Hamımızı azərbaycanlı olmaq kimi ülvi bir amal birləşdirir
30.04.2022 [10:21]
Bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır!
N.BAYRAMLI
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşa şəhərində keçirilməsi tarixi hadisədir. Müasir tariximizə Zəfər qurultayı kimi yazılan bu əlamətdar hadisənin böyük rəmzi mənası var. Bu reallığı qurultayda iştirak etmiş soydaşlarımız da vurğulayırlar. Qurultayın nümayəndələrinin dünya azərbaycanlılarına müraciətində qeyd olunduğu kimi, Ermənistanın otuz ilə yaxın işğal altında saxladığı torpaqlarımızın 2020-ci il sentyabrın 27-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə rəşadətli Ordumuzun başladığı əks-hücum əməliyyatı nəticəsində qısa zamanda azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün cəmi 44 gün ərzində bərpa olunması və bununla da Ermənistanın işğalı üzündən məcburi köçkün vəziyyətinə düşmüş insanlarımızın yurd həsrətinə son qoyulması, əslində, milli həmrəyliyimizin təntənəsidir. Bildirilir ki, 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayından bəri ötən müddətdə müxtəlif ölkələrdə azərbaycanlı icmaların təşkilatlanması və mütəşəkkilliyinin artırılması, soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin möhkəmləndirilməsi və milli həmrəyliyimizin məzmunca zənginləşdirilməsi üçün çox iş görülüb: “Ulu Öndərin xalqımıza və dövlətimizə bağlılıq hissinə əsaslanan, milli-mənəvi və ümumbəşəri dəyərləri üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası bu dövr ərzində bütün dünyadakı həmvətənlərimiz arasında geniş yayılıb”.
Diqqətə çatdırılır ki, 2020-ci il noyabrın 8-də qürur ünvanımız Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsindəki Zəfərin zirvəsi və Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılan möhtəşəm hadisə oldu. Məhz Şuşanın işğaldan azad edildiyi tarix Azərbaycanın əlamətdar günlər təqviminə “Zəfər Günü” kimi yazıldı. Vətən müharibəsində tarixi Qələbədən sonra yaranmış yeni geosiyasi reallıq, Azərbaycanın dünyada nüfuzunun daha da yüksəlməsi, ölkəmizin beynəlxalq məsələlərin həllində yaxından və fəal iştirakı diaspor təşkilatlarımızın qarşısında yeni vəzifələr qoyur.
“Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların mədəni-siyasi birliyi və həmrəyliyi müstəqil Azərbaycan Respublikasının strateji məqsədlərindəndir. Bu gün Azərbaycan diasporu böyük mədəni və intellektual potensiala malikdir. Azərbaycanlıların hazırda 33 ölkəni və 130-dan çox diaspor təşkilatını əhatə edən 14 Koordinasiya Şurası fəaliyyət göstərir. Vətəndən ayrı yaşayan hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfini qorumağa həmişə hazır olan bir dövlət - Azərbaycan Respublikası vardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır”. Hamımızı azərbaycanlı olmaq kimi ülvi bir amal birləşdirir. Vətəndaşlıq borcu bizi yaşadığımız ölkələr qarşısında hansı məsuliyyətə sövq edirsə, azərbaycançılıq amalı da hər birimizi Azərbaycan xalqı və dövləti qarşısında eyni məsuliyyətə səsləyir. Buna görə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması soydaşlarımızın əsas vəzifələrindən biri olaraq qalmaqdadır”,-deyə müraciətdə vurğulanır.
V qurultayın qətnaməsində də bu mühüm tədbirin Azərbaycanın mədəniyyət paytaxtında keçirilməsindən məmnunluq ifadə olunur. Bildirilir ki, bu yüksək forumun Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Şuşa şəhərində keçirilməsi qərarı özlüyündə dünya azərbaycanlılarının hər birinin həyatında böyük əhəmiyyətə malik tarixi hadisədir. Qətnamədə Dünya Azərbaycanlılarının son qurultayından ötən altı il ərzində Azərbaycanın ictimai-siyasi həyatında ciddi dəyişikliklər baş verdiyi də vurğulanır. Eyni zamanda, diqqətə çatdırılır ki, xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı dövlətimizin diaspor quruculuğuna göstərdiyi yüksək diqqət və qayğı sayəsində son illər artıb, onların doğma Vətənə bağlılığı güclənib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyası ətrafında birliyi daha da möhkəmlənib.
Ümumiyyətlə, V qurultayın qərarlarında diaspor təşkilatlarına qarşıda dayanan vəzifələrlə bağlı müvafiq tövsiyələr verilir. Bu tövsiyələr sırasında Azərbaycan həqiqətlərinin, tarixi-mədəni irsimizin, regiondakı yeni reallıqların dünya ictimaiyyətinə çatdırılması da xüsusi yer tutur. Bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikamıza hər hansı təhdidlərin qarşısının alınması, onun dünyəvi, hüquqi, milli dövlət olaraq inkişaf edib möhkəmlənməsi yalnız respublika vətəndaşlarının deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir.
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

