AzərTAc-ın voleybol komandası ölkə KİV-ləri arasında keçirilən turnirin qalibi olub
06.05.2011 [09:26]
Dünən Azərbaycan Voleybol Federasiyasının idman zalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə kütləvi informasiya vasitələrinin komandaları arasında keçirilən voleybol turnirinə yekun vurulub.
AzərTAc xəbər verir ki, “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetlərinin birgə təşkilatçılığı ilə keçirilən turnirin final mərhələsində “AzərTAc” və “SİA” komandaları qarşılaşıblar.
AzərTAc-ın voleybol komandasının üzvlərinin yüksək peşəkarlığı sayəsində komanda həlledici qarşılaşmada “SİA” kollektivini məğlub edərək turnirin qalibi olub.
Mükafatlandırma mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.
Əli Əhmədov jurnalistlərin informasiya sahəsində olduğu kimi, idmanda da fəal iştirakının sevindirici hal olduğunu vurğulayıb. Bu yarışın Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmasının ümummilli liderin xatirəsinə yüksək ehtiram əlaməti olduğunu vurğulayan YAP Sədrinin müavini turnirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib. O, Azərbaycanda idmanın digər növləri kimi, voleybolun da inkişaf etdiyini, bu sahədə böyük uğurlar əldə edildiyini deyib.
YAP-ın İcra katibi partiyanın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirdiyini və bunların içərisində idman tədbirlərinin də yer aldığını qeyd edib. Əli Əhmədov bildirib ki, keçirilən bütün tədbirlərlə, o cümlədən də, şahidi olduğumuz voleybol turnirində iştirak edən gənc və həvəskar voleybolçular bu yarışla Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə olan dərin hörmətlərini ifadə ediblər.
Final oyununun kifayət qədər maraqlı keçdiyini vurğulayan Əli Əhmədov AzərTAc-ın informasiya sahəsində olduğu kimi, idmanda da öz yüksək peşəkarlığını nümayiş etdirdiyini xüsusi vurğulayıb. Bunu komandanın bütün görüşlərdə öz rəqiblərinə bir set belə uduzmaması da təsdiq edir.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
üçüncü yeri tutmuş “Xalq qəzeti” komandasına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı diplom və 800 manat pul mükafatını, 2-ci yerdə qərarlaşmış “SİA” komandasına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov diplom və 1000 manat pul mükafatını təqdim ediblər.
Qalib komanda - “AzərTAc”a isə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov kuboku, diplomu və 1200 manat pul mükafatını təqdim edib.
Sonda qaliblərlə xatirə şəkilləri çəkdirilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44

