Nazim Mustafa: 1915-ci il hadisələrinə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir
27.04.2021 [08:35]
“ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə bağlı aprelin 24-də verdiyi bəyanat tarixi həqiqətlərin təhrif olunmasıdır. Ona görə ki, 1915-ci il hadisələrinə siyasətçilər deyil, tarixçilər qiymət verməlidir”.
Bu fikirləri Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib.
Tarixçi alimin sözlərinə görə, Türkiyə rəsmi olaraq dəfələrlə bəyan edib ki, həmin dövrün hadisələri hər iki ölkədən olan tarixçilərin iştirakı ilə birgə komissiya tərəfindən araşdırılsın: “Lakin yalnız saxta təbliğatla məşğul olan Ermənistan bu təklifi qəbul etmir. Maraqlı bir faktı qeyd edim. 2004-cü ilin 16 iyulunda erməni və türk tarixçiləri Vyanada görüşərək arxiv sənədlərinin mübadiləsi ilə bağlı razılığa gəlmişdilər. Nədənsə sonra ermənilər Vyana görüşünə qatılmaqdan imtina edirlər, çünki bilirdilər ki, tarixdə baş verməyən hadisələri sübut etmək mümkün deyil. Eyni zamanda, rəsmi Ankara illər öncə birtərəfli olaraq arxivlərini açıb, Ermənistan isə bundan da imtina edib. Hətta ifşa olunacaqlarından qorxan ermənilər Türkiyə arxivlərinə də üz tutmurlar. Bütün bunlara baxmayaraq, təəssüf ki, Qərbdəki bəzi dairələr və siyasətçilər saxta erməni təbliğatına inanmaqda davam edirlər. Üstəlik, həmin dövrdə erməni silahlı dəstələrinin Anadolu türklərinə, habelə 1918-1920-ci illərdə Bakıda və Azərbaycanın digər regionlarında dinc əhaliyə qarşı törətdikləri soyqırımı faktlarına da etinasız yanaşırlar”.
N.Mustafa deyib ki, tarixin saxtalaşdırılması və onun siyasi təzyiq məqsədilə istifadə olunması cəhdləri qəbuledilməzdir: “Bu baxımdan, ABŞ Prezidenti C.Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat tarixi səhv kimi qiymətləndirilməlidir. Çünki regionda əməkdaşlıq mühitinin yarandığı indiki vaxtda Türkiyəyə qarşı təzyiq göstərmək, dolayısı yolla Azərbaycanın yaratdığı yeni reallıqlara, o cümlədən mümkün altıtərəfli əməkdaşlıq platformasının formalaşmasına mane olmaq cəhdləri yolverilməzdir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21

