Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Lisey və gimnaziyalara qəbul üçün qeydiyyat müddəti uzadılıb

Lisey və gimnaziyalara qəbul üçün qeydiyyat müddəti uzadılıb

19.06.2026 [19:53]

Lisey və gimnaziyalara qəbul üzrə qeydiyyat müddəti çoxsaylı müraciətlər nəzərə alınaraq 21 iyun saat 15:00-dək uzadılıb.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib.

Qeydiyyat prosesində valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərinə daxil olaraq “Sorğu yerləşdir” bölməsindən “Mərkəzi imtahanla qəbul” düyməsini seçməli, daha sonra imtahan keçiriləcək mərkəzi və tələb olunan digər məlumatları təsdiqləməlidirlər.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi ildə bir dəfə, tədris ili başlamazdan əvvəl “Şagirdlərin elektron yerdəyişməsi” sistemi vasitəsilə qeydiyyatdan keçmiş və imtahanda iştirak hüququ qazanmış şagirdlər üçün təşkil olunur.

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq keçid balını toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular formalaşdırılır və sənəd qəbulu prosesi həyata keçirilir.

Lisey seçimi iki mərhələdə, zərurət yarandıqda isə üç mərhələdə həyata keçirilir.

Mərkəzləşdirilmiş qaydada qəbul aparılacaq lisey və gimnaziyaların siyahısı ilə  buradan tanış ola bilərsiniz.

Paylaş:
Baxılıb: 109 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Hərbi

Gündəm

Ədəbiyyat

Sosial

İstirahət vaxtıdır!

19 İyun 08:50  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30