Ermənistan müharibə cinayətlərini davam etdirir
28.10.2020 [08:47]
İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin uşaqları hərbi əməliyyatlara cəlb etməsi faşist və terrorçu siyasətin bariz nümunəsidir
Döyüş meydanında Azərbaycan Ordusunun qarşısında aciz və çıxılmaz vəziyyətə düşmüş Ermənistan silahlı birləşmələrində insan resurslarının çatışmazlığı, əsgər azlığının hökm sürməsi sirr deyil. Bunun nəticəsidir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkənin ortayaşlı və qoca sakinləri ilə yanaşı, artıq yeniyetmələri və uşaqları da Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edir. Beləliklə, Ermənistanın uşaq hüquqlarının qorunması ilə bağlı beynəlxalq qanunları, o cümlədən BMT-nin, UNICEF-in, Paris konvensiyasının prinsip və normalarını pozması bir daha ortaya çıxır.
Məsələ ilə bağl fikirlərini bölüşən Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Ermənistan artıq uzun illərdir ki, beynəlxalq hüququn tələblərini pozmaqda, Cenevrə konvensiyasına zidd addımlar atmaqda davam edir. Millət vəkili ötən müddət ərzində Azərbaycanın şəhər və rayonlarına edilən silsilə raket hücumları nəticəsində 10-u uşaq olmaqla 65 mülki şəxsin həlak olduğunu, 300-dən çox dinc sakinin yaralandığını vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın faşist rejiminin Azərbaycana qarşı həyata keçirilən hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb etməsi Paşinyan rejiminin təcavüzkarlıq, işğalçılıq mahiyyətini bir daha açıq şəkildə göstərir: “Yetkinlik yaşına çatmayanların topçulara kömək etməsi, qız uşaqlarının məcburi qaydada avtomat tutmağa cəlb edilməsi beynəlxalq hüququn pozulmasıdır, cinayətdir. Ermənistanın faşist rejimi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin Baş Assambleyasının 1989-cu il noyabrın 20-də keçirilmiş 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Konvensiya iştirakçı dövlətləri silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır. Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi bir daha onu göstərir ki, işğalçı dövlət beynəlxalq hüququn heç bir prinsipinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır. Əgər dünya Ermənistanın timsalında daha utandırıcı faktlar görmək istəmirsə, Paşinyan rejiminin beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımı qiymət verməli, onu cəzalandırmalı, sanksiyalara məruz qoymalıdır”.
Milli Məclisin deputatı Vüqar İskəndərov da rəşadətli ordumuz qarşısında tab gətirə bilməyən işğalçı Ermənistanın dinc, mülki insanlara, o cümlədən uşaqlara qarşı terror həyata keçirməsinin bu ölkənin faşist mahiyyətindən xəbər verdiyini bildirib. Millət vəkili qeyd edib ki, təcavüzkar dövlət, eyni zamanda, uşaqlara qarşı cinayətlər törədir. Belə ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkənin ortayaşlı və qoca sakinləri ilə yanaşı, yeniyetmələri də Dağlıq Qarabağda gedən hərbi əməliyyatlara cəlb edib: “İşğalçı ölkə rəhbərliyinin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntülər sosial şəbəkələrdə yayılıb və bu Ermənistan hakimiyyəti adına çox utancvericidir. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmələrdən istifadə etdiyi əks olunur. Dünya birliyi, heç olmasa, indi hərəkətə keçməli, Beynəlxalq Cinayət Məhkəməsinin (Roma) və Cenevrə konvensiyalarının tələblərini pozan Ermənistan hökuməti tərəfindən verilən, insanlığa zidd olan müharibə cinayətlərini özündə əks etdirən qərarlara hüquqi qiymət verməli, onların məsuliyyətini müəyyənləşdirməlidir”.
Deputat onu da əlavə edib ki, işğalçı Ermənistanın cəbhədə acınacaqlı məğlubiyyətə uğraması nəticəsində bu ölkənin daxilində ruh düşkünlüyü və mənəvi deqradasiya ən yüksək həddə çatıb. Bu gün erməni valideynləri öz övladlarını Qarabağda döyüşə göndərməmək üçün bütün yollara əl atırlar.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47

