Fəzail Ağamalı: Azərbaycan Ordusu tərəfindən təcavüzkar Ermənistana tarixi dərs verilib
14.10.2020 [08:47]
“Azərbaycan Prezidenti İlham Əliyevin uzun illərdir həyata keçirdiyi xarici siyasətin əsasında ölkəmizin ən vacib problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi dayanıb. Bu məqsədə nail olmaq üçün isə ölkə Prezidenti diplomatik müstəvidə ciddi fəaliyyət yürüdüb. Eyni zamanda, dövlət başçısının apardığı siyasət nəticəsində sivilizasiyaların qovuşduğu regionda yerləşən Azərbaycan beynəlxalq aləmdə multikultural dəyərlərə böyük önəm verən tolerant dövlət kimi tanınıb. Təbii ki, bu zaman işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması məsələsi bütün platformalarda daim önə çəkilib”.
Qəzetimizə verdiyi açıqlamasında bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı dilə gətirib.
Partiya sədri deyib ki, dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyasətdə ana xətti təcavüzkar Ermənistanın dünya miqyasında ifşa edilməsi təşkil edib: “Bu baxımdan, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan Prezidentinin məqsədyönlü fəaliyyəti bu qurumlara üzv dövlətlərin ölkəmizin üzləşdiyi işğal faktına münasibətlərinin Azərbaycanın lehinə dəyişməsi üçün ciddi töhfə verib. Eyni zamanda, həmin təşkilatlara üzv dövlətlər və dünyanın digər aparıcı ölkələri tərəfindən müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi kimi qəbul edilən Prezident İlham Əliyevin irəli sürdüyü hər fikir, hər ideya dərhal digər dövlət rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. Digər tərəfdən, Avropa qitəsinin enerji təhülkəsizliyinin təmin olunmasında mühüm rol oynayan neft-qaz kəmərlərinin yeni şaxələrinin - TANAP və TAP layihələrinin reallaşması dövlətimizə və Prezidentimizə böyük nüfuz qazandırıb. Xüsusi olaraq qeyd edim ki, ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadiyyatımızın və bütün sahələrin inkişafına nail olan Prezident İlham Əliyev müasir ordu quruculuğunun daha da genişləndirilməsi yönündə mühüm addımlar atıb. Onun nəticəsidir ki, Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən inkişaf etmiş 50 ordusu sıralarına daxil olub”.
F.Ağamalı deyib ki, dövlət başçısının ciddi səyləri nəticəsində artıq təcavüzkar Ermənistanın qarşısında peşəkar şəxsi heyətə, həmçinin ən müasir silah-sursat və texnikaya malik olan ordu dayanıb: “Bu nailiyyət isə qarşısına yeni-yeni torpaqlar işğal etmək məqsədi qoyan düşmənin işğalçı qüvvələrinin təxribatına layiqli cavab verməyə imkan yaradıb. 27 sentyabr 2020-cil tarixində növbəti erməni təxribatına cavab olaraq başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatları Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun öz ərazi bütövlüyünü təmin etməyə qadir olduğunu göstərib. Qarabağ torpaqlarının bir hissəsi işğaldan azad edilib və Azərbaycan Ordusu tərəfindən təcavüzkar Ermənistana tarixi dərs verilib”.
Azərbaycan Ordusunun 30 ildir düşmən tapdağında olan torpaqların işğaldan azad edilməsi şansını rellaşdırdığını vurğulayan F.Ağamalı deyib ki, Azərbaycan xalqı yekdilliklə Ali Baş Komandanı dəstəkləyir: “Hesab edirəm ki, qələbə xəbəri eşidəcəyimiz gün uzaqda deyil. Bu qələbəyə nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin, o cümlədən siyasi partiyaların torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsi zamanı Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstək göstərməsi başlıca amillərdəndir. Bir sözlə, qələbə uzaqda deyil, qələbə bizimdir. Qarabağ Azərbaycandır! Əbədi olaraq da Azərbaycanın tərkibində qalacaq! Azərbaycan Prezdentinin bu məsələdə qəti iradə ortaya qoyması bizdə buna tam əminlik yaradır”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

