Bakıda "Rus kitabı evi"nin açılmasının böyük əhəmiyyəti var
26.11.2009 [09:36]
Rusiya-Azərbaycan əlaqələri bütün sahələr üzrə inkişaf etməkdədir. Bunu hər iki ölkənin dövlət başçıları arasında baş tutan görüşlər və keçirilən tədbirlər də təsdiqləyir. Məlum olduğu kimi, belə tədbirlərdən biri də noyabrın 23-də baş tutub. Həmin gün Bakıda “Rus kitabı evi”nin təntənəli açılış mərasimi keçirilib. Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirak etdikləri mərasimdə məlumat verilib ki, “Rus kitabı evi”ndə 30 min nüsxədən çox kitab var. Burada oxucuların ixtiyarına tarix, detektiv, psixologiya, fəlsəfə, din, elmi, bədii və uşaq ədəbiyyatına dair nümunələr təqdim olunur. İki həftədən bir kitab evindəki nəşrlər Moskvadan gətirilən kitablarla təzələnir. Buradakı kitabların qiyməti digər mağazalarla müqayisədə 15-20 faiz ucuzdur. “Rus kitabı evi”ndə Rusiya müəllifləri ilə yanaşı, xarici yazıçıların da əsərləri təqdim olunur. Gələcəkdə burada oxucuların yazıçılarla görüşlərinin keçirilməsi də nəzərdə tutulub.
Mərasimdə ümummilli lider Heydər Əliyevin Rusiya-Azərbaycan əlaqələrinin inkişafına böyük önəm verdiyi, məhz Ulu öndərin müdrik siyasəti nəticəsində bu əlaqələrin yeni inkişaf mərhələsinə daxil olduğu xüsusi olaraq qeyd edilib. Eyni zamanda, bildirilib ki, sıx dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafında hazırki Prezidentlər İlham Əliyev və Dmitri Medvedevin xüsusi rolu var. O da qeyd olunub ki, “Rus kitabı evi”nin açılışı iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafına daha da təkan verəcək.
Mərasimdə iştirak və çıxış edən “Bakinski raboçi” qəzetinin baş redaktoru Ağabəy Əsgərov qəzetimizə açıqlamasında bu hadisənin çox böyük əhəmiyyətinin olduğunu deyib. çünki Rusiya bizim çox nəhəng qonşularımızdan biridir və qonşunun dilini bilmək, onun mədəniyyəti ilə tanış olmaq çox vacib bir amildir. Biz 200 il bu dövlətin tərkibində yaşamışıq ki, bu tarixi proses də ortaq mədəniyyət nöqtələrimizin yaranmasına səbəb olub. Bundan başqa, çağdaş zaman qonşuluq münasibətlərinin humanizm və sülh prinsipləri üzərində qurulmasını tələb edir və bu prinsiplərin yaranması üçün ilk olaraq mədəni əlaqələrin genişləndirilməsi, inkişaf etdirilməsi vacibdir.
Ağabəy Əsgərovun sözlərinə görə, bütün bunlardan sonra “Rus kitabı evi”nin fəaliyyətə başlamasının əhəmiyyəti daha aydın anlaşılır: “Ədəbiyyat tarix boyu millətlər arasında dostluq və qardaşlıq körpüsü, ədəbi əlaqələr isə iki millətin bir-birinin düşüncəsinə və dünyagörüşünə bələdçi rolunu oynayıb. Mən inanıram ki, yeni açılmış kitab mağazası - bizim hadisə kimi qarşıladığımız bu aksiya ümidlərimizi doğruldacaq və elə bilirəm ki, daha yeni və müxtəlif aparıcı dillərdə kitab evlərinin açılmasına rəvac verəcək”.
Ağabəy Əsgərov onu da deyib ki, rus dili bizim üçün çox vacib bir dil olduğundan bu dildə kitab mağazasının yaradılması çox sevindirici haldır. Eyni zamanda, Rusiya-Azərbaycan ədəbi əlaqələrinin genişlənməsi hər iki xalqın xeyrinədir. Bu hadisə həm də onu göstərir ki, artıq Azərbaycan oxucusunun kitaba marağı artmağa başlayıb. Keçid dövrü dediyimiz zaman kəsiyində yaranmış layqeydlik buzu əriyib. İndi cəmiyyətin oxumağa, öyrənməyə meyli çoxalıb. Bu isə “Rus kitabı evi” kimi mərkəzlərin yaranma zərurətini meydana çıxarır. Hər bir mədəni addım isə öz növbəsində cəmiyyətin inkişafını stimullaşdırır.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxSosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03

