/ / Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə məlumatlandırılıb
22.05.2018 [09:20]
Mayın 21-də Azərbaycan Respublikasının Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov ölkəmizdə səfərdə olan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Baş nazirin müavini Əli Əhmədov bildirib ki, Azərbaycanda insanların işlə təmin olunması ilə bağlı bir çox layihələr həyata keçirilir və son illərdə ölkəmizdə məşğulluq problemlərinin həllinə dair vacib addımlar atılır.
Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü islahatlar proqramı ölkə iqtisadiyyatının prioritet sahələrinin qısa dövr ərzində mühüm irəliləyişlərə nail olunmasına imkan verib. Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının İdarə Heyətində yer almasının sevindirici hal olduğunu diqqətə çatdıran Əli Əhmədov ölkəmizin üzərinə düşən bütün öhdəlikləri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib. O, əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyini və daha səmərəli olacağını vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, son illərdə Azərbaycanda bütün sosial proqramlar uğurla davam etdirilir, bu proqramların getdikcə daha da genişləndirilməsi təmin olunur.
Baş nazirin müavini deyib ki, Azərbaycan müstəqil və nisbətən gənc dövlətdir. Bizim artıq 10 milyona yaxın əhalimiz var. Hər bir gənc dövlətlərdə olduğu kimi, Azərbaycanda da bəzi problemlər var. Azərbaycanın xüsusi olaraq böyük və ciddi problemi torpaqlarının işğalı ilə nəticələnən Dağlıq Qarabağ problemidir. Bu problem nəticəsində bir milyon azərbaycanlı doğma torpaqlarından didərgin düşüb. Bu da təxminən əhalinin 10 faizini əhatə edir və bilavasitə məşğulluq məsələlərinə öz təsirini göstərir. İnsanlar torpaqlarını, eyni zamanda, işlərini itiriblər.
Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayder Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Azərbaycanın iş təcrübəsinin təqdirəlayiq olduğunu bildirən qonaq ölkəmizdə əmək bazarının inkişafı sahəsində aparılan islahatların, aktiv məşğulluq tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi işində həyata keçirilən layihələrin Beynəlxalq Əmək Təşkilatı tərəfindən dəstəkləndiyini qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

