Ötən il ABŞ-nin enerji istehsalı rekord səviyyəyə çatıb
12.05.2026 [22:30]
2025-ci ildə ABŞ-də ümumi enerji istehsalı yeni rekord səviyyəyə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, keçən il ABŞ-də ümumi enerji istehsalı 107 kvadrilyon Britaniya istilik vahidi olub və 2024-cü ildə qeydə alınan əvvəlki rekord göstəricidən 3,4 faiz çoxdur. Ümumi hasilatdakı rekord təbii qaz, xam neft, təbii qaz emal mayeləri və bərpaolunan enerji mənbələrində artan istehsal sayəsində mümkün olub. ABŞ ardıcıl 4-cü ildir ümumi enerji istehsalında rekord qırır.
Məlumata görə, ötən il quruda təbii qaz istehsalı 2024-cü illə müqayisədə 4 faizdən çox artaraq rekord səviyyəyə - 39 trilyon kubfuta yüksəlib. Təbii qaz 2011-ci ildən bəri ABŞ-nin daxili enerji istehsalının ən böyük mənbəyi olub və bu ölkə 2011-ci ildən bəri dünyanın ən böyük təbii qaz istehsalçısıdır.
Birləşmiş Ştatların xam neft hasilatı isə ötən il gündəlik orta hesabla 13,6 milyon barel təşkil edib, 2024-cü ildəki rekordla müqayisədə 3 faiz və ya sutkada 350 min barel artıb. Xam neft daxili enerji istehsalının 26 faizini təşkil edib və ABŞ dünyanın ən böyük xam neft istehsalçısı olaraq qalıb.
Hesabat ilində təbii qaz emal mayeləri 2024-cü ildəki rekordla müqayisədə 7 faiz artaraq 4 trilyon kubfut olub və daxili enerji istehsalının 9 faizini təşkil edib. Ölkədə təbii qaz istehsalı və emalı 2005-ci ildən bəri hər il artır. Keçən il bərpaolunan enerji istehsalı isə 2024-cü ildəki göstərici ilə müqayisədə 3 faiz artaraq yeni rekorda çatdıb ki, bu da ardıcıl 5-ci ildir artım deməkdir. Günəş və külək enerjisi yeni generatorların işə düşməsi ilə enerji istehsalında rekordlar qırıb. 2025-ci ildə geotermal, hidroelektrik, odun və tullantı enerjisi istehsalı sabit qalıb, kömür isə daxili enerji istehsalının 10 faizini təşkil edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33

