Zəngəzur dəhlizi kimlərin yuxusunu ərşə çəkir?
25.10.2022 [10:14]
R.T.Ərdoğanın yeni nəqliyyat bağlantısı ilə bağlı dünyaya mesajları
Azərbaycanın 44 günlük müharibədə qazandığı Qələbə sayəsində yaratdığı reallıqlar regionda uzunmüddətli sabitlik, təhlükəsizlik və əməkdaşlıq üçün yeni fürsətlər yaradıb.
Bu fürsətlərdən bəhrələnməklə bölgənin potensialını inkişafa, qarşılıqlı inteqrasiyanın güclənməsinə yönəltmək mümkündür. Qalib Azərbaycan və qardaş Türkiyə də birgə çalışmalarla məhz bunu hədəfləyiblər.
Azərbaycanın və Türkiyənin xoş məramı
Bununla belə, Azərbaycanın və Türkiyənin xoş məramı heç də regionda marağı olan bütün qüvvələr tərəfindən müsbət qarşılanmır. Həmin qüvvələr Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliləməsindən və nəzərdə tutulan layihələrin reallaşdırılmasından açıq-aşkar narahatlıqlarını ifadə edirlər. Onlar, xüsusilə də, Zəngəzur dəhlizi ilə bağlı proseslərin irəliləməsinə qısqanclıqla yanaşırlar və hansı yollarlasa buna maneçilik törətməyə çalışırlar. Bu sırada ilk növbədə məğlub Ermənistanın adını çəkə bilərik. Məlum olduğu kimi, Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvanı birləşdirəcək bu marşrutun yaradılması ilə bağlı müddəa üçtərəfli Bəyanatda öz əksini tapıb. Sözügedən sənədin 9-cu bəndində göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Sənəddə o da qeyd olunub ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Sonradan Prezident İlham Əliyev sözügedən marşrutu Zəngəzur dəhlizi adlandırdı və bu, beynəlxalq səviyyədə qəbul olundu. Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən dəhliz özündə dəmir yolu və avtomobil yolu kimi iki mühüm seqmenti birləşdirir.
Məsuliyyətli dövlət olan Azərbaycan bəhs olunan sənəddə ona aid olan müddəaların icrasını uğurla həyata keçirir. Dövlət başçımızın iştirakı ilə təməli qoyulan və hazırda inşası intensiv şəkildə davam etdirilən Horadiz-Ağbənd dəmir yolu xətti Ermənistan sərhəddinədək uzanacaq. Ölkəmizin ərazisində yeni marşrutun avtomobil yolu seqmenti üzrə də müvafiq layihənin icrasına başlanıb. Ancaq eyni sözləri məğlub Ermənistan barəsində söyləmək mümkün deyil. Müharibənin başa çatmasından iki il vaxt ötməsinə baxmayaraq, bu ölkədə Zəngəzur dəhlizinin yaradılması ilə bağlı proseslər ləng irəliləyir və yaxud heç irəliləmir. Ermənistan müxtəlif manipulyasiyalarla və bəhanələrlə üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. Bu ölkə beynəlxalq təzyiqlər qarşısında dəhlizin dəmir yolu seqmentinin marşrutunu, nəhayət, dəqiqləşdirsə də, avtomobil yolu ilə bağlı manipulyasiyalarını davam etdirir. Belə ki, Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək avtomobil yolu üçün müxtəlif parametrlər , o cümlədən də təhlükəsizlik və iqtisadi səmərəlilik baxımından qeyri-məqbul marşrutlar təklif edir. Bu isə o anlama gəlir ki, məğlub ölkə yenə də pozuculuq əməllərini davam etdirməkdədir.
