/ / Azərbaycan xalqı Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli siyasətini tam dəstəkləyir
Azərbaycan xalqı Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli siyasətini tam dəstəkləyir
09.10.2020 [08:43]
50 siyasi partiyanın Ali Baş Komandana birmənalı dəstək ifadə etməsi isə milli və siyasi həmrəyliyin göstəricisidir
Bu gün siyasi baxışlarından asılı olmayaraq hər bir siyasi partiya və ya vətəndaş yalnız bir hədəf - işğal altında olan torpaqlarımızın azad olunması üçün bütün gücünü səfərbər edir. Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması və Ermənistanın işğalçı siyasətini qınaması da məhz bu milli birliyin təzahürüdür. Vurğulayaq ki, siyasi partiya rəhbərlərinin imzaladığı bəyanatda Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin, Ali Baş Komandanımızın yanında olduğu xüsusi olaraq vurğulanıb. Bu birgə bəyanatın milli və siyasi həmrəyliyin parlaq göstərici olması isə oktyabrın 3-də keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfransda da bildirilib. Vurğulayaq ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda mövcud olan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.
Lakin təəssüfləndirici haldır ki, ölkəmizdə həyata keçirilən islahatların üzərinə kölgə salmağa çalışan, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən bəzi radikal qüvvələr dövlətimizin və xalqımızın bu çətin və şərəfli günündə də birlik, bərabərlik kimi milli çağırışlara qoşulmadılar. Müsavat Partiyası və AXCP-nin torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək verməməsi onların səmimi olmadıqlarını və əsl simalarını göstərdi.
Siyasi dialoq prosesi milli həmrəyliyin təmin olunmasında çox mühüm rol oynayıb
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, ölkəmizdə formalaşan yeni siyasi mühit siyasi partiyaların həmrəyliyin təmin edilməsində əhəmiyyətli rol oynayıb. ADİP sədri qeyd edib ki, bu gün demək olar ki, bütün siyasi partiyalar Azərbaycan dövlətinin yanındadır, aparılan siyasi fəaliyyəti dəstəkləyir: “Bu ilin iyul ayında Ermənistanın ölkəmizə qarşı həyata keçirməyə çalışdığı təcavüzə qarşı 43 siyasi partiya birgə bəyanat imzaladı və vahid mövqe numayiş etdirdi. Sentyabr ayında da ölkəmizə qarşı aparılan hərbi təxribatlara qarşı 50 siyasi partiya milli həmrəylik nümayiş etdirərək bəyanat verib. Mənə elə gəlir ki, bu, çox düzgün strategiyadır. Bu strategiya ölkədə siyasi həmrəyliyin, əməkdaşlığın nümayişi ilə yanaşı, Azərbaycan xalqını dövlətinin, dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına səfərbər edir. Düşünürəm ki, bu həmrəyliyi qoruyub saxlamaq, inkişaf etdirmək lazımdır”.
A.Mollazadə onu da bildirib ki, siyasi partiyaların birgə bəyanatı həm də dünya ictimaiyyəti üçün mühüm bir mesajdır. Azərbaycan xalqının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə vahid bir gücə çevrildiyini deyən partiya sədri vurğulayıb ki, məhz bu milli həmrəyliyin nümayişi onu göstərir ki, heç bir fərqli xarici maraq və ya güc heç kimdən hansısa məkrli planlarında istifadə edə bilməz. “Azərbaycan xalqı öz ərazi bütövlüyünün bərpasında israrlıdır. Xalqımız Azərbaycan dövlətini qorumaq, gücləndirmək üçün mübarizəyə hazırdır. Bunu biz dəfələrlə bütün beynəlxalq platformalarda səsləndirmişik. Yeri gəlmişkən, bu yaxınlarda Avropa Şurasının Monitorinq Komitəsində də Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin imzaladığı bəyanat haqda məlumat verdim və bildirdim ki, bu, Azərbaycan xalqının iradəsinin ifadəsidir. Təəssüfləndirici haldır ki, bəzi siyasi partiyalar özlərini bu birlikdən, həmrəylikdən kənarda qoydular. Qeyd etmək istəyirəm ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərin getdiyi bir zamanda bu platformada birləşməyən hansısa siyasi partiyanın və siyasi qüvvənin gələcəyi yoxdur. Düşünürəm ki, Azərbaycan dövlətinin daxilində heç bir siyasi partiya xalqın iradəsinə qarşı fəaliyyət göstərə bilməz”, - deyə A.Mollazadə əlavə edib.
Siyasi partiyalar ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində iqtidarın siyasətini dəstəkləyir
Ağ Partiyasının sədri Tural Abbaslı da ölkəmizdə aparılan islahatların mühüm dəyişikliklərə yol açdığı fikrindədir. Onun sözlərinə görə, ölkə Prezidentinin iradəsinə əsasən yeni siyasi konfiqurasiyada istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlər yeni mərhələyə qədəm qoyub. T.Abbaslı vurğulayıb ki, ölkəmizdə illərdir, arzulanan siyasi dialoq mühiti formalaşıb: “Sentyabrın 27-də 50 siyasi partiya birgə bəyanat imzalayaraq erməni təcavüzünə qarşı milli birlik nümunəsi ortaya qoydu. Bu olduqca əhəmiyyətli bir hadisədir. Azərbaycan ictimaiyyəti bilməlidir ki, Qarabağ məsələsində, ərazi bütövlüyünün təmin olunması məsələsində heç bir siyasi fikir ayrılığı yoxdur. Qarabağ Azərbaycan xalqının ümummilli problemidir və bu məsələ ətrafında bütün siyasi tərəflər, siyasi partiyalar vahid dövlət və dövlətçilik mövqeyindədir, iqtidarın bu istiqamətdə yürütdüyü siyasəti dəstəkləyir. Bu həm də ordumuz üçün mühüm bir amildir”.
Bu birgə bəyanatın həm də siyasi monolitlik baxımından beynəlxalq aləmə bir mesaj olduğunu deyən Ağ Partiyasının sədri bildirib ki, bütün dünya Qarabağ məsələsində vahid mövqenin olduğunu bir daha gördü. Onun sözlərinə görə, fərqli siyasi baxışlarının olmasına baxmayaraq, 50 siyasi partiya bəyanat verərək Ali Baş Komandanın ətrafında birləşdiklərini, Qarabağ məsələsində yürüdülən siyasəti tam dəstəklədiklərini elan etdi. Bu, bir daha maraqlı qüvvələrin daxildəki pozucu fəaliyyətini məhdudlaşdırır: “Bu, böyük bir prosesdir və özünü qələbəyə, gələcək inkişafa aparan bu prosesdən kənarda qoyanlar ümumilikdə özlərinə xətər yetirirlər. Bu fakt onların özlərinə problem yaradacaq. Xalqın gözü tərəzidir, heç nəyi unutmur və hər kəsə layiqli qiymətini verəcək. Xalqımız Vətənin şəhid verdiyi, cəbhədən qələbə xəbərlərinin gəldiyi günlərdə kimlərinsə siyasi maraq güddüyünü bilən anda onun siyasi karyerasının üstündən xətt çəkəcək”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

