/ / Azərbaycan və Türkiyə əleyhinə qətnamələrin təşəbbüskarları həm faşist ideologiyasının təbliğatçıları, həm də ermənipərəst qüvvələrin əlaltılarıdır
Azərbaycan və Türkiyə əleyhinə qətnamələrin təşəbbüskarları həm faşist ideologiyasının təbliğatçıları, həm də ermənipərəst qüvvələrin əlaltılarıdır
10.12.2020 [09:21]
Niderland parlamentində Azərbaycana qarşı təşəbbüslər ikitərəfli əlaqələrin gələcək inkişafını sual altına qoyur
Məlum olduğu kimi, Azərbaycanın Vətən müharibəsində qələbə qazanması, beynəlxalq hüququn bütün norma və prinsiplərini əsas götürərək öz ərazi bütövlüyünü bərpa etməsi və işğalçı Ermənistanı sülhə məcbur etməsi hər zaman ölkəmizə qarşı müxtəlif təxribatları ilə seçilən erməni lobbisini və ona dəstək verən xaricdəki ermənipərəst dairələrin yuxusunu ərşə çəkib. Belə ki, 44 günlük Vətən müharibəsinin başa çatmasını rəsmiləşdirən və Ermənistanın faktiki kapitulyasiyası kimi qiymətləndirilən Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanat Avropanın bəzi az sayda ölkələrində olduğu kimi, erməni diasporu və lobbisinin təsiri altında olan Niderland parlamentində də anti-Azərbaycan, anti-Türkiyə, islamofob, ultrasağçı və ultramillətçi qüvvələrin hədəfinə çevrilib.
Niderland parlamenti tərəfindən Azərbaycan və Türkiyə əleyhinə bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub
Qeyd edək ki, Vətən müharibəsinin başa çatmasından sonrakı ilk günlərdə sözügedən ölkənin parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Bu cəhdlər isə təsadüfən baş verməyib. Belə ki, qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma rejimin tanınması, uydurma “suriyalı terrorçular” məsələsinin araşdırılması və s. kimi cəfəng çağırışlar edən bu layihələrin müəllifləri Martin van Helvert (Xristian Demokratik Çağırış Partiyası), Joel Voordevind (Xristian İttifaqı Partiyası), Sven Koopmans (Azadlıq Naminə Xalq Partiyası) və digər ultrasağçı, anti-Türkiyə və faşist ideologiyasının təbliğatçıları, həmçinin ermənipərəst qüvvələrin əlaltılarıdır. Həmin şəxslərin səyləri ilə noyabrın 17-də Niderland parlamenti tərəfindən Azərbaycan və Türkiyə əleyhinə bir neçə tövsiyə xarakterli qətnamə qəbul olunub.
Azərbaycan Prezidenti Niderland parlamentinin təxribatçı qərarlarına kəskin münasibət bildirib
Onu da vurğulayaq ki, reallıqla heç cür barışmaq istəməyən bu kimi ermənipərəst qüvvələr Niderland parlamentində mütəmadi olaraq Azərbaycan və Türkiyə əleyhinə məsələlər qaldırır, hökumətə müxtəlif təxribat xarakterli suallar ünvanlayırlar. Ədalət naminə demək lazımdır ki, Niderland hökuməti parlamentdəki təxribatçı təşəbbüsləri müəyyən mənada neytrallaşdırmağa və sənəd layihələrini balanslaşdırmağa çalışır. Amma aydındır ki, Niderland hökumətinin reallığı əks etdirən və beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi parlamentdə radikal qüvvələrin əl-qolunu daha da açır.
Bu məqamda xüsusi olaraq qeyd etmk yerinə düşər ki, noyabrın 18-də Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdırıb. Azərbaycan Prezidenti parlamentdəki müzakirələr zamanı Niderland XİN başçısı S.Blokun balanslaşdırılmış yanaşma ilə çıxış etməsini təqdir etsə də, ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusi vurğulayıb.
Niderland tarixində digər xalqlara qarşı soyqırımı törədilməsi kimi cinayət faktları mövcuddur
Onu da vurğulamaq yerinə düşər ki, ötən əsrin 70-ci illərinə qədər müstəmləkəçi ölkə olan Niderland Krallığı Amerika, Asiya və Afrika qitələrində onlarla xalqı siyasi və iqtisadi əsarətdə saxlayıb. Dünyada ən çox sayda müsəlman əhalisi olan İndoneziya kimi nəhəng ölkə əsrlər boyu holland müstəmləkəçiliyinə qarşı mübarizə aparıb. 1945-ci ildə öz müstəqilliyini elan etməsinə baxmayaraq, illərlə davam edən müharibədən sonra Niderland yalnız 1949-cu ilin sonunda İndoneziyanın suverenliyini tanımağa məcbur olub.
