/ / Sahibə Qafarova: İƏT-in 45-ci sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələrin qəbulu diplomatiyamızın növbəti uğurudur
Sahibə Qafarova: İƏT-in 45-ci sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələrin qəbulu diplomatiyamızın növbəti uğurudur
09.05.2018 [15:53]
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Dəkkə şəhərində keçirilən 45-ci sessiyasında ölkəmizlə bağlı bir sıra mühüm qərarların, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələrin qəbul olunması Azərbaycan diplomatiyasının növbəti uğurudur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahibə Qafarova deyib.
Azərbaycanın zəngin, qədim multikultural ənənələrə malik ölkə olduğunu, bu gün dünyada dinlər və mədəniyyətlər arasında dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və inkişafı istiqamətində mühüm təşəbbüslərə imza atdığını xatırladan Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan İslam aləmində də böyük nüfuza malikdir. Sahibə Qafarova deyib ki, İƏT-ə üzv dövlətlərlə bir çox sahələri əhatə edən münasibətlər quran Azərbaycan İslam ölkələri arasında əməkdaşlığın inkişafı və genişləndirilməsi istiqamətində də təşəbbüskar dövlətdir. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” kimi qeyd olunduğunu vurğulayan Milli Məclisin deputatı diqqətə çatdırıb ki, ötən il Azərbaycanın təşkilatçılığı və ev sahibliyi ilə keçirilən tədbirlər, ölkəmizin təşəbbüsləri İslam ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, bir sıra problemlərin həllinə mühüm töhfələr verib.
Sahibə Qafarovanın sözlərinə görə, sessiya çərçivəsində “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamələrin qəbulu bir çox cəhətlərdən əhəmiyyətlidir. Bu sənədlərdə Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilməsi beynəlxalq ictimaiyyətin problemin ədalətli həllinə diqqətinin yönəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. İƏT-ə üzv dövlətlərin təmsilçiləri rəsmi şəkildə bəyan ediblər ki, BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsində tam dəstək verəcəklər. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin doğurduğu faciəvi və ağır nəticələr, azərbaycanlılara qarşı soyqırımı siyasətinin gerçəkliklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi bu sənədlərdə xüsusi qeyd olunub.
Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında vandallıq törətdiyini bildirən Sahibə Qafarova deyib ki, işğal faktının davam etdiyi ötən 25 ildən artıq dövrdə işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni abidələr tamamilə dağıdılıb, dini məbədlər, İslam dinini simvolizə edən abidələr məhv edilib, təhqir olunub. Ermənilərin bu barbarlığı dəfələrlə sübuta yetirilib, hətta müxtəlif beynəlxalq müşahidə missiyaları tərəfindən də qeydə alınıb. İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının sessiyasında da “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı sənədin qəbulu da ermənilərin vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli bir addımdır.
“Bütün bunlar isə bir daha Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, problemin həllinə münasibətdə ikili standartların aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası yönündə qətiyyətli, ardıcıl siyasətinin uğurlu nəticələr verdiyini ortaya qoyur. Bu gün dünyadakı bütün təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını tanıyır, Azərbaycanın haqlı və ədalətli mövqeyi ən yüksək kürsülərdən dəstəklənir. İslam Əməkdaşlıq Təşkilatı da bu sırada daim fəallıq nümayiş etdirir”, - deyə S.Qafarova vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40

