Ölkəmizdə azad və demokratik seçki mühiti mövcuddur
11.08.2010 [10:50]
Bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək parlament seçkiləri hazırda ictimai-siyasi gündəmin əsas mövzularından biridir. Təxminən bir aydan sonra, sentyabrın 8-də, parlament seçkilərinə rəsmi start veriləcək. Hazırki mərhələdə isə Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərlə bağlı lazımi sənədləri hazırlayıb qəbul etməkdədir. Həmçinin, MSK tərəfindən aşağı seçki komissiyalarının üzvlərinin seçki təcrübələrini daha da artırmaq üçün treninqlər keçirilir. Bu istiqamətdə beynəlxalq qurumlarla da yaxından əməkdaşlıq edilir. Yeri gəlmişkən, sözügedən proses yaxınlaşdıqca, nəinki ölkə daxilində, eləcə də, beynəlxalq miqyasda bu seçkilərin önəmi xüsusilə vurğulanmaqdadır. Məsələn, bir neçə ay öncə, üç beynəlxalq təşkilat-ATƏT, Avropa Şurası və Avropa İttifaqı 2010-cu ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin təşkilində Azərbaycana yardım planını təqdim ediblər. Həmin planın təqdimatı zamanı qeyd olunub ki, Azərbaycan hakimiyyətinin seçkilərin azad, şəffaf və ədalətli keçməsi üçün atdığı addımlar prosesin Avropa standartlarına uyğunlaşmasına yol açıb. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son yay sessiyasında Azərbaycanla bağlı qəbul edilmiş sənəddə ölkəmizin demokratik seçkilər sahəsində atdığı addımlar təqdir olunur.
Təbii ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, bütün sahələrdə olduğu kimi, demokratik prinsiplərə sədaqəti, seçkilərin azad, şəffaf və ədalətli keçirilməsi istiqamətində göstərdiyi səyləri ilə də hər zaman təqdir görüb. ölkəmiz istər seçki qanunvericiliyinin təkmilləşdirilməsi, istərsə də prosesin şəffaf və bərabər prinsiplər əsasında inkişafı yolunda əsaslı addımlar atıb. Bu baxımdan, beynəlxalq qurumların nümayəndələri qarşıdan gələn parlament seçkilərində də eyni şəffaflıq prinsiplərinin davam etdiriləcəyinə inandıqlarını bildiriblər.
ümumiyyətlə, seçki bir dövlətin, xalqın gələcəyi üçün mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, cəmiyyətdə demokratik mühitin, şəffaf və ədalətli seçki şəraitinin yaradılması birbaşa hakimiyyətin siyasi iradəsinin göstəricisi kimi dəyərləndirilir. Bu mənada Azərbaycan hər zaman inkişaf tendensiyasının önündə yer alıb və beynəlxalq qurumların da təsdiq etdiyi kimi, digər region ölkələrindən müsbət mənada seçilib. Hər bir seçkidə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan müzakirələr və Avropanın aparıcı demokratik təsisatları ilə həyata keçirilən məsləhətləşmələr qanunvericiliyin daha mütəşəkkil və beynəlxalq standartlara uyğunlaşmasına yol açır. Digər tərəfdən hakimiyyət atdığı addımlar, verdiyi qərarlarla Azərbaycanda ədalətli seçki keçirilməsində maraqlı olduğunu bir daha nümayiş etdirir. çünki demokratik seçki ölkədə sabit vətəndaş cəmiyyətinin inkişafının əsas təməl prinsipi sayılır.
2005-ci ildə Milli Məclisə seçkilər zamanı Prezident İlham Əliyevin Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsinə dair Sərəncamı bu mənada xüsusi əhəmiyyətə malikdir. Seçkilərin şəffaf, ədalətli keçməsi istiqamətində hakimiyyətin siyasi iradəsi kimi qiymətləndirilən bu Sərəncamda seçki prosesinə qanuna zidd müdaxilə hallarına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət nəzərdə tutulub. Bundan başqa, Azərbaycan hakimiyyəti tərəfindən qəbul edilmiş bir çox sənədlərdə ədalətli seçki mühitinin yaradılması baxımından çox böyük əhəmiyyətə malik məqamlara toxunulub. Məsələn, 2008-ci il seçkiləri öncəsi Seçki Məcəlləsinin təkmilləşdirilməsi, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanuna edilən yeniliklər insanlara daha geniş hüquqlarının tanınmasına, bundan geniş şəkildə və qanuni istifadəyə yol açır. Parlamentin 2010-cu il növbədənkənar sessiyasında da Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi seçki prosesinin daha da təkmilləşdirilməsinə, beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir.
Digər tərəfdən, Azərbaycan dövləti hər zaman beynəlxalq təşkilatlarla seçki ilə bağlı əməkdaşlığa böyük önəm verib. Avropa Şurasının üzvü olduqdan sonra seçki məsələsində beynəlxalq təsisatlarla daha intensiv əməkdaşlıq bu istiqamətdə təkmilləşdirməyə yol açıldı. Prosesdə Azərbaycan hökuməti ilə daim yaxın əməkdaşlıq nümayiş etdirən Avropa Şurasının Venesiya Komissiyasıyla aparılan məsləhətləşmələr qanunvericiliyin daimi təkmilləşdirilməsinə səbəb olub və Avropa standartlarına uyğunlaşdırılan bu yeniliklər haqqında hər zaman beynəlxalq təşkilatların sənədlərində müsbət rəy əks olunub. Seçki Məcəlləsi seçkilərin keçirilməsi üçün beynəlxalq meyarları və ən yaxşı təcrübələri özündə cəmləyir. Keçirilən seçkilər isə seçki mexanizmlərinin beynəlxalq standartlara çatdırılması yolunda irəliyə atılmış addımlarla müşayiət olunur. Beynəlxalq təsisatların seçkiləri müşahidə edən missiyalarının verdikləri rəylərin müqayisəli təhlili də bu faktı sübut edir.
Bundan başqa, bu gün Azərbaycan cəmiyyətində seçkilərdə iştirak edən qüvvələrə bərabər şəraitin yaradılmasının özü demokratik seçki mühitinin inkişafının göstəricisi sayıla bilər. Siyasi baxışlarından asılı olmayaraq bütün qüvvələrə təbliğat prosesində eyni şəraitin yaradılması seçicilərin azad seçim etməsinə yaxından kömək göstərir. Azərbaycanda seçkiləri müşahidə edən beynəlxalq missiyalar ölkəmizdə son prezident və bələdiyyə seçkilərində bütün siyasi qüvvələrə mübarizə aparmaq üçün bərabər şəraitin yaradıldığını öz rəylərində əks etdirirlər. Heç şübhə yoxdur ki, növbəti parlament seçkilərində də belə olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

