Ermənistan yenilənmiş Madrid prinsiplərinə cavab verməkdən qorxdu
23.06.2010 [11:07]
Məlum olduğu kimi, iki gün öncə cəbhə xəttinin Tərtər və Füzuli istiqamətində təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin hücuma keçməsi nəticəsində ölən və yaralananlar oldu. Azərbaycan ordusunun iki əsgəri şəhid olsa da, 10-a yaxın əsgərini itirən düşmən layiqli cavabını alaraq geri oturduldu...
Ermənistan hər zaman danışıqların həlledici mərhələsində müxtəlif təxribatlar vasitəsilə danışıqlar prosesinin ləngiməsinə və zaman qazanmağa çalışıb. Hələ 1990-cı illərin sonunda Ter-Petrosyanın münaqişənin həlli ilə bağlı müəyyən razılaşmalara getməsinə görə, Ermənistanda “parlament terroru” törədildi. Ondan bir neçə il sonra danışıqların vacib məqamında Robert Koçaryan “qarınağrısı” bəhanəsilə Rambuye qalasını tərk etdi. Bu gün isə Serj Sarkisyan danışıqların mühüm məqamında cəbhə xəttində təxribatlar törətmək haqqında göstərişlər verməklə, danışıqlar prosesini pozmağa çalışır.
Bu baxımdan da, cəbhə xəttində öz motivləri ilə adi atəşkəs halından tamamilə fərqlənən bu cür insidentlərin baş verməsinə xüsusi bir prizmadan yanaşmaq lazımdır...
Əlbəttə ki, artıq Azərbaycan və dünya ictimaiyyətinə bəllidir ki, Ermənistan rəhbərliyi nə üçün belə bir yola əl atıb. Bir daha qeyd edilməlidir ki, Yerevan, məhz prezidentlərin Sankt-Peterburq görüşü zamanı bu addımı atdı. İşğalçı dövlətin belə bir təxribata yol verməsinin səbəbinin isə hər bir insana aydın olması üçün detallı təhlilə keçmək istərdik.
Belə ki, bir müddət öncə həmsədrlər bölgəyə səfər etməklə, tərəflərə yenilənmiş Madrid prinsiplərini təqdim etdilər. Buradakı prinsiplərin mahiyyəti ilə bağlı dolğun informasiyalar yayılmasa da, rəsmi Bakı bəzi detallar xaric olmaqla, prinsiplərlə razı olduğunu bildirdi. Amma uzun müddətin keçməsinə baxmayaraq, işğalçı tərəf - Ermənistan prinsiplərə münasibət bildirmək istəmədi.
Nəhayət, regionun ən güclü dövləti olan, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Rusiyada keçirilən görüşdə Ermənistan prezidenti vahid mövqe ortaya qoymalı idi. Amma...
Əlbəttə ki, bu və ya digər yolla haqq və ədalətin Azərbaycanın tərəfində olduğunu bilən Ermənistan vəziyyətdən çıxmaq üçün ənənəvi metoda - təxribata əl atdı. Beləliklə, dünya ictimaiyyəti də gördü ki,
- Ermənistan yenilənmiş Madrid prinsiplərinə cavab verməkdən qorxdu,
- Yerevan cəbhə xəttində hücumlar təşkil etməklə, bir daha qeyri-konstruktiv mövqeyini ortaya qoydu və sülh prosesinə sadiq olmadığını sübut etdi.
Göründüyü kimi, Ermənistan bir daha qeyri-konstruktiv mövqeyini sərgiləməklə, danışıqlar prosesini zərbə altında qoydu.
Ermənistanın bu oyunlarını açıq şəkildə görən cəmiyyətimiz beynəlxalq birliyin də ikili standartlarına dözmək fikrində deyil. Ona görə də, dövlət başçısının da bəyan etdiyi kimi Azərbaycan xalqı tezliklə, hansı yolla olursa olsun, torpaqlarımızın işğaldan azad olunmasını tələb edir.
Bir sözlə, artıq Ermənistan və işğalçılığı sənəd üzərində pisləyib, arxada isə Yerevana dəstək olanlar ciddi şəkildə düşünməlidirlər. Əgər bir gün Azərbaycan hərbi yolla öz torpaqlarını işğaldan azad etmək işinə başlasa, o zaman münaqişənin yenidən alovlanmasına görə başlıca günahkarlar sırasında Ermənistanın havadarları da dayanacaq. Və onlar Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində aparılan danışıqların konstruktiv keçməsinə mane olan Ermənistanı cəzalandırmadıqlarına görə peşman olacaqlar.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

