/ / Azərbaycan cəmiyyəti ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində vahid mövqedən çıxış edir
Azərbaycan cəmiyyəti ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində vahid mövqedən çıxış edir
13.10.2020 [08:54]
50 siyasi partiyanın Ali Baş Komandana və ordumuza birmənalı dəstək ifadə etməsi milli birliyimizin və həmrəyliyimizin bariz nümunəsidir
Məlum olduğu kimi, Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları həyata keçirərək işğal altında olan bir neçə ərazimizi azad etməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Eyni zamanda, cəmiyyətdə güclü milli birlik və həmrəylik müşahidə olunur. Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması, yekdilliklə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını xüsusi olaraq vurğulaması bu kontekstdə ayrıca qeyd olunmalıdır. Bu, həm də ölkəmizdəki milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Oktyabrın 3-də siyasi partiyaların sədrlərinin iştirakı ilə keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans da deyilənləri təsdiqləyir. Tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda mövcud olan siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər. Lakin təəssüfləndirici haldır ki, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən bəzi radikal siyasi partiyalar dövlətimizin və xalqımızın bu çətin və şərəfli günündə də birlik və bərabərlik kimi milli çağırışlara qoşulmadılar. Şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək verməmələri onların səmimi olmadıqlarını və əsl simalarını bir daha göstərir.
Siyasi partiyalarla görüşlərin keçirilməsi və dialoq prosesi milli həmrəyliyi gücləndirib
Məsələ ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib ki, bir müddət öncə ölkədə fəaliyyət göstərən 50 siyasi partiya rəhbərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüşün böyük əhəmiyyəti var: “Belə bir görüş Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri olaraq mənim üçün həyat idealıma, arzularıma uyğun görüşdür”.
Onun sözlərinə görə, həmişə bu formatın arzusunda olmuşuq ki, Azərbaycanın siyasi təşkilatları kiçikliyindən və ya böyüklüyündən asılı olmayaraq bir araya gəlsinlər. Təkcə siyasi partiyalar yox, digər ictimai-siyasi qurumlar da millətin taleyi ilə bağlı olan məsələlərdə prinsipial mövqedən çıxış etməyi bacarsınlar.
“Belə bir vaxtda milli birliyin əhəmiyyəti daha da artıb. Əslində, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaranması, sonra siyasi partiyalarla keçirilən görüşlər, dialoqun baş tutması Azərbaycanda yeni siyasi vəziyyət yaradıb, milli həmrəyliyi gücləndirib. İndiki Vətən müharibəsi bu birliyin nə qədər əhəmiyyətli olduğunu göstərir. Bu, həm də onu göstərir ki, indiki şəraitdə Azərbaycanda Qarabağın azadlığı uğrunda mübarizə ilə bağlı heç bir fikir ayrılığı yoxdur”, - deyən partiya sədri qeyd edib ki, Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda rəşadətlə vuruşur: “Ermənistanın hərbi-siyasi rəhbərliyi hesab edirdi ki, son hərbi təxribat nəticəsində yenə hansısa ərazini işğal edəcəklər və kimsə də onlara “gözün üstündə qaşın var” deməyəcək. Cəzasız qalacaqlar. Lakin Azərbaycan Ordusunun peşəkar və qətiyyətli davranışı onların niyyətini puç etdi. Təcavüzkar dövlət bilsin ki, işğalda olan torpaqlarımız azad olunacaq”.
S.Rüstəmxanlı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı aqressiv davranışını da pisləyib: “Erməni xisləti deyilən bir şey var. Onlar heç bir müharibə qanunlarına əməl etmirlər. Bu, əvvəl də belə olub, indi də belədir. Azərbaycan Prezidenti də çıxışlarında qeyd edir ki, bu, erməni faşizmidir. Bu gün erməni faşizmi davam edir. Dövlət başçısı bunu müxtəlif beynəlxalq təşkilatlarda da vurğulayıb. Milli, dini mənsubiyyətə görə soyqırımı törətmək erməninin dəyişməz xislətidir. Onlar üçün müqəddəs heç nə yoxdur. Onlar üçün ana-ata, ağsaqqal, ağbirçək, qadın, uşaq yoxdur. Bunu Xocalı qətliamında da gördük. Müharibənin öz şərtləri var, ancaq Xocalı faciəsi göstərdi ki, ermənilər üçün bu şərtlər mövcud deyil. Hədəflərinə çatmaq üçün bütün iyrənc vasitələrə əl atırlar”.
VHP sədri deyib ki, indiki dönəmdə milli birlik və həmrəylik sarsılmazdır. Və bu amil erməni işğalçılarının torpaqlarımızdan qovulmasında mühüm şərtdir.
Siyasi partiyaların milli birlik nümayiş etdirməsi təqdirəlayiq haldır
“Bu günlərdə ölkəmizdə 50 siyasi partiyanın rəhbərlərinin iştirakı ilə “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüş mühüm əhəmiyyətə malikdir. İndiki şəraitdə belə görüşlərin keçirilməsi vacibdir”. Bu fikirləri isə Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib.
F.Mustafa bildirib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldıqdan sonra ölkədə siyasi dialoq mühiti xeyli inkişaf edib. Onun sözlərinə görə, sözügedən şöbənin müdiri Ədalət Vəliyev bir çox siyasi partiyanın rəhbərləri ilə görüş keçirib: “Ötən dövr ərzində partiyalararası sağlam münasibətlərin formalaşması üçün çox ciddi işlər görülüb. Bu gün siyasi partiyalar ümummilli məsələlərdə vahid mövqedən çıxış edirlər. Hesab edirəm ki, bu kimi məsələlərdə bu kursu davam etdirməliyik. Bu tendensiyanın davam etməsi bütövlükdə demokratiyanın inkişafı baxımından faydalıdır. Və siyasi partiyalar da buna müsbət reaksiyalarını verirlər”.
Partiya sədri qeyd edib ki, əgər söhbət torpaqlarımızın erməni işğalından azad olunmasından gedirsə, burada həmrəylikdən başqa yol yoxdur: “Bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavab verir. İnanıram ki, ordumuzun bu addımları torpaqlarımızın işğaldan azad olunması istiqamətində yekun nəticəyə nail olunmasına yol açacaq. Azərbaycan beynəlxalq hüquq normalarına hər zaman sadiqlik nümayiş etdirən ölkədir və Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Amma Azərbaycan öz torpaqlarının bir qarışını belə güzəştə getməyəcək. Azərbaycan dövləti, Azərbaycan Ordusu və xalqımız torpaqlarımızın işğaldan azad olunması üçün sona qədər mübarizə aparacaq. Belə bir şəraitdə siyasi partiyaların milli birlik nümayiş etdirməsi, Ali Baş Komandanı dəstəkləməsi çox təqdirəlayiq haldır. Bu gün hər birimiz məsuliyyətli davranmaqla qələbəyə öz töhfəmizi verməliyik. Anlamalıyıq ki, qələbə ordunun qüdrəti ilə yanaşı, həm də bütün vətəndaşların, xalqın gücü ilə həll olunan məsələdir”.
BQP sədri onu da vurğulayıb ki, ümummilli məsələdə hansısa siyasi partiyanın özünü kənarda tutması ictimai rəydə onların özlərinə ziyan gətirən məsələdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59

