/ / Hikmət Babaoğlu: Ermənistan feyk xəbərlərlə informasiya müstəvisində də təxribatlarını davam etdirir
Hikmət Babaoğlu: Ermənistan feyk xəbərlərlə informasiya müstəvisində də təxribatlarını davam etdirir
09.10.2020 [08:53]
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin mövqeyi birmənalıdır: münaqişə beynəlxalq hüquq normaları əsasında, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan bu zamana qədər münaqişənin diplomatik vasitələrlə həllinin və sülhün tərəfdarı olsa da, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməklə və təxribatlar törətməklə danışıqlar prosesini faktiki olaraq pozub. Prezident İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində qeyd etdiyi kimi, ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır.
Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat deyib: “Ona görə də Azərbaycan beynəlxalq hüquq normalarında və BMT-nin nizamnaməsində əksini tapmış özünümüdafiə hüququndan istifadə edərək əks-hücum əməliyyatı həyata keçirir, tarixi ədaləti və öz ərazi bütövlüyünü təmin edir. Hazırkı vəziyyətdə Azərbaycan və Ermənistanın danışıqlar masası arxasında əyləşməsi üçün, ilk növbədə, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi lazımdır. Bəhs olunan qətnamələrdə konkret olaraq göstərilir ki, işğal olunmuş ərazilərin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılması təmin edilməlidir. Ermənistan nəinki bu qətnamələri yerinə yetirmir, hətta müharibə cinayətlərini davam etdirir. Ermənistandan və Dağlıq Qarabağ tərəfindən artilleriya atəşləri nəticəsində dinc sakinlər həlak olub və müxtəlif dərəcəli xəsarətlər alıblar. Eyni zamanda, Azərbaycan ərazilərinə artilleriya atəşləri Ermənistan tərəfindən uzaqvuran artilleriya vasitəsilə aparılır, “Toçka U” və “Elbrus” kimi ölümsaçan sistemlərdən istifadə edilir. Bu, Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. İşğalçı ölkənin müharibə cinayətləri sırasında münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin, əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan və münaqişə zonasından kənarda yerləşən Gəncənin əhalisinin atəşə tutulması, həmçinin Mingəçevirdə Azərbaycanın ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşməsi, 10-dan çox şəhərimizin, yüzlərlə kəndimizin şiddətli artilleriya bombardmanına məruz qalması xüsusi vurğulanmalıdır. Bu hallar həm də işğalçının açıq təxribatlarını əks etdirir. Ümumiyyətlə, işğalçı Ermənistan hər dəfə döyüş meydanında aciz vəziyyətə düşəndə dinc əhalini hədəfə alır.
Ermənistan, eyni zamanda, feyk xəbərlər vasitəsilə informasiya müstəvisində təxribatlarını davam etdirir, yalan məlumatlarla beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır. Məsələn, Türkiyə Respublikasının guya bu münaqişəyə cəlb olunması iddiasını ortaya atmaqla Azərbaycan Ordusunun uğurlarının üzərinə kölgə salmağa və öz məğlubiyyətini müxtəlif bəhanələrlə gizlətməyə çalışır. Yeri gəlmişkən, Türkiyənin prosesə cəlb edilməsi yalnız siyasi nizamlanma kontekstində mümkündür. Məlumdur ki, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası ötən 28 il ərzində heç bir nəticə verməyib. Ona görə də bu kontekstdə rasional və praqmatik yanaşma ortaya qoymaq zərurəti var. Belə ki, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında obyektiv və ədalətli mövqe sərgiləyən, dünya miqyasında real güc olan Türkiyə iştirak etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

