Ermənistan özünüməhv yolunu seçib?
16.11.2021 [11:41]
Müharibə də onlara heç nə öyrətmədi
Azər Badamov: Ermənistanın bu təxribatları onun özünə baha başa gəlir
İlqar Vəlizadə: Ermənistan reallıq hissini itirərək problemin həlli istiqamətində anormal mövqe sərgiləməkdədir
Qarabağda baş verən son hadisələr Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı məsələni yenidən aktuallışdırır. Bir müddət öncə belə bir sənədin imzalanacağı haqda proqnozlar səsləndirilsə də, Ermənistan tərəfinin, xüsusilə də Nikol Paşinyanın bu danışıqlardan yayınması prosesin ləngiməsinə səbəb olur. Nəticə isə ortadadır. Ermənilərin törətdiyi təxribatlar rəsmi İrəvana daha böyük itkilər yaşadır. Azərbaycan artıq sözügedən ərazilərdə öz qanunlarını və şərtlərini daha qətiyyətli şəkildə diktə etməyə başlayır.
Bir sözlə, hazırkı durumda Ermənistanın yeganə çıxış yolu danışıqlar masasına yenidən əyləşməsi və 10 noyabr kapitulyasiyasının ardından davamlı sülhün təmininə imza atmasıdır. Əks halda, Azərbaycan yenidən təzyiq və güc vasitəsilə Ermənistanı dizə gətirə bilər.
Məsələ ilə bağlı "Yeni Azərbaycan"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib ki, 2020-ci il 10 noyabr bəyanatından sonra Ermənistanın Qarabağda törətdiyi bütün təxribatların qarşısı ən yüksək səviyyədə alınıb və cavab verilib. Millət vəkilinin fikrincə, Ermənistanın bu təxribatları onun özünə baha başa gəlir: " Azərbaycan 10 noyabr bəyanatından sonra 30 ilə yaxın Ermənistanın işğalı və nəzarəti altında olan ərazilrimizdə öz suveren hüquqlarını bərpa etməkdədir. Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyev hər zaman bəyan edib ki, biz, sülhün və əməkdaşlığın tərəfdarıyıq. Amma bizim bu mövqeyimiz Ermənistan tərəfindən adekvat qarşılanmır. Azərbaycan dövləti 10 noyabr sazişinin icrasını tələb edir. Ermənistan dərk etməlidir ki, onların yeganə çıxış yolu məhz bu sənədin tam şəkildə icra olunmasıdır. Nə qədər ki, bizim irəli sürdüyümüz şərtləri yerinə yetirməyəcəklər, onlar nə siyasi, nə də iqtisadi böhrandan xilas ola bilməyəcəklər".
Millət vəkili onu da qeyd edib ki, Ermənistan bizim hərbi gücümüzü görüb və indiki halda yenidən səhvə yol verməməlidir. "Ermənistanda bəzi qüvvələrin hansısa revanşizm xülyası ilə yaşadığını görürük. Amma hətta müharibə dövründə belə "komplektləşmiş" erməni ordusu Azərbaycan əsgərinin qabağında dayana bilmədi. İndi, üç-beş nəfərlik təxribat qrupu ilə nəyə nail olacaqlar? Bu ölkənin hərbi-siyasi rəhbərliyi dərk etməlidir ki, sülh danışıqları onların yeganə xilasıdır. Ən tez vaxtda da danışıqlar masasına oturaraq Azərbaycana qarşı olan bütün əsassız iddialarından əl çəkdiklərini bəyan etməlidirlər", - deyə A.Badamov əlavə edib.
Politoloq İlqar Vəlizadənin fikrincə isə, danışıqların yenidən başlaması Qarabağdakı gərginlikləri azalda bilər: "Ermənistan reallıq hissini itirərək problemin həlli istiqamətində anormal mövqe sərgiləməkdədir. Diqqə yetirsək, son dövrlərdə ortaya çıxan süni problemlər çoxdan öz həllini tapmalı, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlamalı idi. Bununla bağlı artıq üçtərəfli komissiyada da yaradılıb və fəaliyyət göstərir, sovet dövrünə məxsus ortaq xəritələr təqdim olunub. Amma mənzərə fərqlidir. Ermənistan nəinki sərhədlərin müəyyənləşməsi məsələsində tələsmir, bu xəritələrlə bağlı işlərə start vermir, ümumiyyətlə prosesi pozur. Karapetyanın regiona səfəri, onun təxribatçı əmrləri, bu gərginliklərin əsas yaranma səbəbi kimi çıxış edir. Ermənistanın siyasi rəhbərliyinin bəzi nümayəndələrindən xəritələrlə razı olmadıqları fikirlərini eşidirik. Bunlar destruktiv, pozucu çalarlardır. Ermənilər dərk etməlidirlər ki, danışıqlar qaçılmazdır və olmalıdır".
İ.Vəlizadə onu da əlavə edib ki, Azərbaycan təzyiq vasitəsilə danışıqlarda məhsuldarlığı artıra bilər. Çünki Ermənistan başqa dil başa düşmür: "Müharibə də onlara heç nə öyrətmədi. Ölkəmizin Qarabağdakı son addımları məhz təzyiq xarakterli addımlardır. Onların törətdikləri təxribatların qarşısı alınır və təzyiq edirik ki, bu kimi təxribatlardan əl çəksinlər. Düşünürəm ki, Azərbaycanla yanaşı Rusiya tərəfi də Ermənistana təzyiq göstərməlidir. Onlarla mülayim davranmaq, bu ölkənin rəhbərliyini normal məntiqə dəvət etmək əbəsdir. Onlar zordan başqa dil başa düşmürlər".
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

