı qeyd edilir və ona görə də hesab edirəm ki, bu gün sözün həqiqi mənasında Sarkisyanın başı üzərində qorxulu kabus fırlanmaqdadır”.
Qeyd edək ki, aprelin 16-dan Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

