Azərbaycanın müstəqilliyinin xilası günü...
08.06.2011 [10:09]
Bu tarixi keşməkeşin içində yer alan Azərbaycan da SSRİ-nin dağılması ilə bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Hələ 1918-ci ildə Şərqin ilk demokratik respublikasını quran Azərbaycan xalqı, eyni yüzillikdə ikinci dəfə azadlıq eşqinin sönməz bir atəş olduğunu dünyaya nümayiş etdirdi. 1990-cı ildə öz qanı ilə tarix yaradan xalqımız müstəqilliyinə qovuşdu...
Lakin 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan qısa bir zamandan sonra xaosun, özbaşınalığın hökm sürdüyü bir ölkəyə çevrildi. 1992-ci ildə zor gücünə, xalqın deyil, silahların iradəsi altında hakimiyyətə gələn təsadüfi şəxslər qısa müddətdə ölkədə bütün sahələri kompleks şəkildə iflic vəziyyətinə gətirib çıxarmışdılar. Ermənistanın ölkəmizə qarşı elan edilməmiş müharibəsi, torpaqlarımızın işğalı və bununla paralel olaraq daxili separatçı qüvvələrin ölkəni regionlara bölməsi, xanlıqlar yaratmaq istəməsi və yerlərdə hakimiyyəti ələ almaları həm millətin, həm də dövlətin gələcəyini sual altına qoymuşdu.
Həmin dövrdə ölkədə bütün dövlət qurumlarında yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə, möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər şeyi dağıdırdılar. ölkədə özbaşınalığa şərait yaradan AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti demək olar ki, böyük yerüstü və yeraltı sərvətə, böyük sənaye komplekslərinə malik Azərbaycanı uçurumun kənarına gətirib çıxarmışdı. Milli sərvətlər, xalqın malı təsadüfən vəzifə əldə etmiş bir qrup tərəfindən talan olunurdu. Mərkəzi hakimiyyətə tabe olmayan, guya siyasi partiyaların himayəsində yaradılan, əslində isə, bir neçə şəxsin korporativ maraqlarının girovuna və icraedicisinə çevrilən başıpozuq silahlı qruplaşmaların hər biri ayrı-ayrılıqda hakimiyyətə iddialarını ortaya qoyurdu. Bu isə vəziyyəti daha da ağırlaşdırırdı, ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Dağlıq Qarabağ münaqişəsini alver predmetinə çevirən, “özünümüdafiə, könüllü batalyonlar” adı altında özünə silahlı dəstələr yaradan, bununla da, ölkəni qorxu altında saxlamaq istəyən şəxslər hətta cəbhədə düşmən qarşısında dayanan əsgərləri də təhdid edir, öz maraqlarına xidmət etməyə məcbur edirdilər. Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın böyük bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz, döyüşsüz təhvil verilməsinə gətirib çıxarmışdı.
Məhz, belə ağır vəziyyətdə-1993-cü ilin iyununda Müdafiə Nazirliyi tərəfindən ləğv edilən, Gəncədə yerləşən 709 saylı hərbi hissə mərkəzi hakimiyyətə tabe olmadığını bəyan etdi. Azərbaycanın ilk tarixi paytaxtına qoşun yeridən, Milli Qvardiyanı 709 saylı briqadanı zərərsizləşdirmək üçün Gəncəyə göndərən AXC-Müsavat hakimiyyəti faktiki olaraq vətəndaş müharibəsinə rəvac verdi. Belə ki, hakimiyyətin bu addımına cavab olaraq hərbi hissəsinin zirehli maşınları və silahlı birləşmələri Bakıya yol aldı. Artıq AXC-Müsavat hakimiyyəti ölkənin taleyindən çox öz gələcək aqibətlərindən qorxuya düşmüşdülər. Xalq onların hakimiyyətindən birdəfəlik üz döndərmişdi. Artıq cana doymuş xalq anlayırdı ki, AXC-Müsavat cütlüyü bu dövlətə təhlükədən başqa heç bir perspektiv vəd etmir. Belə bir məqamda bütün ümid dolu gözlər Naxçıvana dikilmişdi. çünki, Azərbaycan dövlətçiliyinin, millətin bu çətinliklərdən xilası yalnız Ulu öndər, dahi siyasi xadim, xalqının böyük oğlu Heydər Əliyevin Bakıya gəlişi ilə mümkün ola bilərdi. Beləliklə, ümummilli liderimiz Heydər Əliyev bu məsuliyəti öz çiyinlərinə götürdü və xalqının təkidi, tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı, Bakıya döndü və Azərbaycanı xilas etdi.
Şübhəsiz ki, Ulu öndər Heydər Əliyev XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyətidir. ümummilli lider Heydər Əliyevin siyasi obrazı xalqımızın dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət və azərbaycançılıq ideyası məhz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Ulu öndər sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.
1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən təyyarə Binə hava limanında yerə endi. İlk olaraq Gəncədə yaranan vəziyyətlə tanış olmaq üçün ora yollanan Ulu öndər bir daha nümayiş etdirdi ki, Onu yalnız xalqının və dövlətinin taleyi maraqlandırır. Dahi şəxsiyyətin Gəncəyə gəlişi bütün hadisələrin sakitləşməsinə, xalqın bütünlüklə Ulu öndərin ətrafında birləşməsinə şərait yaratdı. Xalqı bir yumruq kimi fenomenal şəxsiyyət olan Heydər Əliyevin ətrafında birləşdi. Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan parlamentinin tarixi iclasında Heydər Əliyevin çıxışı ölkənin gələcəyinin əmin ələ keçdiyini, dövlətçiliyimizin əbədi və sarsılmaz olacağına inamı bir daha artırdı... “Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni öz üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

