/ / BBC-yə müsahibəsində erməni dilində danışması da beynəlxalq hüququ tapdayan Paşinyanın köməyinə çatmadı
BBC-yə müsahibəsində erməni dilində danışması da beynəlxalq hüququ tapdayan Paşinyanın köməyinə çatmadı
08.10.2020 [09:05]
Azərbaycan Ordusunun qazandığı hərbi nailiyyətlər Ermənistandakı acınacaqlı vəziyyəti daha da gərginləşdirib. Ermənistan hökumətinin yanlış informasiyalarla cəmiyyəti aldatmaq cəhdləri isə ölkənin siyasi rəhbərliyinin öz maraqları naminə erməni xalqını qurban verməsi kimi başa düşülür. Paşinyanın səsləndirdiyi son fikirlər göstərir ki, o, hələ də xəyalpərəst ideyalarından əl çəkmir. Lakin o unudur ki, artıq hər hansı informasiyanı gizlətmək, onu yanlış formada təqdim etmək müasir dünyamızda demək olar mümkünsüzdür.
Küçələrdə pasoflu çıxışlar etməklə Paşinyan elə düşünürdü ki, siyasət meydanda da bu cür fikirlərlə uğur qazanacaq. Amma görünən odur ki, hələ də həqiqəti anlamır və özünün qeyri-ciddi obrazını qoruyub saxlamaqda iddialıdır. Bu, onun BBC-nin müxbiri Conah Fişerə son müsahibəsində bir daha özünü göstərdi.
Erməni dilində danışmaq da Paşinyanın köməyinə çatmadı
Bir müddət əvvəl BBC-nin “HARDTalk” proqramında zəif ingiliscəsi ilə özünü biabır edən Paşinyan bu dəfə vəziyyətdən çıxış yolunu erməni dilində danışmaqda gördü. Lakin dəyişən yalnız elə bu oldu. Bütün müsahibə müddətində o, yenə nə dərəcədə sərsəm olduğunu ortaya qoydu.
AZƏRTAC müsahibədən bəzi məqamları təqdim edir.
Müsahibənin əvvəlində N.Paşinyanın “Bəli “Artsax” Ermənistandır və erməni torpağıdır. Orada hər zaman əhalinin 80 faizi erməni olub” deməsi onun əsl mahiyyətini bir daha göstərdi. Paşinyan anlamır ki, bu gün Azərbaycan Ordusu tarixi ədaləti bərpa etmək üçün mübarizə aparır. Azərbaycanın xalq-prezident birliyinə əsaslanan mövqeyinin də ciddi tarixi kökləri var. Biz ermənilər kimi, saxta, heç bir tarixi fakta istinad etməyən iddialar irəli sürmürük. Qarabağın tarixi toponimləri, mövcud abidələr, məbədlər göstərir ki, bu ərazi qədim Azərbaycan torpağıdır. Azərbaycan xalqı tarixi ədalətin bərqərar olması üçün mübarizə aparır. Bu, həqiqətdir və bunu Ermənistan rəhbərliyindən başqa hər kəs qəbul edir.
Danışıqlar prosesini pozan Paşinyan beynəlxalq hüququ tapdamaqda davam edir
Conah Fişer “Sizin bu cür danışığınızdan belə görünür ki, siz razılığa yer qoymamısınız”, - deyə Paşinyana müraciət edərək, əslində, beynəlxalq ictimaiyyətin məsələ ilə bağlı mövqeyini bir daha onun diqqətinə çatdırmış oldu. Müsahibənin əvvəlində “Bəli “Artsax” Ermənistandır və erməni torpağıdır”, - deyən Paşinyan bir neçə dəqiqə sonra guya danışıqlara hazır olduqlarını bildirir. Bu cür fikirləri bir ölkəni idarə edən şəxsin səsləndirməsi yalnız gülünc doğurur. Sanki Paşinyan ucqar bir kəndə oturub və hadisələrin gedişindən tam xəbərsizdir. Başa düşmür ki, indi baş verənlər, erməni hərbiçilərinin, texnikasının məhv edilməsi məhz onun bu cür təxribatçı, sərsəm bəyanatlarının nəticəsidir. Əgər o, danışıqlar prosesinə, beynəlxalq hüququn normalarına sadiqlik nümayiş etdirsəydi, ordusunu torpaqlarımızdan geri çəksəydi həm özünü, həm də xalqını bu böhrandan çıxarmış olardı.
Müxbirin “Beynəlxalq hüquqa görə, 20 ildən çoxdur ki, Ermənistan Dağlıq-Qarabağ və ətraf əraziləri qeyri-qanuni şəkildə işğal etmişdir” sualı qarşısında aciz qalan Paşinyan sualın mahiyyətindən yayınmağa cəhd göstərdi. Conah Fişerin növbəti sualını isə Paşinyanın və Ermənistanın ifşası kimi qiymətləndirmək olar. “Siz demək istəyirsiniz ki, sizin tarixi iddianız var. Lakin beynəlxalq hüquq qarşısında siz səhvsiniz”. Belə görünür ki, Paşinyan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin heç birinin mətni ilə tanış deyil. Bunu onun müxbirin sualına cavabına əsasən demək olur. Birincisi, Paşinyan cavabında “BMT Baş Assambleyasının qətnamələri” deyir, halbuki söhbət BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrdən gedir. Bir ölkənin hökumət başçısının, ağlı başında olan siyasətçinin belə bir səhv etməyə haqqı yoxdur. Digər tərəfdən, Paşinyan deyir ki, o qətnamələrdə Ermənistanın haranısa işğal etdiyi yazılmır. Qətnamələrin hər birində erməni qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsi tələb olunur. Bu ifadə qətnamələrin hər birində açıq şəkildə ifadə edilib. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi də məhz bu qətnamələrin yerinə yetirilməsinə hesablanıb. Paşinyanın heç bir sənəddə təsbit edilməyən mövqeyi isə tam əsassızdır və bu, beynəlxalq hüququn tapdanmasıdır.
Təəssüf ki, ötən müddət ərzində beynəlxalq ictimaiyyət də bu məsələlərə biganə qaldı. Lakin Azərbaycan xalqı, Prezidenti bu məsələyə biganə qala bilməz. Əgər beynəlxalq ictimaiyyət ermənilərə təzyiq göstərib, qoşunlarını bizim ərazilərdən çıxara bilmədisə, Azərbaycan əsgəri bunu etməli idi, necə ki, indi edir. Ermənistanın tutduğu mövqe isə onu uçuruma aparır, cəbhədəki uğurlarımız bu prosesi daha da sürətləndirir.
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