Təəssüf doğuran haldır ki, bəzi region və uzaq coğrafiyalarda yerləşən ölkələr də Zəngəzur dəhlizinin yaradılmasına qısqanclıq nümayiş etdirir və məğlub Ermənistanı bir növ manipulyasiyalara ruhlandırırlar. Açıq-aşkar hiss olunur ki, güclü dövlət olan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi, qardaş ölkənin regionda rolunun artması və respublikamızın güclənməsi, bölgədə aparıcı aktora çevrilməsi həmin qüvvələrin kürkünə birə salıb. Türkiyə Prezidenti ötən il Füzuli Beynəlxalq Hava Limanının açılışına qatılmaq üçün regionda səfərdə oldu. Güclü dövlət olan Azərbaycan cəmi bir il ərzində Qarabağda sayca ikinci-Zəngilan Beynəlxalq Hava Limanının inşasını da tamamladı. Yeni hava limanının açılışında da Azərbaycan və Türkiyə prezidentləri bir yerdə oldular. Bu, iki ölkənin dostluğunun və eyni zamanda, niyyətlərinin, məqsədlərinin ifadəsidir. Təkrar edirik, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi və qardaş Türkiyə şirkətlərinin də fəal şəkildə dəstək verdikləri layihələr, o cümlədən də Zəngəzur dəhlizi kimlərinsə mənafeyinə qarşı yönəlməyib. Bu layihələrdən heç kim əndişələnməməlidir. Sual yaranır: Zəngilan Hava Limanının açılışı ərəfəsində Araz çayının sahilində hərbi təlimlərin keçirilməsinə hansı zərurət var idi? Bunu heç bir halda təsadüf kimi dəyərləndirmək mümkün deyil. Axı oxşar təlimlər bir il əvvəl Füzuli Hava Limanının açılışı ərəfəsində də keçirilmişdi. Azərbaycan və Türkiyə qarşılarına kimləri isə təhdid etmək kimi bir niyyət qoymayıblar. Əksinə, biz istəyirik ki, digər region dövlətləri də əməkdaşlıq platformasına qoşulsunlar. Eyni zamanda, heç kim hərbi təlimlər keçirməklə və yaxud “sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xətdir” deməklə Azərbaycan və Türkiyəni haqq yolundan geri çəkindirə bilməz. Azərbaycanla Ermənistan arasında sərhədlər hələ müəyyənləşdirilməyibsə, bəzi ölkələr hansı sərhədləri nəzərdə tuturlar?
Və yaxud , götürək, regiondan çox-çox uzaqda yerləşən Fransanın prezidentinin destruktiv açıqlamalarını. Bu ölkənin prezidenti Emmanuel Makron bir tərəfdən özünü sülh prosesinə calaq etmək istəyir, digər tərəfdən isə açıq-aşkar, hətta nitqində siyasi nəzakətsizlik prinsiplərinə əməl etmədən Ermənistana himayəçiliyini ortaya qoyur. Belə olan halda Fransanın sülh prosesində iştirak etməyə hansısa bir haqqı çatırmı? Əlbəttə ki, çatmır. Regiondakı pozucu qüvvələr kimi, Fransanın da narahatlığının mənbəyində Türkiyənin regionda möhkəmlənməsi və qalib Azərbaycanın uğurları dayanır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş başa çatandan sonra mətbuata verdiyi Bəyanatında Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrin narahatlıq keçirmələrinə heç bir lüzum olmadığını diqqətə çatdıraraq vurğulayıb: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur”.
Yeni dəhlizin ticarət və sərmayə imkanları
Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində yaşayan Naxçıvanın arasında kommunikasiya əlaqələrinin bərpa edilməsi nöqteyi-nəzərindən önəmli deyil. Rəcəb Tayyib Ərdoğanın da bildirdiyi kimi, bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.
Bəhs olunan dəhliz sayəsində region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının yaranması perspektivləri kifayət qədər böyükdür. Gələcəkdə yeni dəhliz Naxçıvandan keçməklə Türkiyəyəyə, oradan da Avropaya qədər uzanacaq. Hazırda Orta Dəhlizin şaxələndirilməsi və genişləndirilməsi diqqət mərkəzindədir. O cümlədən bu dəhlizin dəmir yolu seqmenti inkişaf etdirilir. Zəngəzur dəhlizi Transxəzər marşrutunun həm avtomobil, həm də dəmir yolları seqmentləri üzrə Avropayadək uzanmasını təmin edəcək. Dəhliz istifadəyə verildikdən sonra Azərbaycan qardaş Türkiyə ilə BTQ-dən kənar digər bir dəmir yolu şəbəkəsi ilə də birləşəcək. Artıq iki qardaş ölkə arasında ikinci dəmir yolunun çəkilməsinin əsası qoyulub. Bakı-Tbilisi-Qars dəmir yolundan sonra bölgədə ikinci dəmir yolunun çəkilməsi çox mühüm strateji əhəmiyyətə malikdir. Eyni zamanda indiyədək dalan ölkə kimi bütün investisiya cəlbediciliyini itirən Ermənistan da yeni dəhlizin yaradacağı imkanlardan bəhrələnə bilər. Belə ki, yeni dəhlizin yaradılması ilə Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xəttinin açılma ehtimalı realdır. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Bütün bu kimi amillər Zəngəzur dəhlizinin strateji önəmini artırır. Müəyyən narahatlıqlar ifadə edən ölkələr məhdud maraqlarından geri çəkilməli və Avropa ilə Asiya üçün böyük önəm daşıyan bu layihənin icrasına dəstək verməlidirlər. Ermənistan da onun üçün yaranan fürsəti lazımınca dəyərləndirməlidir. Əks halda yenə də ötən qatarın arxasınca baxıb təəssüflənəcək.
MÜBAİZ ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

