/ / Azərbaycan hakimiyyəti əmindir ki, qarşıdan gələn parlament seçkilərində də qanunsuz müdaxilələr olmayacaq
Azərbaycan hakimiyyəti əmindir ki, qarşıdan gələn parlament seçkilərində də qanunsuz müdaxilələr olmayacaq
23.09.2010 [10:40]
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı, ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə dünən Mingəçevir şəhərində “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirilib.
AzərTAc xəbər verir ki, 28 şəhərin və rayonun icra hakimiyyəti başçısının və 40 dairə seçki komissiyası sədrinin iştirak etdiyi tədbirdə ATƏT-in Bakı ofisinin rəhbəri səfir Əli Bilge Cankorel çıxış edib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçki müşahidə missiyasının Azərbaycanda 2008-ci il oktyabrın 15-də keçirilmiş prezident seçkilərinə dair hazırladığı hesabatı xatırladaraq deyib: “Əvvəlki seçkilərlə müqayisədə bu dəfə dövlət və yerli icra orqanları tərəfindən seçki prosesinə və onun nəticələrinə ciddi təsir edəcək müdaxiləyə yol verilməmişdir”.
Səfir regionlarda təşkil edilən bu məlumat sessiyasının əhəmiyyətini yüksək qiymətləndirib və noyabrda Milli Məclisə seçkilərin də şəffaf, ədalətli və demokratik keçiriləcəyinə, namizədlərin öz mövqelərini azad ifadə etməsinə qarşı hər hansı inzibatı əməl, zorakılıq və hədə-qorxu tətbiq etmək hallarının qeydə alınmayacağına əminliyini ifadə edib.
Sessiyada Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi müdirinin müavini Hüseyn Mövsümov demokratik seçkilərə dair təməl prinsiplərindən danışıb və seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair Seçki Məcəlləsində əksini tapan müddəalar haqqında söhbət açıb, yerli icra orqanlarının bu prosesdəki roluna aydınlıq gətirib, seçki komissiyalarının müstəqilliyi və öhdəlikləri barədə məlumat verib.
Prezident Administrasiyasının rəsmisi Azərbaycanda seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün mükəmməl qanunvericilik bazasının formalaşdırıldığını, seçicilər arasında geniş maarifləndirmə işlərinin aparıldığını qeyd edərək deyib: “Azərbaycanda keçirilən seçkilərdə irəliləyişlərin olduğu beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənmişdir. Bu irəliləyişlər prezident və bələdiyyə seçkilərində, referendumda da müşahidə olunmuşdur. Azərbaycan hakimiyyəti əmindir ki, qarşıdan gələn parlament seçkilərində də qanunsuz müdaxilələr olmayacaqdır”.
İcra hakimiyyəti orqanlarının dairə və məntəqə seçki komissiyaları ilə əlaqəli işinə və seçki prosesində onların öhdəsinə düşən vəzifələrə münasibət bildirən Hüseyn Mövsümov qeyd edib ki, bu orqanlar seçkilərin təşkili və keçirilməsi işinə öz səlahiyyətləri çərçivəsində yardım etməlidirlər. Şöbə müdirinin müavini ölkədə seçici siyahılarının tam dəqiqləşdirilməsi, bütün siyasi partiyalar, seçki blokları və onların namizədləri üçün seçki prosesində bərabər şəraitin yaradılması, seçicilərlə görüşün keçirilməsi, təşviqat lövhələrindən səmərəli istifadə olunması üçün onlara eyni imkanların verilməsi və seçki prosesinə qeyri-qanuni müdaxilənin qarşısının alınması üçün digər vacib tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Hüseyn Mövsümov bildirib ki, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları seçki prosesində birbaşa iştirak etməsələr də, yerlərdə normal seçki mühitinin yaradılmasında, seçkilər zamanı asayişin təmin edilməsində ciddi rol oynayırlar. Bundan başqa, namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün müvafiq yerlərin ayrılması və onların təhlükəsizliyinin təmin edilməsi də həmin qurumların vəzifəsidir.
Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov çıxışında cəmiyyətin seçkilərə hazırlanması prosesini seçkinin keçirilməsinin əsas tərkib hissələrindən biri olduğunu və ölkədə qarşıdan gələn seçkilərə hazırlıq prosesində yüksək siyasi fəallıq müşahidə edildiyini diqqətə çatdırıb. O, ölkədə seçkilərlə bağlı maarifləndirmə işinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən, seçicilərin siyasi iradəsinin düzgün formalaşması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edib. Seçkilərə qanunsuz müdaxilənin yolverilməzliyindən danışan Natiq Məmmədov deyib: “Prosesin şəffaf keçirilməsi üçün əsas məsuliyyət seçki komissiyalarının və yerli icra orqanlarının üzərinə düşür. İlk növbədə yerli icra orqanları namizədlərin seçicilərlə təmas qurmasına şərait yaratmalı, inzibati resurslardan bu və ya digər namizədin xeyrinə istifadə etməməlidir. Namizədlər öz seçiciləri ilə görüşməsi üçün ayrılan yerlərdən səmərəli bəhrələnməlidirlər”.
ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin müdiri Jaklin Karpenter seçkilərin demokratik prinsipləri, seçicilərin öz iradələrini azad və sərbəst surətdə ifadə etmələri üçün normal şəraitin yaradılmasının zəruriliyindən danışıb.
Sessiyada mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21