İnkarolunmaz fakt odur ki, həmin illərdə Niderland hərbçiləri tərəfindən İndoneziyada bir çox qətllər törədilib. Bunlar arasında 1947-ci ilin 9 dekabrında Yava adasının qərbində yerləşən Ravaqede kəndində (hazırda Balonqsari kəndi) 431 kəndlinin güllələnməsini qeyd etmək olar. İndoneziyanın müstəqillik müharibəsi illərində vəhşicəsinə qətlə yetirilmiş mülki şəxslərin yaxınları tərəfindən indiyə qədər də Niderland məhkəmələrində iddialar qaldırılır.
Yeri gəlmişkən, qeyd edək ki, Niderland hərbçilərinin adı XX sərdə baş verən daha bir soyqırımı aktında da hallanır. Məlum olduğu kimi, Srebrenitsa soyqırımı 90-cı illərin Balkan müharibələrinin ən acı səhifəsidir. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində 8300-dən çox insanın soyqırıma məruz qalması məhz BMT-nin Niderland sülhməramlı kontingentinin fəaliyyətsizliyi və qorxaqlığı nəticəsində baş vermiş məlum tarixi faktdır. Niderland Ali Məhkəməsinin 2013-2014-cü illərdə qəbul etdiyi qərarlarla bu ölkə yalnız 300-dən bir qədər artıq insanın qətlində günahkar olduğunu etiraf edib.
Vaxtilə Niderland hökuməti rəsmi şəkildə anti-Türkiyə mövqeyi ortaya qoyub
Qeyd edək ki, son illərdə Niderlandda islamofob, ultramillətçi qüvvələrin fəaliyyəti ilə yanaşı, rəsmi şəkildə anti-Türkiyə mövqeyinin ortaya qoyulması da baş verib. Belə ki, Niderland siyasi dairələrinin anti-Türkiyə mövqeyi özünü ən bariz şəkildə 2017-ci ilin martın ortalarında Türkiyənin Xarici İşlər naziri M.Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyulması, Türkiyənin Ailə və Sosial Siyasət naziri Betül Sayan Kayanın isə polis tərəfindən güc tətbiq edilməklə Niderlanddan zorla çıxarılmasında göstərib.
O da qeyd olunmalıdır ki, bu ölkədə son illər hökm sürən islamofob, anti-Türk və millətçi əhval-ruhiyyənin nəticəsidir ki, hazırda Niderland cəmiyyətində ultrasağçı, ultraxristian və radikal-şovinist meyillər artmaqda davam edir. Müşahidələr göstərir ki, Türkiyə və digər müsəlman əsilli vətəndaşlara qarşı təhqir və hücumlar, ölkə mediasında açıq islamofob təzahürlər, siyasətçilərin İslam dininin dəyərlərini təhqir etməsi, Avropa İttifaqı daxilində sonradan birliyə qoşulmuş ölkələrə qarşı ayrı-seçkilik Niderlandın dövlət siyasətinin bir hissəsinə çevrilib. Burada təəssüf doğuran hal odur ki, özünü Avropanın aparıcı ölkəsi hesab edən bir dövlətin siyasətini ultrasağçı ekstremist siyasətçi, Azadlıq naminə Xalq Partiyasının rəhbəri Qert Vilders, o cümlədən Martin van Helvert, Joel Voordevind və Sven Koopmans kimi radikal elementlərin təbliğ etdiyi ideologiya müəyyən edir.
Niderland deputatları ölkələrinin nüfuzuna xələl gətirirlər
Bu reallığın nəticəsidir ki, erməni lobbisinin təsirinə də məruz qalan Niderland parlamentinin üzvləri fərqinə varmadan Azərbaycana qarşı təxribatlarda iştirak etməyi özlərinə rəva görürlər. Baxmayaraq ki, ölkə parlamentində təmil olunan Niderland deputatları belə təxribatlara yol verərkən ölkələrinin Azərbaycanda və dünyadakı nüfuzuna, beynəlxalq münasibətlərdə ədalət və hüquq bərabərliyinə çağırışlar edən ölkə kimi imicinə xələl gətirmiş olurlar.
Sonda qeyd edək ki, Niderland hökumətinin beynəlxalq hüquqa söykənən birmənalı mövqe nümayiş etdirməməsi də parlamentdəki radikal qüvvələri fəallaşdırır. Sözsüz ki, bu cür təxribatçı təşəbbüs və addımlarla Niderland parlamentinin üzvləri Azərbaycanda holland biznesinin mövcudluğunu, Azərbaycan-Niderland ikitərəfli əlaqələrinin gələcək inkişafını da sual altına alırlar.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

