/ / Sübut Əsədov: Ali Baş Komandanın qətiyyətli siyasəti sayəsində ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ciddi uğurlar əldə edib
Sübut Əsədov: Ali Baş Komandanın qətiyyətli siyasəti sayəsində ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ciddi uğurlar əldə edib
01.10.2020 [09:20]
“Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlaması ölkə vətəndaşları tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Məhz Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti sayəsində ordumuz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ciddi uğurlar əldə edib”.
Bunu Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətinə diqqət çəkən S.Əsədov bildirib ki, Ali Baş Komandan düşmənin planlaşdırılmış təxribatı haqqında ölkə ictimaiyyətinə məlumat verib və Azərbaycanın qəti mövqeyini ortaya qoyub: “Dövlət başçısı həm televiziya ilə xalqa müraciətində, həm də Təhlükəsizlik Şurasının iclasındakı çıxışında çox ciddi məqamlara toxunub. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı apardığını qeyd edən Prezidentimiz Azərbaycan xalqının öz dövlətinə sadiqliyini də xüsusi vurğulayıb. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə xalq-iqtidar birliyi mövcuddur. Buna görə də torpaqlarımızın azad edilməsi istiqamətində aparılan əməliyyatların qələbə ilə nəticələnəcəyinə şübhə yoxdur”.
S.Əsədov deyib ki, aparılan əks-hücum əməliyyatlarına və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə 50 siyasi partiya tərəfindən dəstək göstərilməsi isə milli birliyə və həmrəyliyə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycan cəmiyyətinin bütün təbəqələri həmrəylik nümayiş etdirir, o cümlədən siyasi partiyalar birmənalı olaraq Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi yönündə yürütdüyü siyasəti dəstəkləyir. Ölkənin əksər siyasi partiyalarının birgə bəyanatına qoşulmayanlar isə torpaqlarımızın düşmən tapdağına düşməsinə cavabdeh olanlardır. Xalqın səfərbər olduğu, Azərbaycan Ordusunun şəhid verərək torpaqlarımızı azad etdiyi indiki dövrdə onların belə bir mövqe sərgiləmələri təəssüf doğurur. Prezidentin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında da dediyi kimi, Qarabağ torpaqlarının itirilməsinin səbəbkarı AXCP və Müsavat Partiyasıdır. Məhz onların hakimiyyəti dövründə torpaqlarımız işğal altına düşüb. Azərbaycan dövlətinin vaxtilə onların buraxdığı səhvlərin aradan qaldırılması ilə məşğul olduğu dövrdə həmin partiyalar bütün siyasi iddialarını bir kənara qoyub, məsuliyyəti dərk etmək, birlik nümayiş etdirmək əvəzinə bu işə mane olmağa çalışırlar. Bu da xalqımız tərəfindən kəskin qınağa səbəb olur”.
Partiya sədrinin sözlərinə görə, indiki dövrdə cəmiyyətimizdə siyasi həmrəyliyin nümayiş etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün olduqca vacibdir: “Azərbaycan dövləti də, dövlətimizin başçısı da buna çalışır. Prezident İlham Əliyev tərəfindən son illərdə aparılan islahatlar yeni siyasi konfiqurasiyanın formalaşmasını şərtləndirib. Bu kontekstdə siyasi partiya liderləri ilə görüşlərin keçirilməsi ölkədə siyasi dialoqun genişlənməsində böyük rol oynayıb. Məhz siyasi dialoqun daha da dərinləşdirilməsi milli həmrəyliyin gücləndirilməsində mühüm amil olub. Belə ki, bu istiqamətdə atılan addımlar bu gün 50 partiyanın milli məsələdə həmrəylik ortaya qoymasına gətirib çıxarıb”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

