Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası olub
31.10.2020 [08:47]
Oktyabrın 30-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli gündəliyə daxil olan 3 məsələni diqqətə çatdırıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi barədə ikinci oxunuşda məlumat verilib. Bildirilib ki, qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2018-ci il 28 dekabr tarixli 1438-VQD nömrəli qanunun icrası məqsədilə hazırlanıb.
Belə ki, Mülki Məcəlləyə əsasən girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının formalarıdır. Lakin daşınar əşyalara münasibətdə girov, daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara münasibətdə isə ipoteka terminindən istifadə olunur. Bu məqsədlə Meşə Məcəlləsində, Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”, Torpaq bazarı haqqında” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda müvafiq dəyişiklik - “girov” sözünün “ipoteka” sözü ilə əvəz edilməsi təklif olunur.
Qeyd olunub ki, torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr hər biri daşınmaz əmlak olduğundan Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik nəzərdə tutulur.
“Torpaq bazarı haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən isə ipoteka qoyulmuş torpaqların bazara çıxarılmasının xüsusiyyətləri “İpoteka haqqında” Qanuna uyğun olaraq tənzimlənəcək.
Sonra komitə sədri “Hərbi qulluqçuların statusu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, sənəd “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli qanunun icrası ilə əlaqədar hazırlanıb.
Qeyd edilib ki, tibbi sığortaya keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına göstəriləcək. Bununla əlaqədar adları göstərilən qanunlara müvafiq düzəlişlər edilib. Bir sıra qanunlarda, həmçinin uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi məqsədilə bəzi dəyişikliklər təklif olunur.
İclasda komitə sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Diqqətə çatdırılıb ki, layihədə təklif edilən dəyişikliklərin bir qismi dövlət qulluqçusuna müəyyən edilmiş tələblər nəzərə alınmadan növbəti ixtisas dərəcəsi verilməsinin, yuxarı inzibati vəzifəyə təyin edilmə hallarının, aşağı ixtisas dərəcəsinin hansı hallarda verilməsinin mümkünlüyünün əsaslarını müəyyən edir. Digər dəyişiklik dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələrinin nəzərə alınması ilə bağlıdır.
Bundan əlavə, qanunda əvvəl mövcud olmuş “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi” adlı 30-1-ci maddənin təkmilləşdirilməsi təklif olunur. Belə ki, maddənin yeni redaksiyasında əvvəlkindən fərqli olaraq hansı kateqoriya dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə zərurət olmadığı müəyyən edilir, qiymətləndirmə zamanı yekun qiymət verilərkən vacib olan meyarların hədləri konkretləşdirilir.
İclasın sonunda qanun layihələri Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30

