Elman Nəsirov: Azərbaycan xalqı bu sınaqdan da uğurla çıxdı
13.07.2018 [09:30]
“Kiçik bir təxribatçı qrupun, dini radikal qruplaşma üzvlərinin Gəncə şəhərinin mərkəzində törətdikləri cinayət adi cinayət deyil. Bunlar birbaşa terror əməli kimi qiymətləndirilməlidir. Bu cinayəti ilk növbədə dövlət, ölkədə təhlükəsizlik və sabitlik əleyhinə yönəlib”. Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, radikal dini ünsürlərin həm minimum, həm də maksimum proqramları olub. Onun fikrincə, minimum proqramlarına ilk növbədə Gəncədə sabitliyi pozmaq, təhlükəsizlik mühitini aradan qaldırmaq, vətəndaş itaətsizliyinə nail olmaq və nəticədə Gəncəni xaosa sürükləmək daxildir. Maksimum proqramları isə Gəncədəki hadisələri ölkənin digər bölgələrinə transfer etmək, son nəticədə paytaxt Bakıda analoji hadisələr həyata keçirməklə bütün ölkədə xaos yaratmaqdan ibarət ola bilər.
“Hər bir planın icraçıları olduğu kimi, onun təşkilatçıları da olur. Təşkilatçılar isə xaricdə olan ermənipərəst, erməni siyasi mərkəzlərindən idarə olunan, islamofob qüvvələrdir. Onlar Azərbaycanın sürətlə inkişaf etməsini, islam həmrəyliyinin formalaşmasına töhfələr verməsini həzm edə bilmirlər. Çünki bu gün Azərbaycan müsəlman aləmində bir sabitlik adasına çevrilib və bununla da islamofob qüvvələrin müsəlman dünyası haqqında mənfi imic formalaşdırmasına mane olur. Bütün bunları həzm edə bilməyən qaragüruhçu qüvvələr ilk növbədə Azərbaycanın qədim şəhəri, dövlətçilik ənənələri, Azərbaycan tarixində müstəsna yeri olan və fəxrlə yüz illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncə şəhərində bu təxribatı törədərək, ictimai asayişi pozaraq, Azərbaycanın digər ərazilərində “domino effekti”nə nail olmaq istəyirdilər. Lakin onların bu niyyətləri gözündə qaldı, ünvanı səhv saldılar. Azərbaycan xalqı bu sınaqdan da uğurla çıxdı. Bir daha məlum oldu ki, güclü xalq-hakimiyyət birliyi var. Xalq bu qüvvələrə “yox” dedi, qeyri-qanuni hərəkətlərə öz etirazını bildirdi. Bu qaragüruhçu qüvvələr xalqın ciddi qınaq obyektinə çevrildi. Təəssüf ki, bu hadisələrdə iki yüksək rütbəli polis zabiti qətlə yetirildi, onlar şəhidlik zirvəsinə yüksəldilər. Bir daha məlum oldu ki, bu dövlətimizin keşiyində dayanan Azərbaycan xalqı, Azərbaycan polisi, qəhrəman oğullarımız sabitliyimiz, təhlükəsizliyimiz, dövlətçiliyimiz naminə öz canlarından keçməyə hazırdırlar”, - deyə deputat vurğulayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40

