/ / Neftin dövlət büdcəsindəki baza qiymətinin 55-60 dollar səviyyəsində müəyyənləşdirilməsi təklif edilib
Neftin dövlət büdcəsindəki baza qiymətinin 55-60 dollar səviyyəsində müəyyənləşdirilməsi təklif edilib
05.11.2009 [10:06]
Ş.Hacıyev 2010-cu ildə gözlənilən 1,2 mlrd. manat büdcə kəsirinin son 5 ildə ilk belə böyük rəqəm olduğunu vurğulayıb: “Bununla belə, büdcə kəsirinin bağlanması üçün həm daxili, həm də xarici ehtiyatlar kifayət qədərdir”.
Komitə sədri həmçinin əlavə edib ki, büdcə xərclərinin 49 faizi dövlət proqramlarının icrasına sərf olunacaq. Konkret olaraq təhsil və elm sahəsinə ayrılan vəsaitlər barədə məlumat verən komitə sədri 2010-cu ildə təhsilə 1 276 mln. manat, elmə isə 100 mln. manatın ayrılacağını vurğulayıb.
Maliyyə Nazirliyi büdcə şöbəsinin müdiri Fazil Fərəcov isə bildirib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 015 mln. manat, xərcləri isə 11 264 mln. manat həcmində nəzərdə tutulub. Büdcə xərclərinin əsas istiqamətləri sırasında isə birinci yeri dövlət əsaslı vəsait qoyuluşları (3 549 mln. manat) tutur. Bundan başqa, 2010-cu il dövlət büdcəsində 1 276,8 mln. manat həcmində təhsil xərcləri, 1 205,8 mln. manat həcmində müdafiə xərcləri, 1 192,3 mln. manat həcmində sosial müdafiə və sosial təminatı xərcləri, 1 042,3 mln. manat həcmində ümumi dövlət xidmətləri xərcləri, 707,4 mln. manat həcmində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri, 479,4 mln. manat həcmində səhiyyə xərcləri nəzərdə tutulub. Gələn il sosial müdafiə və sosial təminat xərcləri, o cümlədən mədəniyyət və bədən tərbiyəsi xərcləri üçün 3 219 mln. manat vəsait ayrılması planlaşdırılır. Dövlət büdcəsində sosial yönümlü, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, mətbuat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, mənzil kommunal təsərrüfatları xərclərinin xüsusi çəkisi xeyli artacaq. Xüsusilə də sosial yönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz olmaqla cari illə müqayisədə 1,8 faiz bəndi artımla proqnozlaşdırılır.
Hesablama Palatasının auditoru Vaqif Həsənov isə palatanın elmin maliyyələşdirilməsi mexanizminin hazırlanması barədə tövsiyələrlə çıxış etdiyini deyib. V.Həsənov bildirib ki, bu mexanizm olmadığı üçün elmə ayrılan vəsaitlərin xərclənməsində çətinliklər yaranır. Palatanın həmçinin orta məktəblərdə, məktəbəqədər tərbiyə müəssisələrində uşaqbaşına maliyyələşdirmənin tətbiqi barədə tövsiyələrini də diqqətə çatdıran V.Həsənov bildirib ki, evdə fərdi təhsilin təşkili ilə bağlı normativ sənədlərin hazırlanmasına ehtiyac duyulur.
Daha sonra çıxış edən millət vəkilləri dövlət büdcəsinin layihəsinə dair fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, neftin baza qiymətinin büdcədə 55-60 ABŞ dolları/1 barel götürülməsi daha məqsədəuyğundur. Xatırladaq ki, 2009-cu il dövlət büdcəsinin layihəsi hazırlanarkən neftin baza qiyməti 70 dollar/barel səviyyəsində nəzərdə tutulub. Lakin yeni ilin büdcəsi 45 dollar/barel qiyməti əsasında tərtib olunub. Millət vəkili Gövhər Baxşəliyeva isə elm adamlarının məvaciblərinin artırılmasına, həmçinin elmi müəssisələrin maddi-texniki təminatının yüksəldilməsinə ehtiyac duyulduğunu qeyd edib. G.Baxşəliyeva onu da qeyd edib ki, aşağı məvacib alan elmi işçilərin maaşlarından vergi tutulması düzgün deyil. Elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu məsələyə baxılması vacibdir.
Daha sonra digər millət vəkilləri layihə ilə bağlı fikirlərini bildiriblər. Qanun layihəsinin təkliflər nəzərə alınmaqla yenidən işlənərək parlamentin müzakirəsinə təqdim edilməsi tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

