Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub
25.05.2018 [09:07]
Baş nazir Novruz Məmmədov: Tarixi bayrağın Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən Azərbaycana gətirilməsi mühüm hadisədir
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin binasından götürülən üçrəngli Dövlət bayrağı yenidən öz Vətəninə qaytarılıb.
AZƏRTAC xəbər verir ki, 100 il əvvəl Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı mayın 24-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Novruz Məmmədov Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu diqqətə çatdırıb, Dövlət bayrağının belə bir əlamətdar vaxtda Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini mühüm hadisə adlandırıb.
Baş nazir deyib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparmışdı. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə - İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlamışdı. Onun varisi bu bayrağın İstanbul Universitetində təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və Azərbaycana qaytarılmasını vəsiyyət etmişdi.
“Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil Azərbaycanın Prezidenti o dövrlə bağlı bütün tarixi hadisələrə həssas yanaşır”, - deyən Baş nazir Novruz Məmmədov bu barədə Prezident İlham Əliyevə məruzə edildiyini və dövlətimizin başçısının tapşırığı ilə həmin Dövlət bayrağının ölkəyə gətirildiyini bildirib.
Dövlət bayrağının Azərbaycana gətirilməsində göstərdiyi xidmətlərə görə sosiologiya elmləri doktoru Əfqan Vəliyevə dövlətimizin başçısı adından təşəkkürünü bildirən Novruz Məmmədov qeyd edib ki, yeni arxiv sənədləri bu sahə ilə məşğul olan alimlərə, tədqiqatçılara əlavə imkanlar açacaq.
Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanın tarixi keçmişinə sahib çıxdığını vurğulayan yazıçı-tədqiqatçı Əfqan Vəliyev deyib: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, Cümhuriyyətin 100 illiyinin qeyd edilməsi dövlətimizin başçısının Cümhuriyyətin fəaliyyətinə verdiyi böyük önəmin göstəricisidir”.
Sonra Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağı və həmin dövrə aid bir sıra arxiv materialları - əlyazma məktubları, tarixi sənədlər, xəritələr Baş nazirə təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03

