Rusiyaya qarşı “cəbhə” böyüyür?
01.03.2022 [10:17]
Yaponiya Kurildə danışır, Finlandiya və İsveç isə NATO üzvü olmaq arzusundadır
P. İSMAYILOV
Rusiya ilə Ukrayna arasında baş verən hərbi toqquşma rəsmi Kremlə qarşı yeni demarşları şərtləndirməkdədir. Belə ki, artıq ABŞ və NATO-ya müttəfiq olan bir sıra dövlətlər Moskvanı qıcıqlandırmaq üçün müxtəlif bəyanatlar səsləndirməkdədirlər. Məsələn, Avroatlantik alyans Rusiyanın şimal qonşusu sayılan Finlandiya və İsveçin qurumun tamhüquqlu üzvü olması məsələsini aktuallaşdırır. Eləcə də, Rusiyanın şərqindən yeni təhdidlər səslənməkdədir. Rəsmi Moskva ilə Tokio arasında mübahisə predmeti olan İturup, Kunaşir və Şikotan adalarının məxsusluğuna dair məsələ yenidən gündəmə gəlir. Belə ki, Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Hideki Uyama Rusiyanın Cənub Kuril adalarını işğal etdiyini bildirib və bunu beynəlxalq hüquqa zidd adlandırıb.
Göründüyü kimi, NATO Rusiyanı həm şimaldan, həm də şərqdən “diqqətini yayındırır”. Bu məsələlər yaxın gələcəkdə hansısa yeni hərbi əməliyyatlara yol aça bilərmi?
Məsələ ilə bağlı öz fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən Yaponiya ilə Rusiya arasındakı Kuril adaları problemini SSRİ-dən qalma “miras” adlandırıb. Yaponiya tərəfinin adalar məsələsinə münasibətdə bu cür radikal açıqlamalar verməsi isə narahatedicidir. “Rəsmi Tokio tərəfindən problemin qoyuluşu dəyişib. Ola bilsin ki, bunda son dövrlərdə baş verən siyasi-hərbi gərginliklərin də rolu var. Yaponiya ABŞ-ın yaxın müttəfiqlərindən sayılır. Vaşinqton Rusiyaya qarşı çəmbəri daraltmaq üçün ənənəvi Kuril mövzusunu aktuallaşdıra bilər. Fikrimcə, Yaponiya XİN rəsmisinin bu bəyanatı həm BMT strukturlarını, həm də beynəlxalq təşkilatları hərəkətə gətirməlidir. İki böyük dövlətin arasında belə gərginliyin yaranması müsbət heç nə vəd etmir”, - deyən R.Həsən onu da əlavə edib ki, bütün bunlarla yanaşı, Kuril adaları probleminin də yaxın gələcəkdə öz həllini tapmasına ümid azdır. Millət vəkilinin qənaətinə görə, bu cür məsələdə gərginlik bəzən artan, bəzən də azalan faza ilə uzun müddət davam edir. Gərginliyin bu, dəfəki artımı isə NATO-Rusiya münasibətlərindəki mövcud situasiyadan qaynaqlanır.
Siyasi şərhçi İbrahim Babayev bildirib ki, İsveç ilə Finlandiyanın NATO sıralarına qoşulması ilə bağlı məsələnin gündəmə gəlməsi Rusiyanı narahat edir. Rusiya XİN söz?üsü Mavriya Zaxarovanın səsləndirdiyi bəyanat da bunu göstərir: “İndiki halda Finlandiyanın və İsveçin Avroatlantik alyansa qoşulması Kremlin “qırmızı xəttini” tapdamaq deməkdir. Təbii ki, bütün bunlar həm də siyasi təzyiq formasıdır. NATO Rusiyanın diqqətini əsas hədəflərindən yayındırmağa çalışır. Çünki Finlandiya hökuməti açıq şəkildə NATO-ya daxil olmayacaqlarını bildirir. İsveçin də öz bitərəfliyini qoruyacağına inanıram. Ukraynaya qarşı hərbi güc tətbiqinin qarşısını almaq üçün Qərb Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməklə yanaşı, siyasi təzyiqlər də göstərir. Hətta deyərdim ki, Rusiyaya qarşı yeni cəbhələr formalaşdıra biləcəyini də nümayiş etdirir. Bu mənada, Kuril və Kareliya problemləri daha real şəkildə yenidən aktuallaşa bilər”.
Xəbər lenti
Hamısına baxSosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05

