Eldar İbrahimov: Azərbaycanla Türkiyənin birliyi sarsılmazdır
27.04.2018 [09:31]
“Azərbaycan və Türkiyə dost və qardaş ölkədir. Bu qardaşlıq sarsılmazdır. Bizi bir-birimizə tarixi köklər, dil, din birliyi bağlayır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və səfər zamanı aparılan müzakirələr birliyimizin daha da möhkəmlənməsinə xidmət edir”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, hər iki dövlətin münasibətləri Ulu öndərimiz Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” prinsipinə əsaslanır. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə bu prinsip əsasında öz əlaqələrini daha da gücləndirir.
“Bilirsiniz ki, Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri zamanı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclası keçirildi. Bu iclasda çox vacib məsələlər müzakirə olundu. Hesab edirəm ki, iclasda qəbul olunmuş qərarlar iki dövlət arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da güclənməsinə töhfələr verəcək. Həmçinin prezidentlər münasibətlərin inkişafına dair mühüm bəyanatlar verdilər. Qeyd olundu ki, Azərbaycanla Türkiyə bütün məsələlərdə bir-birilərini dəstəkləyirlər. Xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Türkiyə hər zaman Azərbaycanın yanındadır. Eləcə də ölkəmiz Türkiyəni terrora qarşı mübarizədə birmənalı olaraq dəstəkləyir. Bu gün hər iki dövlət qlobal əhəmiyyətli layihələr həyata keçirir və bu layihələr həm Azərbaycanı, həm də Türkiyəni daha da gücləndirir. Həmçinin ölkələrimizin beynəlxalq müstəvidə yeri və rolu artır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bütün Avropa üçün fayda gətirən mühüm layihələrdir. Hazırda daha başqa layihələr üzrə işlər gedir. TAP, TANAP, Cənub Qaz Dəhlizi layihələri bu baxımdan böyük əhəmiyyət kəsb edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, iyun ayında TANAP layihəsinin açılışı olacaq. Bu hadisə də dövlətlərimizin gücünü artıran faktor olacaq. Bizim ölkələrimiz həm də sülh və barış üçün birgə səylər göstərirlər. Azərbaycanla Türkiyənin uğurlarına, dünyaya təqdim edilən layihələrə dostlarımız sevinir, görülən işləri təqdir edirlər. Amma bədxahlarımız isə bütün bunlardan məyus olurlar. Onlar ölkələrimizin nüfuzuna zərbə vurmağa çalışırlar. Lakin məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanla Türkiyənin birliyi sarsılmazdır və bizim birliyimiz sayəsində qarşıdakı illərdə yeni-yeni nailiyyətlər qazanacağıq”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25

