Avropa Parlamenti Milli Məclislə əlaqələri inkişaf etdirməkdə maraqlıdır
28.04.2018 [10:16]
Aprelin 27-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə sədr Azərbaycanın Avropa İttifaqı və onun qurumları ilə əməkdaşlığın hərtərəfli inkişafında maraqlı olduğunu bildirib. Bu baxımdan qarşılıqlı səfərlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə münasibətlərdə son dövrlərdə müsbət dinamika müşahidə olunmaqdadır.
Oqtay Əsədov xanım Norika Nikolai ilə ikinci dəfə görüşdüyünü xatırladaraq, onun Milli Məclis ilə Avropa Parlamenti arasında münasibətlərin inkişafı istiqamətində səylərini və bu qurumda mövcud olan Azərbaycan ilə dostları qrupunun üzvü kimi fəaliyyətini yüksək dəyərləndirib. Bildirilib ki, Azərbaycan üzrə məruzənin hazırlanması artıq yekun mərhələdədir. “Cari ilin mayında qurumun xarici əlaqələr komitəsində sənəd müzakirəyə çıxarılacaq. Ümid edirik ki, sənəddə bölgə reallıqları öz obyektiv əksini tapacaq. Bununla yanaşı, bəzi siyasətçilər tərəfindən Milli Məclis və Avropa Parlamenti arasında son dövrlər əldə edilən nailiyyətlərə kölgə salmaq cəhdlərinə qarşıyıq. Belə hesab edirik ki, Avropa Parlamentində kifayət qədər rasional düşünən insanlar var. Məhz bunun nəticəsidir ki, son bir ildə parlamentlər arasında münasibətlər yüksələn xətlə inkişaf edir”, - deyə sədr vurğulayıb.
Görüşdə Milli Məclis sədri vurğulayıb ki, 1999-cu ildən qüvvədə olan Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi bugünkü dinamikaya uyğun deyil. Buna görə də yeni sənədin hazırlanmasına ehtiyac var. 2017-ci ilin noyabrında Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı Sammitində iştirakı ölkəmiz tərəfindən bu quruma göstərilən diqqətin bariz nümunəsidir. Biz gələcəkdə də Avropa Parlamenti ilə münasibətlərimizi inkişaf etdirmək niyyətindəyik.
Səmimi qəbul üçün minnətdarlığını bildirən xanım Norika Nikolai növbəti dəfə Milli Məclisdə olmağından məmnunluğunu ifadə edib. Bildirib ki, onun təmsil etdiyi qurum Milli Məclislə əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Milli Məclisin fəaliyyətində əsaslandığı dəyərlər alqışa layiqdir.
Qonaq son dövrdə münasibətlərin inkişafında əldə edilmiş uğurları, Azərbaycan nümayəndə heyətinin Avronest PA-da fəaliyyətini bərpa etməsini yüksək qiymətləndirib. O, ölkəmizə səfərini və burada keçirdiyi görüşləri çox əhəmiyyətli hesab edib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev də iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19

