Ulu Öndərin ruhu şad, xalqımızın alnı açıqdır!
12.05.2022 [10:08]
Çünki Azərbaycan Zəfər marşındadır
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Şuşada müraciəti zamanı çox mühüm məqamlara toxundu, vacib mesajlar verdi. Dövlət başçısının diqqət yetirdiyi məsələlərdən biri də Əziz Şuşanın, Doğma Qarabağın işğaldan azad edilməsi - ümummilli lider Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi idi. Azərbaycan Prezidenti “Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”, - deyə qətiyyətlə vurğuladı.
Cənab İlham Əliyev 31 oktyabr 2003-cü il tarixində andiçmə mərasimindəki nitqində “Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”, - deyə inamla və əzmlə bəyan etmişdi. O, Azərbaycana rəhbərlik etdiyi dövrdə güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında söylənildi: “Qarabağ Azərbaycandır!”.
Bəli, ulu öndər Heydər Əliyevin ruhu şaddır. Çünki Onun vəsiyyəti və Azərbaycan xalqının arzuları reallaşdı. Heydər Əliyev yolunun müzəffər davamçısı, müdrik dövlət xadimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi nailiyyətə - möhtəşəm Qələbəyə imza atdı! İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu! Bu Zəfər xalqın dəstəyini arxasına alaraq haqq mübarizəsi aparan - ədalət mücadiləsi verən Liderin siyasi portretinin cizgilərini aydın nümayiş etdirdi. Dünya ictimaiyyəti müharibə vəziyyətində xalqın və dövlətin liderinin hansı keyfiyyətlərin daşıyıcısı olmasının həlledici və zəruri olduğunu gördü. Bir sözlə, Prezident İlham Əliyev ata vəsiyyətini, Vətənə, dövlətə və xalqa sədaqət andını - bütün vədlərini gerçəkləşdirən böyük dövlət xadimi, qətiyyətli Lider və Müzəffər Sərkərdədir. Azərbaycan Prezidenti qeyd edib ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”. Keçərli olduğu qədər həm də dəyərlidir. İlham Əliyev imzası Azərbaycan xalqının parlaq gələcəyinin, Azərbaycan dövlətinin yüksəlişinin ifadəsidir. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı bundan sonra da heç kim və heç nə dayandıra, öz haqq yolundan döndərə bilməz.
Azərbaycan Prezidenti yarım əsr irəliyə baxdığını qeyd edir. Onun 50 il öncəni görən bu strateji baxışı nəticəsində qazanılan nailiyyətlər, xüsusilə də tarixi Qələbə Azərbaycanın 100 illik regional geostrateji arxitekturanı dəyişməsini, 200 illik tarixi ədalətsizliyi aradan qaldırmasını təmin edib. Bu Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.
Prezident İlham Əliyevin mütəmadi olaraq dilindən duyduğumuz “Biz müzəffər xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq” ifadəsi qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlını sonsuz dərəcədə qürurlandırır. Bu iftixarı zamanın hər anında, fəaliyyətin hər məqamında və həyatın hər bir sahəsində hiss edirik, yaşayırıq və yaşadırıq. Yeni əsərlər zəfər ovqatında ərsəyə gətirilir, gənclər beynəlxalq arenada ölkəmizi daha məğrur təmsil edirlər, üçrəngli bayrağımız zirvədə daha əzəmətli dalğalanır, milli təqvimin - dövlətçilik tariximizin əlamətdar günləri daha böyük coşqu ilə qeyd edilir.
Qədim dövrdə məşhur bir atalar sözü var idi: min millik yol bir addımla başlayır. Bəli, yol mədəniyyət olduğu kimi, həm də tarixdir. Bu gün qürurlu və müzəffər xalqın nümayəndələri, qüdrətli və məğrur dövlətin vətəndaşları kimi azadlıqdan abadlığa aparan yolda addımlayırıq. Artıq işğaldan azad edilmiş ərazilərdə qururuq, yaradırıq, yaşadırıq. Başqa sözlə, tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı - qələbə təntənəsidir. Dövlət başçısının son olaraq Füzuli rayonuna və Şuşa şəhərinə səfəri də bu reallığı təsdiqləyir. Müzəffər Ali Baş Komandanımız bəhs olunan müraciəti zamanı “Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik”, - deyə vurğulayıb. Təbii ki, bərpa prosesinin uğurla davam etdirilməsi, infrastruktur layihələrinin ardıcıl icrası Azərbaycanın Şərqi Zəngəzuru və Qarabağı cənnətə çevirməklə bağlı strateji hədəflərinə qətiyyətlə irəlilədiyini göstərir! Bütün bu reallıqlar Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin siyasətinin nəticəsidir!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

