Prezident Administrasiyasında Azərbaycan Sosial Rifah Partiyasının sədri ilə görüş keçirilib
27.05.2022 [12:47]
Mayın 27-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkədə aparılan iqtidar-müxalifət siyasi dialoqu çərçivəsində Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova ilə görüşüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar və iqtidar-müxalifət siyasi dialoqu, həmçinin dayanıqlı demokratik ənənələrin dərinləşməsində siyasi partiyaların rolu, cəmiyyətdə qadınların rolunu artıran dövlət təşəbbüsləri, dünyada baş verən münaqişələr fonunda siyasi sabitliyin əhəmiyyəti və Azərbaycanın dünya siyasi xəritəsində artan rolu barədə fikir mübadiləsi aparılıb.
Siyasi dialoq prosesi çərçivəsində görülmüş işlər haqqında danışan şöbə müdiri bildirib ki, Prezident İlham Əliyevin təşəbbüslərini fəal dəstəkləyən siyasi partiyalar, əslində, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşmasına və demokratik ənənələrin dərinləşməsinə xidmət etmiş olurlar. Siyasi dialoqda iştirak edən tərəflər arasında konstruktiv əməkdaşlıq mühitinin bərqərar olması cəmiyyətin bütün potensialının dövlətin inkişafına yönəlməsini mümkün etdiyini vurğulayan Administrasiya rəsmisi, yaranmış müsbət əməkdaşlıq dinamikasının inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Mayın 22-də Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün nəticələrinə toxunan Ədalət Vəliyev xüsusi vurğulayıb ki, mövcud istiqamətdə əldə edilmiş nailiyyətlər bütün regionda sülhün bərqərar olması prosesində əvəzolunmaz əhəmiyyətə malikdir. Həmin görüşdən sonra Azərbaycanda və Ermənistanda dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının yaradılması, Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində ilk görüşün keçirilməsi Azərbaycanın növbəti uğuru kimi dəyərləndirilməlidir.
Eyni zamanda, görüş zamanı dövlət tərəfindən koronavirus infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda epidemioloji vəziyyətin nəzarətdə saxlanılmasına nail olunması, həmçinin dövlətimizin öz təşəbbüsləri və əməli addımları ilə hazırkı şəraitdə dövlətlər və xalqlar arasında təmasların sıxlaşmasına, qlobal pandemiya ilə mübarizədə beynəlxalq səylərin səfərbər olunmasına mühüm töhfələr verməsi yüksək qiymətləndirilib.
Təşkil olunmuş görüşə görə təşəkkürünü bildirən partiya sədri öz növbəsində milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar nəticəsində bu gün ölkənin siyasi palitrasında qarşılıqlı etimada və milli maraqların üstünlük təşkil etdiyi dövrə qədəm qoyulduğunu, yeni siyasi konfiqurasiyanın yaranmasının, o cümlədən dialoq mühitinin daha da dərinləşdirilməsi istiqamətində atılan addımların siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətlər formalaşdırmasında, ümumdövlət məsələlərinə vahid mövqedən yanaşmasında əhəmiyyətli rol oynadığını bildirib. Əsli Kazımova, həmçinin cəmiyyətdə qadınların artan rolu, humanitar sahədə dövlət təşəbbüslərinin əhəmiyyəti, gender məsələlərinin aktuallığının qorunmasına xidmət edən qanunverici təşəbbüslərin əhəmiyyəti barədə fikirlərini səsləndirib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

