Mixail Qusman: Minalanmış sahələrin xəritələrini almaq üçün nə mümkündürsə etmək lazımdır
09.06.2021 [09:43]
TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək həlak olmuş jurnalistlərin ailələrinə başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, M.Qusman “Moskva-Baku” portalına müsahibəsində deyib: “Təəssüf ki, jurnalist peşəsi ilbəil daha təhlükəli olur. Dünyanın ən müxtəlif yerlərindəki “qaynar” nöqtələrdə jurnalistlər tez-tez həlak olur. Lakin olduqca dinc peşə nümayəndələri olan jurnalistlərin müharibə başa çatandan, münaqişə bitəndən sonra həlak olması xüsusilə faciəvi, dözülməz dərəcədə ağrılı təsir bağışlayır. Mənim iki azərbaycanlı jurnalist həmkarım Azərbaycanın Kəlbəcər rayonunda minaya düşərək faciəvi şəkildə həlak olub. Onlardan biri uzun illər boyu TASS informasiya agentliyinin tərəfdaşı olan AZƏRTAC agentliyində çalışırdı. Bu jurnalistlər oraya sırf peşəkar işlərini yerinə yetirmək, həmin diyarda bu gün baş verən hadisələr barədə söhbət açmaq üçün getmişdilər”.
Rusiyalı jurnalist qeyd edib ki, TASS Agentliyi və onun baş direktoru Sergey Mixaylov Agentliyin bütün kollektivi adından həlak olmuş jurnalistlərin ailələrinə dərin hüznlə başsağlığı veriblər.
Jurnalistlər həlak olan günün səhəri Avropa İnformasiya Agentlikləri Alyansının görüşü təşkil edilib. Həmin görüşdə Avropanın bütün aparıcı informasiya agentliklərinin rəhbərləri iştirak edirdi. Görüş iştirakçıları azərbaycanlı jurnalistlərin həlak olmasına görə dərindən kədərləndiklərini və onlarla həmrəy olduqlarını bildiriblər.
Mixail Qusman deyib: “Əlbəttə, dinc dövrdə insanların, jurnalistlərin ötən müharibənin qalıqları olan minalara düşərək həlak olması faktı ilə barışmaq mümkün deyil. Bununla əlaqədar, əlbəttə, minalanmış sahələrin xəritələrini əldə etmək, minaların zərərsizləşdirilməsi, belə partlayışlar nəticəsində dinc insanların, o cümlədən jurnalistlərin heç vaxt həlak olmaması üçün nə mümkündürsə etmək lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29

